İlham Əliyevin sirri
CANLI TV / 29.09.2023 21:32

İlham Əliyev tarix yaradır, tarix yazır, coğrafiyamızın, milli taleyimizin səmtini müəyyən edən strateji qərarlar qəbul edir.
Bu fikirlər "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış
Həsənoğlunun "İlham Əliyevin sirri” sərlövhəli məqaləsində yer alıb.
"carciTV" məqaləni təqdim edir.
2023-cü il ildönümləri və fövqəladə günlərlə zəngindir:
Dahi Öndərimizin 100 illiyi!
Şərqdə ilk Cümhuriyyətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105, Türkiyə Xalq Cümhuriyyətinin elan edilməsindən 100 il ötür.
Düz 30 ildir ki, Heydər Əliyevin siyasi kursu qurtuluşçuluq missiyası, müstəqil dövlətçilik platforması kimi uğurla irəliləyir.
2023 – "Heydər Əliyev İli” tariximizə unikal töhfələr verir.
Aprelin 23-ü Həkəri çayının üstündə "Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu.
Sentyabrın 20-si erməni silahlı birləşmələrinin Qarabağdakı tör-töküntüləri 23 saat ərzində ləğv edildi və konstitusiya quruluşumuzun bərpası yekunlaşdı.
Bu il həm də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməyinin 20 ili tamam olur.
"Heydər Əliyev İli”ndə İlham Əliyevdən söz açmağın xüsusi yeri var.
Həm də bu mövzuya bir əşədü ehtiyac duyulur.
Çünki İlham Əliyev Heydər Əliyevin bir ömür həsr etdiyi mübarizənin, milli mücadilənin davamıdır…
"İlham Əliyevin istənilən vəziyyətdə, fərqli auditoriyalar qarşısında, müxtəlif tribunalarda həmişə korrekt, sərrast formada olmağının sirri nədir?” - İyulun 22-də Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda Prezidentin çıxışını müzakirə edərkən bir həmkarımız məndən soruşmuşdu.
Peşə fəaliyyətim və vətəndaş öhdəliyimdən irəli gələn bir diqqətlə onun fəaliyyətini izləyirəm. Hər müsahibədən sonra ağlımdan yalnız bir fikir keçir: Prezidentin ən mükəmməl müsahibəsidir. Amma bu qənaətimin ömrü çox qısa olur - Prezidentin növbəti müsahibəsinə qədər. Növbəti müsahibədən sonra eynisini düşünürəm: Bu, Prezidentin ən mükəmməl söhbətidir.
Onun fəaliyyətində qeyri-adi ardıcıllıq, dərhal nəzərəçarpan bir artım var. Bu dinamikanın əsasında nələr dayanır?
Dövlətin ali məqamından qaynaqlanan məsuliyyət, özünə qarşı həddindən artıq tələbkarlıq, öz üzərində işləmək vərdişi, təcrübə, intellekt, gendən, fitrətdən gələn keyfiyyətlər, yoxsa nə?
Məncə, İlham Əliyevin hətta ən ekstremal şəraitlərdə belə mükəmməl davranmağının sirri nədir sualına ən dəqiq cavabı cənab Prezidentin özü verir: "İradə, cəsarət, öz gücünə əminlik!”
İlham Əliyev ölkənin Birincisidir. Bütün hallarda dövlətin adından çıxış edir. Prezident ölkənin ən informasiyalı şəxsidir.
Təbii ki, çıxışlarında və bəyanatlarında səhih məlumatlara istinad edir. Prezident xalqını təmsil etdiyi üçün hər addımında Azərbaycan xalqının hissiyyatını ifadə edir. Amma Prezidentin hər cür ifadə tərzinin arxasında böyük bir zəkanın dayandığı bütün parametrləri ilə özünü büruzə verir. Hətta ən dramatik, ən həssas məsələləri elə təqdim edir, elə həll edir ki, kimsənin onu mübahisələndirmək şansı qalmır.
Ötən il Şuşada Şuşa Bəyannaməsinin ildönümü keçirilirdi. Türkiyədən gələn qonaqlar sırasında Efqan Ala da vardı. Efqan bəy AK partinin sədr müavinidir. Zamanında Türkiyənin daxili işlər naziri olaraq çalışıb. Həmin gün – Qurtuluş Günündə təşkil edilmiş tədbirdə onun parlaq çıxışı mənim hafizəmə həmişəlik həkk olundu. Efqan bəy nitqində dedi ki, Şuşada olarkən bilmirsən Şuşa şəhərmi, yoxsa şeirmi? Şuşada olarkən sanki bir möhtəşəm şeirin misraları arasında gəzişirsən.
Türk qardaşımız haqlıdır. Şuşa gərçəkdən bir poeziya örnəyidir. Ancaq bədii istedadla yazılan poeziya mətni deyil. Bu gün işğaldan azad edilmiş Şuşa İlham Əliyevin hərbi-siyasi qüdrəti ilə qələmə alınmış bir şeirdir. Həm də təkcə Şuşa yox, bütün "külli Qarabağ” böyük istedadla yaranmış bir hərbi-siyasi kompozisiyadır. Bizim bədii istedadla ərsəyə gətirilmiş poeziya nümunələrimiz çoxdur, amma bizim tariximiz uzun əsrlərdir ki, siyasi-hərbi poeziya nümunəsinə - Qələbəyə, Zəfərə təşnə idi.
İlham Əliyev Azərbaycan tarixinə müstəsnaların, ilklərin müəllifi kimi daxil olur. Hər il, hər ay, hər gün yeni bir ilkə imza atır. 2023-cü il də bu baxımdan istisna olmadı. 23 aprel İlham Əliyevin imzası ilə tarixə böyük və qızıl hərflərlə yazıldı. Prezidentin özünün dediyi kimi, 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.
Həm də necə?
Uzun illər boyu bizi bölüb parçalayıb kiçildiblər. Özü də bizdən soruşmadan, iradəmizi nəzərə almadan sərhədlərimizi cızıblar. Arazda ikiyə ayırıblar, İrəvanda, Zəngəzurda param-parça ediblər. Həm də bizdən heç nəyi soruşmadan. 2023-cü il aprelin 23-də Həkəri çayının üstündə qoyulan "Laçın” sərhəd-buraxılış məntəqəsi bizim ilk özəl dövlət sərhədimizdir. Son bir necə əsrdə ilk dəfədir ki, sərhədimizi özümüz müəyyən edirik. Bu, dövlət olmağın qürurudur. Lider olmağın təsdiqidir.
Laçın günlərimizin dönüşünü müjdə verən bir tarixdir.
23 saatlıq antiterror tədbirləri 200 illik separatizmin sonunu gətirdi. Hər şey 100 il əvvəl sentyabrın 18-də baş vermişdi. Onda Xankəndinin adını Stepanakertlə əvəzləmişdilər. Hər şey 2023-cü ilin 23 aprelində və sentyabrın 19-da bitdi. Biz Xankəndi adına de-yure və de-fakto sahibləndik.
Hazırda Azərbaycan dövlətçiliyi özünün laçın dövrünü yaşayır. Zəfərimizi həzm edə bilməyənlər baxa-baxa qalıblar. Laçın postundakı mənzərəni yalnız binoklla seyr edib məyus-məyus geri qayıtdıqları kimi.
Dünyanın sifəti çönüb. Avropa heyrət və təəccüb içindədir. Bədxahlarımızın gözü bərəlib.
2002-ci ildə "Yeni Azərbaycan” qəzeti İlham Əliyevin ABŞ səfərinə həsr edilmiş xüsusi buraxılış çap etdi.
Dərgimiz Ulu Öndərin çox xoşuna gəlmişdi.
Onda məndən soruşdu ki, sən onun (İlham Əliyevin) Cons Hopkins Universitetindəki çıxışına və suallara verdiyi cavablara qulaq asdın?
- "Əlbəttə ki, bəli, qulaq asdım”, - dedim.
Ulu Öndərimiz bir qədər düşünüb əlavə etdi:
- Oğlum olduğu üçün demirəm, amma etiraf edim ki, mən Heydər Əliyev o suallara o cür mükəmməl və o cür dəqiq cavablar verə bilməzdim...
Bu, bir atanın öz övladına verdiyi dəyər deyildi, bir Ustad siyasətçinin, azman dövlət adamının İlham Əliyevin dəyanətinə verdiyi qiymət idi.
Doğrusu, mən o vaxt Ulu Öndərimizin elə deməyinə bir qədər təəccüblənmişdim.
İndi İlham Əliyev bütün dünyanı təəccübləndirir, heyrətləndirir... və Azərbaycanla hesablaşmağa məcbur edir!

2025-02-21
19:45 Bəxtiyar Vahabzadənin adına metro stansiyası açılacaq? - TƏKLİF

19:29 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd ediləcək – SƏRƏNCAM

19:23 Xankəndidə tikilən “Bulud” hoteli bölgədə turizmin inkişafında mühüm rol oynayacaq

19:19 Prezident İlham Əliyev Artur Rasi-zadəyə “Heydər Əliyev” ordenini təqdim edib

18:29 Xankəndi tikiş fabrikində qısa müddətdə 50 minə yaxın idman köynəyi istehsal olunub

2025-02-19
03:47 Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri: Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanışlıq

03:40 Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub VİDEO

03:31 Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub VİDEO

03:24 Natalya Koçanova: Belarusla Azərbaycanın əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır

03:20 Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

03:13 Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq VİDEO


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
