Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin iyulu
REPORTAJ / 05.10.2023 01:03
Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin iyulu
AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
XXX
2 iyul. Prezident Heydər Əliyev Azərbaycan Polisi Gününə həsr olunmuş tədbirdə iştirak etdi və nitq söylədi.
4 iyul. Amerika Birləşmiş Ştatlarının milli bayramı - İstiqlaliyyət günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda iştirak etdi.
9 iyul. Almaniya Federativ Respublikasının dövlət katibi Aksel Gerlaxın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
10 iyul. Şərqi Azərbaycan ostandarı Məhəmmədəli Sübhanullahi başda olmaqla İran nümayəndə heyətini qəbul etdi.
11 iyul. Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, ordu generalı Hilmi Özkökü və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
15 iyul. Azərbaycanın elektrik enerjisi sistemində baş vermiş qəza ilə əlaqədar müşavirə keçirdi.
16 iyul. Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclasında nitq söylədi.
İtaliya, Avropa Şurası və Rusiya nümayəndə heyətləri ilə görüşlər keçirdi.
17 iyul. Beynəlxalq Valyuta Fondunun ikinci Avropa departamentinin direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
19-20 iyul. Ukraynada səfərdə oldu. Səfər çərçivəsində Ukrayna Prezidenti Leonid Kuçma, ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri üzrə əlaqələndiricisi Uilyam Teylorla görüşlər keçirdi. Ukraynada yaşayan azərbaycanlılarla görüşdü. GUÖAM üzvü olan ölkələrin dövlət başçılarının sammitində çıxış etdi.
22 iyul. Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə iştirak etdi.
23 iyul. Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi mərasimdə iştirak etdi.
27 iyul. Azərbaycan Ali Hərbi Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbi məzunlarının buraxılışına həsr olunmuş mərasimdə iştirak etdi və nitq söylədi.
XXX
Respublikada ictimai-siyasi sabitliyin, asayişin, qanunçuluğun bərqərar olmasında daxili işlər orqanlarının rolunu yüksək qiymətləndirən Prezident Heydər Əliyev 2002-ci il iyulun 3-də Azərbaycan Polisi Gününə həsr olunmuş təntənəli mərasimdə şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı fikirlərini açıqladı. Ulu Öndər bu sahədə həyata keçirilən islahatlardan danışdı, hüquq-mühafizə orqanlarının, o cümlədən polisin, Daxili İşlər Nazirliyinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsinə qaldırmağın vacibliyini vurğuladı.
Ulu Öndər çıxışında qeyd etdi ki, Azərbaycandakı daxili ictimai-siyasi sabitlik MDB ölkələrində nümunə kimi göstərilir. Ölkəmizdəki möhkəm sabitlik bir tərəfdən cinayətkarlıqla mübarizə, polisin öz vəzifələrini layiqincə yerinə yetirməsi, ikinci tərəfdən isə vətəndaşların hüquqlarının qorunması üçün dövlətin yaratdığı təminat nəticəsində mümkün olub.
"Əgər vətəndaş istədiyi vaxt evindən rahat çıxıb harasa gedirsə, axşam haradasa istirahət edə bilirsə, şəhərin hər hansı hissəsinə rahat gedə bilirsə, demək bizim polis, Daxili İşlər Nazirliyi sabitliyi, asayişi, eyni zamanda, insanların hüquqlarını təmin edirlər. Sizin vəzifəniz budur və bu vəzifəni layiqincə yerinə yetirmək lazımdır”, - deyə Heydər Əliyev çıxışında vurğuladı.
Prezident polisin fəaliyyətindəki nöqsanları da göstərməklə yanaşı, daxili işlər orqanlarına olan inamını dilə gətirdi.
Sitat: Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Biz daxili ictimai-siyasi sabitliyi təmin etmişik və siz üzərinizə düşən vəzifələri bundan sonra da yerinə yetirməlisiniz. Bir daha deyirəm, mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram. Bu güc ilə və bu qüvvə ilə də biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcəyik və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcəyik.
Ümummilli Lider Heydər Əliyev beynəlxalq aləmdə güclü təsir imkanlarına malik dövlətlərlə, o cümlədən ABŞ-la diplomatik münasibətlərin genişləndirilməsinə böyük önəm verirdi. Azərbaycanla ABŞ arasında energetika sahəsində işbirliyinin təməli də məhz həmin dövrlərdə qoyuldu. Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının ABŞ-ın və digər xarici ölkələrin aparıcı şirkətləri ilə birgə işlənməsi barədə aparılan danışıqlar uğurla başa çatdı və 1994-cü ildə "Əsrin müqaviləsi” imzalandı. Beləliklə, Azərbaycan-ABŞ əməkdaşlığında ilk tarixi addım atıldı və sonrakı illərdə münasibətlər strateji partnyorluq istiqamətində inkişaf etməyə başladı.
2002-ci il iyulun 4-də Amerika Birləşmiş Ştatlarının Milli bayramı - İstiqlaliyyət günü münasibətilə ABŞ-ın Bakıdakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda çıxış edən Ulu Öndər Azərbaycanın bu əlaqələrdən geniş mənada bəhrələnmək istədiyini vurğuladı: "Bizim xalqımızı bu yolla getməyə sövq edən o fikir deyil ki, sadəcə, Amerika Birləşmiş Ştatları kimi böyük bir ölkə ilə bizim iqtisadi əlaqələrimiz olsun. İlk növbədə o fikirdir ki, Amerika Birləşmiş Ştatlarının əldə etdiyi ümumbəşəri dəyərlərdən xalqımız faydalansın və ölkəmiz bir müstəqil dövlət kimi daim tərəqqi və demokratiya yolu ilə getsin. Bizim bu dostluğumuz davam etmiş və ötən illərdə Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizin zəiflənməsinə, yaxud ona hansısa bir tərəfdən xələl gətirilməsinə heç vaxt yol verməmişik. Bu münasibətlərimiz Amerika Birləşmiş Ştatlarının müxtəlif şirkətləri ilə Azərbaycan arasında çox geniş və faydalı iqtisadi əlaqələrin yaranmasını təmin etmişdir”.
Xatırladaq ki, ölkələrimiz arasında indiyədək 86 sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyası Azərbaycan iqtisadiyyatının inkişafında baza rolunu oynayır və 30 ilə yaxındır ki, siyasi-iqtisadi dividendlər gətirərək xalqımızın mənafelərinə xidmət edir. Bu baxımdan dövlət başçısının 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə təsis edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) neft və qazdan əldə edilən gəlirlərin toplanmasında, səmərəli idarə edilməsində və gələcək nəsillər üçün saxlanmasında xüsusi rola malikdir.
2002-ci il iyulun 16-da Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclasında bu barədə danışan Ulu Öndər neft strategiyasının məqsəd və hədəflərini diqqətə çatdırdı.
Sitat: Biz Azərbaycanda neft strategiyasını hazırlayıb həyata keçirməyə başlayarkən qarşımıza əsas bir böyük məqsəd kimi vəzifə qoymuşuq: Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə onların investisiyalarının cəlb olunması vasitəsilə mənimsənilməsini və işlənilməsini təşkil edərək, bunun nəticəsində zəngin yataqlarımızdan neft-qaz hasilatını təmin etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın mənafelərinin təmin olmasına yönəltmək. Yəni bu strategiya yalnız və yalnız Azərbaycanın mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə milli mətbuatın inkişafını diqqətdə saxlayır, jurnalistlərin işini yüksək qiymətləndirərək deyirdi: "jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. KİV nümayəndələri də öz növbəsində Ulu Öndəri jurnalistlərin dostu adlandırırdı.
2002-ci il iyulun 22-də Milli Mətbuat gününə həsr olunmuş mərasimdə iştirak edən Ulu Öndər Azərbaycan mətbuatından gözləntilərini açıqladı və jurnalistlər qarşısında duran ümdə vəzifələrdən bəhs etdi. Həmin çıxışdan bu günümüz üçün də aktuallıq kəsb edən bəzi məqamları bir daha xatırlatmaq yerinə düşər.
Heydər Əliyevin Milli Mətbuat Günü münasibətilə keçirilən mərasimdəki nitqindən
• Jurnalistikanın əsas vəzifələrindən biri cəmiyyətdə, onun bütün sahələrində olan mənfi halları aşkara çıxarmaq, göstərmək və millətimizi, xalqımızı, cəmiyyətimizi bundan xilas etmək olmalıdır. Bizim jurnalistika bunu edibdir. Amma mən arzu edərdim ki, bu məqsədi daha da uğurla həyata keçirsin.
• Mən jurnalistlərin dostu elan olunmuşam. Keçən dəfə dedim, mən bunu qiymətləndirirəm... Yeni tarix Azərbaycanın müstəqilliyi ilə əlaqədar olan tarixdir. Yeni jurnalistlər nəsli gəldi. Bu da çox gözəldir. Ancaq həm keçmişdən qalanlar, həm də yeni gələnlər – hamısı çalışmalıdır ki, bizim informasiya orqanlarını, mətbuatı, qəzetlərimizi cazibədar etsinlər. Sensasiyalı materiallar verməklə yox, həqiqəti açıq-aydın aşkara çıxarmaqla.
• Mən iqtidarın nümayəndəsi kimi, hər bir jurnalistə çox minnətdar olacağam ki, iqtidara, Prezident kimi mənə bəlli olmayan hansısa səhvi, yəni haradasa pis görülən işi, bizə zərər verən halları siz üzə çıxarasınız və biz də bundan istifadə edib o nöqsanların, səhvlərin aradan qaldırılması ilə məşğul olaq. Qısası, mən istəyirəm ki, siz iqtidara kömək edəsiniz. Mən istəyirəm ki, iqtidarda kimin olub-olmamasından asılı olmayaraq, müstəqil Azərbaycanın inkişafına kömək edəsiniz. Köməyiniz də birinci növbədə öz jurnalist qələminizlə nöqsanları, qüsurları, çatışmazlıqları obyektiv, ədalətli şəkildə aşkara çıxarmağınız və xeyirxah niyyətlərlə bu sahədə Azərbaycan iqtidarı ilə əməkdaşlıq etməyiniz olardı.
• Mən sizinlə dostluğumuza sadiqəm. Çalışacağam ki, bunu pozmayım. Siz də çalışın ki, dostluğumuz pozulmasın. Əmin ola bilərsiniz ki, jurnalistlərin dostu kimi, bu adı daşımaq üçün mənim tərəfimdən bundan sonra nə mümkündürsə ediləcəkdir.
"carciTV"
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
21:42 Sınıq qabın hekayəsi
2024-12-16
01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim