Azərbaycan Qafqazda sülhün və inkişafın təminatçısıdır
REPORTAJ / 25.09.2023 01:17

Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha bir möhtəşəm qələbəyə imza atdı. Lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi 1 gün ərzində torpaqlarımızda məskunlaşmış erməni separatizminin kökü birdəfəlik kəsildi. Azərbaycan Ermənistana və bütün dünyaya göstərdi ki, ərazi bütövlüyünə, suverenliyinə qarşı yönələn istənilən təxribata ən yüksək səviyyədə və layiqli cavab vermək gücündədir.
Xatırladaq ki, 10 noyabr razılaşmasının əksinə olaraq son üç il ərzində bölgədə hərbi təxribatlarını dayandırmayan erməni separatçılarının terror aktları nəticəsində xeyli sayda mülkü vətəndaşlarımız və hərbçilərimiz həlak olmuş, yaralanmışdır. Tək bir faktı nəzərə çatdırmaq kifayətdir ki, Vətən müharibəsi başa çatandan sonra bu günə qədər artıq 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır. Bununla bağlı dəfələrlə qarşı tərəfə xəbərdalıqlar edilsə də bunu nəzərə almamış, əksinə, Zəfər savaşında üzləşdikləri ağır məğlubiyyəti unudaraq yenidən status və digər xam xəyallarını diplomatik müzakirə müstəvisinə daşımağa çalışmışlar. Bütün bu cəhdlər ölkəmizin böyük beynəlxalq nüfuzu sayəsində iflasa uğradı. Nəhayət 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla Azərbaycanın 6 vətəndaşı mina terrorunun qurbanı olması böyük ictimai qəzəb yaratdı və dövlətimizi qəti addımlar atmağa vadar etdi. Azərbaycana qarşı təcavüzkar siyasət yeridən Ermənistan və onun işğalçı ordusu yenidən ən böyük məğlubiyyətin acısını yaşadı. Azərbaycan əsgəri yüksək hərbi peşəkarlıqla düşmənə layiqli cavab vermək gücünü göstərdi. Müzəffər Ali Baş Komandanın "Unutmasınlar ki, dəmir yumruq yerindədir” mesajı öz gerçək təsdiqini tapdı. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi qısa müddət ərzində məhv edildi. Dövlətimiz tərəfindən antiterror tədbirlərinin uğurlu gedişatı düşmən Ermənistan və və onun himayəsi altında fəaliyyət göstərən cinayətkar xunta rejimini sarstdı. Ordumuzun cəmi bir gün ərzində apardığı döyüşlər qanunsuz silahlı birləşmələrin ölkəmizin diktə etdiyi şərtləri qəbul etməyə məcbur etdi. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Ordumuz mənfur düşmən ordusu ilə döyüşdü, mərdi-mərdanə mübarizə apardı, mülki əhaliyə toxunmadı. Böyük Zəfərlə başa çatan Vətən müharibəsində mənfur düşmən döyüş meydanında məğlub olduğunu görən kimi erməni xisləti ilə dinc, yaşayış məntəqələrimizi raket atəşinə tutdu, günahsız insanları hədəfə aldı. Antiterror tədbirləri yalnız hərbi üstünlük göstəricisi deyildi, bunun sayəsində bölgəmizdə yeni geopolitik vəziyyət yaranmış oldu. On illiklər ərzində qondarma xunta rejiminin bölgədə yaratdığı gərginlik mənbəyi nəhv edildi. Artıq həm də Qarabağda yaşayan erməni əhalisi də rahat nəfəs ala, sivil ölkədə təhlükəsiz həyat yaşaya bilərlər. Azərbaycan bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq heç vaxt erməni xalqını bu cinayətlərdə günahlandırmayıb. Prezident İlham Əliyev dövlətimizin mövqeyini ifadə edərək dəfələrlə bəyan edib ki, Qarabağın erməni əhalisi Azərbaycanın vətəndaşlığını qəbul edəcəyi halda onlar üçün də sosial himayə göstəriləcək. Azərbaycan ordusunun yenidən gücünü öz üzərində hiss edən erməni separatizmi artıq məğlubiyyəti qəbul edib. Gələcək birgəyaşayışın təməli kimi Yevlax şəhərində Qarabağın erməni icmasının nümayəndələri ilə keçirilən görüş Azərbaycanın humanizm prinsiplərinə sadiqliyini bir daha ortaya qoydu. Artıq ermənilərin sağlam təfəkkürə malik kəsimi də dərk edir ki, çoxmillətli, çox konfessiyalı dövlət olan Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik heç vaxt olmayıb. Qarabağda yaşayacaq ermənilərin də təhsil, mədəniyyət, din, seçki hüquqları təmin ediləcək.
Regionda yaranmış yeni geopolitik vəziyyət Azərbaycanın mövqelərini tam gücləndirməklə yanaşı, bölgədə sülhün və inkişafın da təminatçısının Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasi kurs olduğunu təsdiqlədi. Bugünkü qüdrətli Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı bütün Qafqazda sabitliyin qarantı rolunda çıxış edir. Azərbaycan lideri dünya siyasi düzənində bu qarantın ən etibarlı qoruyucusudur!
"carciTV"

2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

10:32 Daşdəmir Əjdəroğlu - 60

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

2025-06-19
18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

2025-06-11
01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

2025-06-03
01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

2025-05-29
12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

2024-07-21
02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
