Şeyxülislam lCESCO-nun Baş direktoru ilə görüşüb
CANLI TV / 04.10.2023 22:22
Oktyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
İdarədən bildirilib ki, qonağı səmimi salamlayan Şeyxülislam nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib: "Ölkəmizlə ICESCO arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev sizinlə görüşərkən təşkilatın, o cümlədən Baş katib kimi şəxsən sizin fəaliyyətinizi yüksək dəyərləndirdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ICESCO-nun Xoşməramlı Səfiri seçilməsi də qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.
Ermənistan 30 ildən çox idi ki, Azərbaycan ərazisini işğal edərək yaşayış məskənlərimizi, məscid və qəbiristanlıqları dağıtmış, tarixi mədəniyyət abidələrini məhv etmişdi. ICESCO törədilən bu vandalizm aktlarına öz kəskin etirazını bildirib, Azərbaycanın haqlı mövqeyini daim müdafiə edib və bu gün də öz obyektivliyini davam etdirməkdədir. Bu illər ərzində verdiyiniz dəstəyə görə şəxsən sizə və rəhbərlik etdiyiniz qurumun əməkdaşlarına minnətdarlığımı bildirirəm.
Siz Bakıya çoxsaylı səfərlər etmisiniz, budəfəki gəlişiniz xüsusi ilə əlamətdar bir dövrə təsadüf edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və Ordumuzun rəşadəti sayəsində xalqımız misilsiz qələbə qazanıb. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü yolunda şəhidlər vermişik, Vətən üçün canından keçən hər bir qəhrəmanın xatirəsi bizim üçün əzizdir, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Dövlətimiz işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri başlamaqla, tarix və mədəniyyət abidələrini bərpa etməklə şəhidlərin də ruhunu sevindirir”.
QMİ sədri Şuşa şəhərinin ICESCO-nun xətti ilə 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasını da mühüm hadisə kimi dəyərləndirib: "Bu barədə xəbəri böyük sevinclə qarşıladıq. QMİ dini mərkəz olaraq bu məsələni diqqət mərkəzində saxlayacaq. İnşallah, gələn il din xadimlərimizin iştirakı ilə Şuşada tədbir keçirməklə mühüm tədbirə öz töhfəmizi verəcəyik”.
Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilməsi planlaşdırılan Dünya Dini Liderlərinin III Samiti barədə də geniş məlumat verib, ICESCO-nun bu tədbirdə mötəbər heyətlə iştirak edəcəyinə inandığını bildirib: "Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən hər iki sammitdə dünyanın müxtəlif ölkələrindən dini konfessiyaların liderləri, görkəmli ictimai xadimlər iştirak edib, mühüm məsələlər müzakirə olunub. Növbəti sammitin də yüksək səviyyədə keçirilməsinə, dünyada dinlər və mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edəcəyinə çalışacağıq”.
Səmimi qarşılanmaya görə QMİ sədrinə təşəkkür edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki dünyada nüfuzlu din xadimi kimi tanınan Allahşükür Paşazadə ilə növbəti dəfə görüşmək fürsəti əldə etməkdən məmnunluq duyduğunu dilə gətirib: "Şeyxülislam həzrətlərinin ürəyimdə çox əziz bir yeri var. Allaha şükürlər olsun ki, sizinlə yenidən görüşə bildim”.
Baş direktor Bakıda keçirdiyi rəsmi görüşlər barədə məlumat verərək Azərbaycanla ICESCO arasında yüksək səviyyəli əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inandığını bildirib: "Həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşlərdə çox səmimi qarşılandım, şəxsimə və rəhbərlik etdiyim təşkilata qarşı çox böyük hörmət bəsləndiyinin şahidi oldum. Azərbaycan dövlət rəhbərinin başçılığı ilə Qələbəyə imza atıb. Xalqınızı bu münasibətlə ürəkdən təbrik edir, rifah və inkişaf arzulayıram”.
Salim bin Məhəmməd əl-Malik Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin Azərbaycan həqiqətlərinin müsəlman dünyasına çatdırılmasına gözəl bir vəsilə olacağına inandığını qeyd edib. O bildirib ki, ICESCO Azərbaycanda öz regional nümayəndəliyini də açmağı planlaşdırır. Qonaq bildirib ki, Dünya Dini Liderlərinin Bakıda planlaşdırılan III Sammiti ilə bağlı ICESCO QMİ ilə strateji əməkdaşlıqda maraqlıdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Oxunub: 40
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:07 İmişli sakini Araz çayında batdı
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
İDMAN
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim