reklam
USD
16 ℃
EUR
BAKI

Bakıda qadın şirkət direktoru həbs edildi - Restoran sahibi olan qardaşlar şikayət etdi...

REPORTAJ / 10.07.2023 02:00

Bakıda "Ren Dizayn” adlı dekor şirkətinin xanım təsisçisi həbs edilib


"carciTV"nin məlumatına görə, 1986-cı ildə Bakı şəhər sakini Rəna Kərimova (soyad-şərti) "41 Karaoke” və "Pirani PUB” restoranlarını işlədən qardaşların şikayəti əsasında həbs olunub. 

Ramin və Ramil qardaşların özünü iş xanımı kimi təqdim edən "Ren Dizayn” adlı dekor şirkətin təsisçisi Rəna haqqında şikayətinə baxılıb. Rəna restoran sahibləri olan qardaşların 30 min manat pulunu mənimsəməkdə ittiham edilərək həbs olunub. 

Belə ki, Rəna Raminin işlətdiyi, Xəqani 41 ünvanında yerləşən "41 Karaoke” klubunda dekor-dizayn işi ilə məşğul olduğunu, bu işdə yaxşı qazanc olduğunu, maddi durumunun yaxşı olmadığını, lakin şəriki olsa, işinin daha yaxşı gedəcəyini bildirib. Ramin iddia edib ki, Rəna iş qurmaq adı ilə 2020-ci ilin təxminən iyun ayından 2021-ci ilin oktyabr ayına kimi müxtəlif vaxtlarda ondan 30 min manat alaraq mənimsəyib. 

Ramin həmçinin, təqsirləndirilən şəxsə qardaşı Ramilin işlətdiyi, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən "Pirani PUB”da onun iştirakı ilə də pul verdiyini deyib.

Ramin və Ramil qardaşları aldığı pulu və vəd etdiyi gəliri vermədiyi üçün Rənadan şikayətçi olublar. 

Məhkəmənin qərarı ilə Rəna Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib. Xanım iş adamı 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. CM-nin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində 4 iyul 2023-cü il tarixdən çəkir.


Oxunub: 290






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim