Azərbaycan G77+ Çin Sammitində təmsil olunub
XƏBƏR / 17.09.2023 01:39
Azərbaycan G77+ Çin Sammitində təmsil olunub
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri Sammit çərçivəsində "Elm, texnologiya və innovasiyanın rolu" mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Azərbaycanın G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, quruma verdiyi böyük əhəmiyyəti qeyd edən Sahibə Qafarova ölkəmizin bu təşkilatın işinə fəal töhfə verməyə hazır olduğunu bildirib.
Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycan üçün xüsusi əhəmiyyətindən danışarkən Parlament sədri ölkəmizin Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu qeyd edib.
O, təmiz ətraf mühit və yaşıl inkişaf konsepsiyasının 2030-cu ilə qədər yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biri olduğunu bildirib, Azərbaycanın Paris İqlim Sazişini ratifikasiya etməklə 2030-cu ilə qədər istixana qazlarının emissiyasının 35 faiz azaldılmasına nail olmaq üçün könüllü öhdəlik götürdüyünü diqqətə çatdırıb. O, bərpaolunan enerji üzrə bir sıra layihələrin icra edildiyini, 2030-cu ilə qədər bu enerji mənbələrinin Azərbaycanın ümumi enerji tutumunda payının 37 faizi ötəcəyi barədə məlumat verib.
Milli Məclisin sədri Azərbaycanın İqlim Dəyişikliyi üzrə Konvensiyanın Tərəflərinin 29-cu Konfransına ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürdüyünü, ölkəmizin qlobal iqlim gündəliyinin həyata keçirilməsinə töhfə verməyə və öz təcrübəsini bölüşməyə hazır olduğunu deyib.
Rəsmi inkişaf yardımı Azərbaycanın beynəlxalq inkişaf gündəmini təşviq etmək, eləcə də qlobal miqyasda inkişaf çağırışlarını daha yaxşı həll etmək üçün istifadə etdiyi mexanizmlərdən biridir. Azərbaycan tərəfindən 130-dan çox ölkəyə edilən beynəlxalq yardım insan və institusional potensialın yaradılmasına, qabaqcıl təcrübə mübadiləsi yolu ilə yoxsulluğun aradan qaldırılmasına və davamlı inkişafın dəstəklənməsinə yönəlib.
Diqqətə çatdırılıb ki, bu gün sülh və təhlükəsizlik olmadan davamlı inkişafa nail olmaq mümkün deyil. Azərbaycan 2020-ci ildə öz torpaqlarını 30 illik erməni işğalından azad etdikdən sonra bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. İndi bu, Azərbaycanın inkişaf prioritetinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, Azərbaycanın Ermənistanla normallaşma prosesi barədə də məlumat verilib.
Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində elm, texnologiya və innovasiyanın mühüm roluna toxunan parlamentin sədri qeyd edib ki, elm, texnologiya və innovasiyanın milli inkişaf planlarına inteqrasiyası bu imkanların inkişafında geniş əməkdaşlıq vasitəsilə təşviq edilməlidir.
Oxunub: 53
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim