15 İyun Milli qurtuluş günü - Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kii tarixi fürsəti əldə etdi Azərbaycan. Müstəqilliyi əldə etmək çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindi. Azərbaycanımız qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşməli oldu. Respublikamızın bu ağır, keşməkeşli dönəmində onun güclu rəhbərliyə ehtiyacı var idi. Çünki, hər atılan addın Azərbaycanımızın tarixi üçün böyük bir iz idi. Ona görə də çıxış yolu tapmaq lazım idi. Azərbaycanımız fəlakətlə, faciə ilə üz – üzə dayandığı anda onun güclü rəhbərə ehtiyacı var idi ki, dövlətimizi məhf olmaq təhlükəsindən xilas edə bilsin.Xalq isə bu yolu yalnız Heydər Əliyevdə gördü. Ona görə də yetkil səsvermə yolu ilə Dahi Öndərimizi yenidən hakimiyyətə seçdi.
Ümummilli Liderin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması bərqərar oldu.
"15 İyun - Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin taleyində dönüş anı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gündür.
Ümummilli Liderimizin hakimiyyətə gəlişi ilə həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyein dühasının xidmətləri olan naliyyətlər Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı.Müstəqilliyimizi daimi,əbədi, sarsılmaz, donməz etdi. Azərbaycan böyük inkişaf yolu keçdi..Bütün bunlar1993 – cü il 15 iyun tarnanin nailiyyətlərinin əksi idi.
"Prezident xalqa təkcə rəhbərlik etmir, eyni zamanda onu qorumalı, lazım gələrsə xalqın yolunda özünü fəda etməyi bacarmalıdır” devizi Heydər Əliyev düşüncəsinin əsas qayəsi idi.
"Mənim üçün xalqımın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur"- deyən, xalqına xidmətinə görə etimad qazanan və bu etimadı şərəflə ömrünün sonuna qədər doğruldan Ulu öndər deyirdi: "Özümü xoşbəxt hesab edirəm ki, Azərbaycanın o ağır, çətin, müqəddaratının həll edildiyi bir məqamda mənə üz tutuldu, müraciət edildi. Mən öz vətənimə oğulluq borcumu yerinə yetirdim, sədaqətimi bir daha nümayiş etdirdim. Özümü oda, alova atdım. Biz birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxara bildik. Azərbaycan xalqı bilir ki, mənim bütün həyatım xalqıma xidmət etməyə həsr olunub". Bu sözlər Ulu Öndərin vətən sevgisinin ali zirvəsidir.
Məhz bu ideyaların daşıyıcısı olan Ulu Öndər çətin və ağır günündə ona üz tutan xalqın istək və arzusunu reallığa çevirdi.
Bu gün Milli Qurtuluşumuzun təntənəsi müstəqil Respublikamızın davamlı inkişafında özünü biruzə verir. Azərbaycanın nüfuzu günü – gündə artmaqdadı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olundu.
Beləliklə, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu.
Artıq Milli Qurtuluş tariximizdən illər keçir. Bu illər bir tarix kimi dövlətçiliyimiz və əldə etdiyimiz uğurlar baxımından, Azərbaycanın nail olduğu istər daxili, istərsə xarici uğurlar, ictimai ahəngdarlıq, imza atdığımız qlobal miqyaslı layihələr belə deməyimizə zəmin yaradır. Bu gün Azərbaycan xalqı qalib xalqdır, Qarabağımızda Azərbaycan bayrağı dalğalanır. Əldə olunan hər bir nailiyyətimizin banisi, səbəbkarı Ulu Öndər olmuşdur. Müasir Azərbaycanın qazandığı çoxşaxəli uğurların arxasında Heydər Əliyev tərəfindən əsası qoyulan gələcək perspektivlər, milli inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin inamlı fəaliyyətinin əsasında duran amil də məhz bu prinsiplərə sadiqliyidir.
15 iyun 1993-cü il-Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan bu tarix təkcə dövlətçiliyimizin xilası deyildi. 15 iyun həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ulu öndər Heydər Əliyevdir. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bugünkü və gələcək inkişaf xəttini müəyyənləşdirdi.
Bu gün biz bütün əlamətdar günləri qalib ölkə, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qürurla qarşılayırıq.
Bütün xalq Heydər Əliyev dühasına inandı və ümid etdi ki, yalnız belə bir təcrübəli dövlət xadimi müstəqil Azərbaycanı gözlənə bilən bütün təhlükələrdən xilas etməyə qadirdir.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
1993-cü il 15 iyun tarixinin xalqımız tərəfindən Milli Qurtuluş Günü adlandırılması qədirbilən xalqımızın müdrik rəhbərinə verdiyi tarixi qiymət, öz sabahını müəyyənləşdirmək baxımından verdiyi böyük tarixi qərardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixinin dönüş nöqtəsi adlandırdığı Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməli, nəhək daşı oldu.
Ümummilli Liderimizin layiqli davançısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ata vəsiyyətini əsas tutaraq xalqı ilə daim bərabər olaraq öz xalqının bütün işlərində daimi olaraq onlarla bərabər oldu.Müstəqilliyimizin əbədiliyi və torpaqlarımızın bütövlüyü naminə bütün maneələri aşaraq xalqı ilə bu yolda da böyük uğurlar qazandı.
Bir dövlət olaraq, bir Millət olaraq səkkizguşəli, aylı ulduzlu bayrağımız bütöv Azərbaycanımızın üzərində qürurla dalğalanır, Himnimiz dünyanın hər yerində səslənir, Gerbimiz bir millət olaraq bizim bütov bir xalq olduğumuzu bütün dünyaya möhtəşəmliklə çardırır.
Bu gün hər bir Azəbaycanlı qürurla və böyük ruh yüksəkliyi ilə deyə bilər ki, Bu günki Azərbaycan Dahi Öndərimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Məryəm ƏLİYEVA,
Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon MKS–nin metodika – biblioqrafiya şöbəsinin baş biblioqrafı