Xalqın əzəli Vətən haqqını özünə qaytaran lider
MÜSAHİBƏ / 15.10.2023 02:30
Xalqın əzəli Vətən haqqını özünə qaytaran lider
Çağdaş dünyada söz sahibi olan dövlətlərin bir çoxunun müstəqillik tarixi yüz illərlə hesablanır. Tarixdə neçə-neçə dövlətlər qurmuş Azərbaycan təəssüf ki, iki əsr əvvəl iki yerə bölündü. Quzey Azərbaycanın 1918-ci və 1991-ci illərdə qazandığı müstəqillik ona baha başa gəldi. 1920-ci ildə erməni daşnaklarının böyük xəyanətkarlığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı. Sovet imperiyasının süqutu prosesində isə həmin daşnak törəmələri imperialist dairələrin əlində yenidən alətə çevrilərək Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüş, torpaqlarımızın 20 faizini işğal etmiş, müstəqilliyimiz üçün hərbi-siyasi təhdidə çevrilmişdi. Lakin xalqımızın Ulu Öndəri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükələr aradan qaldırıldı. Ümummilli Lider Heydər Əliyev ikinci dəfə qazanılmış müstəqilliyi xilas etdikdən sonra ölkəyə rəhbərlik etdiyi on il ərzində gənc ölkənin dinamik inkişafının təməllərini yaratdı. Prezident İlham Əliyev isə Ulu Öndərin siyasi kursunu inamla davam etdirdiyi son 20 ildə Azərbaycanı sürətlə inkişaf etdirərək regionun lider dövlətinə çevirdi və dünya birliyində layiqli yer tutmasını təmin etdi.
Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov açıqlamasında deyib.
Deputat bildirib ki, 1990-cı illərin əvvəllərində süqut etmiş sistemin dağıntıları üzərində müstəqil dövlət quran Ulu Öndərin ən böyük arzusu və məramı gənc dövlətimizin suverenliyini qoruyub saxlamaq, ərazi bütövlüyünü təmin etmək və çağdaş dünyada söz sahibinə çevirmək idi. Uzaqgörən dövlət xadimi bu missiyanı özü qədər inandığı layiqli varisi İlham Əliyevə əmanət edərək əbədiyyətə qovuşdu. 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı Ulu Öndərin bu müqəddəs vəsiyyətini tale yolu olaraq qəbul edərək xilaskarlıq missiyasının uğurla davam etdirilməsi üçün səfərbər oldu. Ümummilli Liderin böyük inamı və xalqın etimadı cənab İlham Əliyevə müstəqil Azərbaycanı ötən 20 ildə möhtəşəm qələbələrə qovuşdurmaqda kömək etdi. Artıq Ulu Öndərin ən böyük arzusu və tarixi vəsiyyəti həyata keçirilib. Hakimiyyətə Azərbaycan gəncliyinin lideri və Ulu Öndərin siyasi varisi kimi gəlmiş İlham Əliyev bu illərdə xalqımızın şəriksiz lideri, dünya miqyaslı siyasətçi və dövlət xadimi zirvəsinə yüksəlməyi bacarıb. Prezident İlham Əliyevin mükəmməl idarəçiliyi sayəsində güclü iqtisadiyyata malik Azərbaycan beynəlxalq arenada söz sahibi olan dövlət kimi tanınır.
"Prezident İlham Əliyev 2020-ci ilin payızında xalqımıza qazandırdığı şanlı Zəfərlə tarixi torpaqlarımızı işğaldan azad etdi. Bu ilin sentyabrında isə Xankəndidəki erməni xuntasını darmadağın etməklə suverenliyimizin tam bərpasına nail oldu. Xalqımızın 200 illik tarixində itirilmiş əraziləri ilk dəfə geri qaytaran qalib sərkərdə Vətəni bütövləşdirən lider kimi gerçək qəhrəmana çevrildi. Qarabağ namərd yağıdan təmizləndi. Ölkəmizin ərazi bütövlüyünü tam təmin edən Prezident İlham Əliyev bizə qalib xalq, qalib ölkə sevincini yaşatdı. Ötən əsrdə bu xoşbəxtliyi böyük Atatürkün rəhbərliyi ilə istiqlal savaşından qalib çıxan Türkiyə yaşamışdı. Bir əsr sonra təkcə Ermənistanla deyil, onun havadarları ilə savaşan Müzəffər Komandan İlham Əliyev bu sevinci Azərbaycan xalqına yaşatdı. Bu oxşar savaşlar Atatürkü Türkiyənin istiqlal, İlham Əliyevi isə Azərbaycanın zəfər rəmzinə çevirdi.
Tarix bir daha sübut etdi ki, 2003-cü il 15 oktyabr prezident seçkilərində Azərbaycan xalqı düzgün seçim edərək dünəninə, bu gününə və sabahına səs verməkdə çox haqlı idi. Xalqın əzəli Vətən haqqını geri qaytaran Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün xoşbəxtliyinə qovuşub. Vətən həsrəti ilə bu dünyadan nakam köçmüş babalarımızın, nənələrimizin ruhu nəhayət ki, bu gün şaddır. Bütün bunları Azərbaycana qalib lider İlham Əliyev bəxş edib. Prezident İlham Əliyevin liderliyi ilə sürətlə inkişaf edən güclü Azərbaycanda yaşamaq, bu ölkənin vətəndaşı olmaq qürurvericidir”, - deyə R.Mahmudov bildirib.
Oxunub: 73
08.06.2026
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:07 İmişli sakini Araz çayında batdı
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
İDMAN
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim