reklam
USD
9 ℃
EUR
BAKI

Müstəqil Azərbaycan tarixinin ən əlamətdar günü - 24 iyun 1993-cü il

MÜSAHİBƏ / 19.06.2023 01:11

Müstəqil Azərbaycan tarixinin ən əlamətdar günü - 24 iyun 1993-cü il


Vətən və dövlət sevgisi nə qədər ali bir hiss olsa da, müasir siyasi sistemdə sadəcə bu sevgini daşımaqla xalqa və dövlətə xidmət etmək mümkün deyil. Vətənin azadlığını, ərazi bütövlüyünü qorumaq üçün bir vətəndaşın əsgər olması vacib olduğu kimi, Vətən sevgisini qəlbində daşıyan liderin də öz ideallarını gerçəkləşdirmək, xalqının xoşbəxtliyini təmin etmək üçün idarəçilik səlahiyyətinin olması lazımdır.

Azərbaycanın müstəqillik tarixinin ilk illəri bunu tarixi hadisələrlə tam təsdiq edib. Azadlığımızın ilk illərində əlində səlahiyyət olub, dövlət idarəçiliyində olanların laqeydliyi və Vətənə sevgisinin olmaması ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Digər tərəfdən isə yüksək dövlət idarəçilik bacarığını və tükənməz Vətən sevgisini hər zaman sübuta yetirmiş dahi rəhbər Heydər Əliyev ölkə idarəçiliyindən qəsdən kənar buraxılmışdı. Hələ sovet dönəmində Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında Azərbaycana dil uzatmaqdan çəkinən düşmənlər belə bir situasiyanı fürsət bilmişdilər. Torpağı işğal olunan, yurdu talanan, dövləti yağmalanan xalq isə xilas ünvanını dəqiq bilirdi. Məhz xalqın istəyi, gücü ilə Azərbaycanın rəhbərliyinə qəlbi Vətən sevgisi ilə döyünən lider gətirildi. Bu baxımdan 24 iyun 1993-cü il müstəqil Azərbaycan tarixinin ən əlamətdar günü kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Parlamentin həmin tarixdə keçirilən iclasının qərarı ilə Prezident səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilməklə ölkə həyatında əsaslı dönüş yarandı.

Xalqa azadlığını, müstəqilliyini yenidən qazandırmış, 1993-cü ilin 15 İyun - Qurtuluş Günündən oktyabrın 3- nə kimi ölkəyə həm parlament sədri, həm də prezident səlahiyyətlərini icra edən şəxs kimi rəhbərlik etdiyi dövrdə dövlət idarəçiliyinə yeni nəfəs, yeni imic gətirən Ulu Öndər qısa zaman kəsiyində siyasi düzənin ruhunu dəyişərək "mikrafon qəhrəmanlarına” siyasi mədəniyyət, demokratiya dərsi keçdi. Buna qədər əlbəyaxa döyüş və vulqar leksikon məkanına çevrilən Azərbaycan parlamenti Heydər Əliyevin sədrliyi ilə mövzuların, problemlərin həll olunmasının ən sivil müzakirə ünvanı oldu.

Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin iclasları aparmaq tərzi, fikirlərini dəqiq, konkret şəkildə ifadə etməsi, xalq ruhuna yönəlik bəyanatları, deputatların çıxışlarına şərait yaratması, onlara sayğı ilə yanaşması kimi unikal dəyərlər parlament üzvləri üçün yeni bir örnək oldu.

Parlamentin ab-havasını dəyişən Heydər Əliyev Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən şəxs kimi ölkədə köklü islahatlara başladı. Əvvəlcə hökm sürən xaos və özbaşınalığın qarşısını alan Heydər Əliyev sabitliyin yaranmasına nail oldu. Dövlət idarəetməsində heç vaxt çalışmayan təcrübəsiz, yüksək vəzifədə təmsil olunması belə gülüş doğuran adamları peşəkar kadrlarla əvəzləyən Heydər Əliyev naşı komandanın bir illik hakimiyyəti dönəmində yaratdığı fəsadları çətinliklə də olsa aradan qaldıra bildi. Qanunların işləməməsinin nəticəsi olaraq ölkədə özbaşınalığın tüğyan etməsi iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşmasına gətirib çıxarmışdı. Bütün bunlarla yanaşı, respublikada qanunsuz silahlı dəstələrin varlığı, ölkəni bürüyən separatizm alovu, torpaqlarımızın işğalı ilə nəticələnən müharibədəki uğursuzluq müstəqilliyimiz üçün ciddi təhdid idi. Xalqının həqiqi lideri kimi Heydər Əliyev siyasi xarizmasını, xarakterini ortaya qoyaraq Azərbaycanı mümkün təhlükəli vəziyyətdən çıxararaq, yıxılmağa qoymadı, müstəqilliyimizin təminatçısı kimi bizə dövlət yaratdı. Bütün dövrlər Azərbaycanının ən qüdrətli və ən əziz övladı olaraq xalqın sevimlisinə, liderinə çevrildi. Heydər Əliyev ölkənin suverenliyi ilə yanaşı, iqtisadi müstəqilliyimizi təmin edərək gələcək inkişafın təməlini yaradan uğurlu neft strategiyasını həyata keçirdi. "Əsrin müqaviləsi”ni bağlamaqla, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi ilə Ulu Öndər Azərbaycanı inkişaf yoluna çıxarmış oldu. İqtisadi-sosial inkişafla bərabər, xarici siyasət və dövlət idarəçiliyinin modernləşməsini prioritet məsələ kimi görən Ulu Öndər bu sahələrdə də qısa zaman kəsiyində böyük uğurlara imza atdı. Azərbaycan dünya siyasi arenasında supergüclər tərəfindən belə tam şəkildə qəbul olundu. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının qəbulu oldu ki, bu da müstəqil dövlətin təməl şərtlərindən biri idi.

Deputat sonda qeyd edib ki, 30 il öncə Vətən və xalq sevgisi ilə ona rəhbərlik məqamının Heydər Əliyev şəxsində ifadəsi dövlətçiliyimiz tarixində inkişaf və tərəqqi dövrünün başlanğıcı oldu. Bu gün ərazi bütövlüyünü təmin etmiş, iqtisadi və siyasi qüdrəti ilə regionun lider dövlətinə çevrilmiş Azərbaycan məhz Ümummilli Lider Heydər Əliyevin Vətən sevgisi ilə, dövlət idarəçiliyi fenomeninin nəticəsidir.


Oxunub: 339






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim