reklam
USD
27 ℃
EUR
BAKI

Azərbaycan Prezidenti İlham Əliyev OPEC-in Baş katibini qəbul edib

RƏSMİ / 20.06.2023 03:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) 

Baş katibi Haysam Əl-Qaysı qəbul edib.


"carciTV" xəbər verir ki, Haysam Əl-Qays, ilk növbədə, Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, Şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şahzadə Əbdül Əziz bin Salman Əl-Səuda çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi. Baş katib vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir və o, buna görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Eyni zamanda, bu gün qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunuldu, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edildi.

Söhbət zamanı bu gün "fossil” yanacaqlar sahəsində mövcud olan məsələlər müzakirə edildi, gələcəkdə bu sahəyə investisiyaların ayrılmasının vacibliyi bildirildi. Dünya iqtisadiyyatının artması nəticəsində ümumilikdə enerjiyə çoxalan tələbat nəzərə alınaraq, bu sahəyə son zamanlarda investisiyaların azaldılmasının müəyyən narahatlıq doğurduğu qeyd olundu.

Görüşdə dünyada yaşıl enerji sahəsində əldə edilən irəliləyişlərlə bərabər, ənənəvi yanacağın oynadığı vacib rol vurğulandı. Ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması baxımından yeni texnologiyaların tətbiqinin xüsusi əhəmiyyət daşıdığı bildirildi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.


Oxunub: 265






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim