reklam
USD
10 ℃
EUR
BAKI

Goranboyda yarım milyonqluq təmir işi - Məhərrəm Quliyevin sevimli şirkəti yenə qalib oldu

REPORTAJ / 21.06.2023 22:26

Goranboy Rayon İcra Hakimiyyəti "Ərdağı” MMC ilə maliyyə dəyəri 455.448,66 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq. 


"carciTV" xəbər verir ki, müqavilədə Goranboy şəhəri 58-ci kvartal, Şamil Quliyev, Əli Mehdiyev və Elxan Süleymanov küçələrində asfalt-beton örtüyünün əsaslı təmiri nəzərdə tutulur. 

"Ərdağı” MMC 10 dekabr 1992-ci ildə təsis edilib. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri, "Asfaltzavod”da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.

"Ərdağı” MMC 1992-ci ildən fəaliyyət göstərsə də, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin əlaqə telefonları və rəsmi internet səhifəsinə də rast gəlinmir.

Goranboy Rayon İcra Hakimiyyəti və ona tabeli qurumlar 2020-2022-ci illərdə "Ərdağı” MMC ilə toplam dəyəri 3 milyon manata çatan 8 satınalma müqaviləsi imzalayıb. Müqavilərlər əsas abadlıq işləri və yolların təmiri ilə əlaqədardır. Beləliklə, aydın olur ki, Goranboyda hər il abadlıq işləri görülür və yollar təmir olunur.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir. O, 2019-cu ildən bu vəzifədədir.


Oxunub: 278






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim