"Ermənistan separatizmi dəstəkləməyə davam edir" - Spiker
RƏSMİ / 16.09.2023 12:28
"Beynəlxalq ictimaiyyət təcavüzkar separatizmə qarşı öz səsini ucaltmalı və belə qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidir. Sülh, firavanlıq və davamlı inkişafa can atan müasir dünyada separatizmə dözmək olmaz".
"Carcitv" xəbər verir ki, bunu Kuba Respublikasında keçirilən G77+Çin Sammitinin ümumi müzakirələrində çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova Ermənistanın regionda vəziyyəti gərginləşdirmək istiqamətində atdığı addımlar barədə danışarkən deyib.
Bu gün Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla normallaşma prosesi və sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini bildirən Milli Məclisin sədri, bunun regionda uzunmüddətli sülh və sabitliyə nail olmağın yeganə yolu olduğunu qeyd edib.
Spiker diqqətə çatdırıb ki, ölkəmizin proseslərə səmimi yanaşması, sadiqlik nümayiş etdirməsi fonunda Ermənistan əvvəllər əldə edilmiş razılaşmaları pozur, Azərbaycan ərazilərində separatizmi dəstəkləməklə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi-siyasi təxribatlarını davam etdirir. Bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni qurumun keçirdiyi qondarma "prezident seçkiləri” Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulması idi.
Milli Məclisin sədri qeyd edib ki, bu gün sülh və təhlükəsizlik olmadan davamlı inkişafa nail olmaq mümkün deyil. O, diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildə öz ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. İndi bu, Azərbaycanın inkişaf prioritetinin əsas istiqamətlərindən biridir. İşğalın dağıdıcı təsirlərini nəzərə alsaq, biz kifayət qədər böyük problemlə üz-üzəyik, çünki 8 şəhər və yüzlərlə kənd, habelə bütün infrastrukturu sıfırdan qurmaq lazımdır. Lakin Azərbaycan böyük addımlar atır, ərazilərin azad edilməsindən keçən qısa müddət ərzində keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar./unikal/
Oxunub: 54
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim