Bakıda “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminar keçirilir
CANLI TV / 29.09.2023 22:42
Bu gün Bakıda "Azərkosmos”, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsi (UNOOSA) və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə "Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminar başlayıb.
"carciTV" xəbər verir ki, tədbir 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilir.
Açılışda UNOOSA-nın direktoru Aarti Holla-Maini çıxış edərək bildirib ki, seminarın məqsədi təhsil, innovasiya və texnologiyalar arasında əlaqələri gücləndirmək, eyni zamanda, bu istiqamətdə tərəfdaşlıq imkanlarını araşdırmaqdır. "Ekoloji, elmi və texnoloji üstünlüklər əldə etmək üçün xalqlar arasında, xüsusilə inkişafda olan kosmik ölkələri cəlb etməklə, həmçinin dövlət, özəl və qeyri-hökumət sektorlarını bir araya gətirməklə kosmos sahəsində tərəfdaşlıq çərçivəsinin yaradılmasına çalışacağıq. Kosmosun yaratdığı üstünlüklərdən hər bir kəs bəhrələnməlidir və bu işdə UNOOSA-nın vəzifəsi kosmos barədə bilikləri paylaşmaqdır”, – deyə Arti Holla-Maini vurğulayıb.
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mori 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdiyi üçün Azərbaycan dövlətinə təşəkkür edib. "Dayanıqlı inkişafı təmin etmək naminə qlobal və regional səviyyədə müzakirələr aparmaq üçün bu, çox mükəmməl bir platformadır. Daha dayanıqlı gələcək yaratmaq üçün biz beynəlxalq icma ilə birgə çalışmalı, təcrübə mübadiləsi aparmalıyıq. Bütün tərəflərə kosmik fəzadan dayanıqlı şəkildə istifadə etmək imkanı yaratmaq böyük bir çağırışdır və bu sahəyə investisiyaların cəlb olunması olduqca vacibdir və burada həm dövlət, həm də özəl sektorun sərmayə qoyuluşu nəzərdə tutulmalıdır”, – deyə Kley Mori qeyd edib.
Azərbaycan Respublikası Kosmik Agentliyi – "Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov çıxışında bu seminarın Azərbaycana və bütün tədbir iştirakçılarına yeni ideyalar qazandıracağını bildirib. S.Əsədov qeyd edib ki, Azərbaycan 2013-cü ildən kosmik ailəyə qoşulub və ölkəmiz son 10 ildə kosmosa böyük yatırımlar edib. "Regional və beynəlxalq əməkdaşlığa çox böyük diqqət yetiririk. Kosmik sahədə bir sıra aparıcı təşkilatlarla əməkdaşlıq edirik. Davamlı dayanıqlılıq kosmik sahədə olduqca önəmlidir. Biz BMT-nin Kosmik Məsələlər üzrə İdarəsinə bu sahədə daim dəstək verməyə hazırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev "Kosmik fəaliyyət haqqında” Qanunun tətbiq edilməsi barədə Fərman imzalayıb. Bu Qanun Azərbaycanda kosmik yatırımlara və fəaliyyətlərə daha geniş imkanlar yaradır”, – deyə "Azərkosmos”un sədri bildirib.
Seminar üç gün davam edəcək.
Oxunub: 117
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim