reklam
USD
15 ℃
EUR
BAKI

NAYORA-nın təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Baş katiblər üçün təkmilləşdirmə kursu keçirilib

CANLI TV / 26.06.2023 03:37

NAYORA-nın təşkilatçılığı ilə "Heydər Əliyev İli” çərçivəsində Baş katiblər üçün təkmilləşdirmə kursu keçirilib 


Quba rayonunda 40-dan çox gənclər təşkilatının Baş katibləri (və ya ekvivalent şəxslər) üçün keçirilən təkmilləşdirmə kursu yekunlaşdı.

Proqrama uyğun olaraq ilk gün Ulu Öndər Heydər Əliyevin abidəsi layihə iştirakçılarının iştirakı ilə ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

Açılış mərasimində NAYORA-nın sədri Azər Əliyev çıxış edərək iştirakçıları salamlamış və proqram haqqında məlumat vermişdir, daha sonra iştirakçıların şəbəkələşməsi üçün NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə keçirilən komanda quruculuğu oyunları və qrup işlərinin təqdimatı ilə gün yekunlaşıb.

Layihənin ikinci gününün ilk qonağı ABB-nın Daxili kommunikasiya şöbəsinin müdiri Nurxan Babayev olub. "Motivasiya faktorlarının işçilərin iş performansına təsir və təhlili” mövzusunda keçirilən görüş interkativ müzakirələr və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona çatıb. Günün davamı olaraq Azərbaycan-Fransız Universitetinin İcraçı direktoru Vazeh Əsgərovla "İdarəçiliyin əsasları” mövzusunda case-study və Azərbaycanın birinci Baş Naziri, diplomat Həsən Həsənovla "İdarəetmə və idarəçi anlayışı - İdarəçinin fəaliyyətlərinə təsir edən amillər” mövzusunda görüş keçirilib. AR Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynovla baş tutan görüşlə ikinci günə yekun vurulub.

Qeyd edək ki, layihənin sonuncu günü təlimlər sessiyasına xüsusi yer verilib. Belə ki, ilk təlim "Oba Market” MMC-nin Şöbə müdiri Vüsal Mahmudovun təqdimatında "İdarəetmədə keyfiyyət standartları” mövzusunda keçirilib. Daha sonra ADA Universitetinin dekanı Anar Vəliyevlə iki hissədən ibarət olan sessiya baş tutub. İlk sessiya "İdarəçilikdə məqsəd və hədəflərin planlaşdırılması”, ikinci sessiyada isə "Qərarvericilik prosesində təhlil və lobbiçilik” mövzusunda interaktiv müzakirələrlə yadda qalıb.

Günə, eyni zamanda layihəyə Milli Məclisin deputatı Naqif Həmzəyevin iştirakı ilə keçirilən görüşlə yekun vurulub.

Mencerlərin İnkişaf Proqramı çərçivəsində keçirilən layihə Azərbaycan Respubliaksı Gənclər Fondunun dəstəyi və AR Gənclər və İdman Nazirliyinin tərəfaşlığı ilə baş tutub.
Aygün KƏRİMOVA


Oxunub: 280






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim