Bu il kosmosa uçacaq Türkiyə astronavtı: Azərbaycan bu sahədə potensiallı ölkədir - MÜSAHİBƏ
MÜSAHİBƏ / 03.10.2023 22:19
Azərbaycan astronavtika sahəsi ilə bağlılığı olan bir ölkədir. Çünki 50 il sonra Azərbaycan yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Qardaş Azərbaycan bu dəfə də Konqresi yüksək səviyyədə təşkil edib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə Cümhuriyyətinin Hava Qüvvələrinin astronavtı Alper Qezeravcı deyib. Astronavtla müsahibəni təqdim edirik:
-Bakıdakı tədbirin proqramı professional formada təşkil edilib. Düşünürəm ki, gələcəkdə kosmik sahədə kifayət qədər bilgilər əldə edəcəksiniz. Azərbaycan kosmik sahədə yeni işlərə imza atmağa potensiallı ölkədir. Bu gün burada iştirakçı kimi olmaq çox qürurvericidir. Siz bu məlumatları ictimailəşdirməklə bu sahəyə marağı olan gənclərin həvəsini artırırsınız.
-Alper bəy, bir astronavt yetişdirmək üçün nə qədər müddət lazımdır?
-Bir fərdi yetişdirmək üçün çox çalışmaq lazımdır. Əvvəlcə dünyada bu sahədə uğurlu layihələri icra edən ölkələrin praktiki və nəzəri bilgilərini toplamaq, həmin bilgiləri analiz etmək lazımdır. Bundan sonra yerli peşəkar kadrlar sayəsində öz astronavtlarımızı yetişdirmək şansımız olacaq. Azərbaycan və Türkiyə qardaş ölkədir və bu bir çox sahələrdə özünü göstərib.
-Siz Türkiyə Cümhuriyyətinin 100-cü ilində planlaşdırılmış kosmik tapşırığı yerinə yetirəcək astronavt olaraq nə deyə bilərsiniz?
-Cari ilin sonunda kosmosa 14 günlük uçuş gözlənilir. Dörd nəfər heyətlə gerçəkləşdirəcəyimiz uçuşda bir çox müxtəlif elmi layihələr sınaqdan keçiriləcək.
14 gün kosmosda qalmalı və 13 müxtəlif elmi bilgiləri sınaqdan keçirməliyik. Bu prosesdə çox ciddi bilgilər əldə ediləcək. Məsələn, gələcəkdə kosmosda yaşayış, oksigen mənbəyinin ola bilmə ehtimalı, eləcə də bir sıra digər sahələrdə əldə edilə biləcək nailiyyətlərlə bağlı təməl informasiyalar qazana bilərik.
- Həmin 13 müxtəlif elmi məlumatlar daha çox hansı sahələri əhatə edir?
- Bu uçuş amerikalı tapşırıq komandanı, bir türk astronavt, İtaliya və İsveçdən gələn astronavtların iştirakı ilə gerçəkləşdiriləcək. Çox peşəkar elm adamlarının tibb, texnologiya, kimya sahəsində bir sıra elmi bilgilərini sınaqdan keçirəcəyik. Biotexnologiya sahəsində bir çox nümunələr var. Dünya üzərində fərqli ərazilərdən əldə edilən materialların oksigen yaratması və karbonu məhv etməsinə dair elmi bilgilər var. Bunun gələcəkdə yeni texnologiyalar yaranmasına rəvac verəcəyi düşünülür. Bütün bunlar sınaqdan keçiriləcək.
-Heyətdəki astronavtların orta yaşı neçədir?
-Mən sizə dəqiq yaşları deyim. Uçuş 43, 44, 49 və 63 yaşlı ekipaj üzvləri ilə gerçəkləşdiriləcək.
-Uçuş zamanı plandankənar, fors-major hallara qarşı plan varmı?
-B planı hər zaman var. Həyatın hər anında plan mütləq var. Küçədə gəzdiyiniz zaman belə fors-major hal ilə qarşılaşa bilərsiniz.
-"Azərkosmos”la əməkdaşlıq edirsinizmi?
-"Azərkosmos” öz sahəsində çox ciddi işlərə imza atıb. Biz bu gün məhz "Azərkosmos” kimi qurumun fəaliyyətinə görə buradayıq. İki dövlət arasındakı əməkdaşlıq görünən və görünməyən sahələrdə də davam edir. Gələcəkdə sizinlə daha gözəl məlumatları bölüşəcəklərinə inanıram.
Oxunub: 139
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim