reklam
USD
6 ℃
EUR
BAKI

Azərbaycanlı pianoçunun uğuru

MARAQLI / 03.07.2023 02:37

Amerika Bəstəkarlar Forumunun məşhur brendi kimi fəaliyyət göstərən "Innova Recordings” bu yaxınlarda dünyanın müxtəlif ölkələrindən təqdim edilən çoxsaylı layihələr arasından on beş musiqi layihəsinin seçimini elan edib.


"carciTV" xəbər verir ki, hər il dünya musiqi arenasında fərqlənən əsərlərin, ifaçıların seçimini aparıb onların təbliğatı ilə məşğul olan bu təşkilatın hazırkı seçiminə pianoçu Humay Qasımzadənin ifasında müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət albom da layiq görülüb.

Mükafatlandırılmış albom bəstəkarlar Ayaz Qəmbərli, Tahir İbişov, Türkər Qasımzadə, Səid Qəni və Elmir Mirzəyevin fortepiano üçün əsərlərindən ibarətdir. "Innova Recordings”in mətbuat üçün buraxılışında həmin bəstəkarların yaradıcılığı barəsində qeyd edilir ki, Qərbin fərqli müasir musiqi təmayüllərinin yer aldığı bu bəstəkarların əsərlərində ümumən Azərbaycan milli musiqi ənənələrindən bəhrələnmə təbiidirsə də, onların yaradıcılığını daha çox Yaxın Şərq bəstəkarlarına xas olan "ekzotika”, yaxud "oriyentalizm” qəliblərində dəyərləndirmək doğru deyil. Başqa sözlə, onların musiqisi ənənəvi Şərq musiqi ladlarından istifadədə hansısa qabarıqlığı şərtləndirən estetikadan uzaqdır, Azərbaycanın ənənəvi xalq musiqisindən birbaşa iqtibaslardan, imitasiyadan xali bir konstruksiyada diqqət çəkir.

Humay Qasımzadə ifa etdiyi əsərlərin müəllifləri ilə uzun müddət əməkdaşlıq etmiş və albomda təmsil olunan bəzi əsərlər məxsusi olaraq onun sifarişi ilə yazılıb.

Bu da xüsusi olaraq qeyd edilməlidir ki, beynəlxalq səviyyədə qəbul edilən albomdakı bəzi əsərlər Humay Qasımzadənin ABŞ-da Bolinq Qrin universitetində müdafiə etdiyi doktorluq dissertasiyada araşdırma obyekti olub. Universitetin elmi şurasının qərarı ilə həmin dissertasiya ilin ən yaxşı elmi əsəri mükafatına layiq görülüb.


Oxunub: 326






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim