İrəvan xanının nəslinin nümayəndəsi: Əminəm ki, tezliklə doğma torpaqlarımıza - əcdadlarımızın yurduna qayıda biləcəyik
XƏBƏR / 26.10.2023 00:34
İrəvan xanının nəslinin nümayəndəsi: Əminəm ki, tezliklə doğma torpaqlarımıza - əcdadlarımızın yurduna qayıda biləcəyik
Keçmişdə Qərbi Azərbaycanda müxtəlif etnik qrupların tərkibi müxtəlif hadisələr və siyasətlər nəticəsində formalaşıb. Bu regionun mürəkkəb demoqrafik dəyişikliklər tarixi var. Demoqrafik tərkibin formalaşmasında xanlar və onların siyasəti böyük rol oynayıb. Hətta erməni mənbələrinə əsaslanan siyahıya baxsaq görərik ki, İrəvan xanlarının hamısı Azərbaycan, müsəlman əsilli idi. Qərbi Azərbaycan xanları həmişə əksəriyyət təşkil edən etnik qrupdan, yəni, azərbaycanlılardan olub. XIX əsrdə çar Rusiyasının təqdim etdiyi rəsmi statistik məlumatlara əsasən sübut olunur ki, İrəvanda yerli əhalinin əksəriyyəti Azərbaycan mənşəli olub.
Bu fikirləri hazırda Almaniyada yaşayan, İrəvan xanının nəslindən olan Əmir Əli Sərdari İrəvani Haaqada təşkil olunmuş "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
O bildirib ki, ilk dəfədir Avropada Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransda iştirak edir və bu tədbir çox uğurludur. "Qərbi Azərbaycandan olan bütün soydaşlarımızı birləşdirmək, həmrəy və güclü olmaq üçün belə konfranslar vacibdir. Bu konfranslarda bir-birimizi görə və fikir mübadiləsi apara bilirik. Biz birlikdə eyni istiqamətdə irəliləməyə və hər bir məqsədimizə çatmaq üçün gücə malik olarıq. Əminəm ki, tezliklə doğma torpaqlarımıza - əcdadlarımızın yurduna qayıda biləcəyik”, - deyə Əmir Əli Sərdari İrəvani diqqətə çatdırıb.
Qeyd edilib ki, hətta Ermənistandan bəzi elmi tədqiqatçılar onu Yerevana dəvət ediblər, ancaq o, bu dəvətlərə müsbət cavab verməyib. Çünki Yerevana, sadəcə, şəhəri görmək üçün getmək istəmir. O, Qərbi Azərbaycandan olan soydaşlarımızın birliyi sayəsində tezliklə əcdadlarımızın torpaqlarına –Yerevana sülh yolu ilə qayıdacağına əmin olduğunu deyib.
Qeyd edək ki, İrəvani konfransda çıxışında əcdadlarının tarixinin xalqın mədəni kimliyinin əsasını təşkil etdiyini, insanlar arasında kimlik və mənsubluq hissini gücləndirdiyini vurğulayıb. Bildirib ki, işğalçılar tarixi təhrif etməyə çalışanda, dədə-baba tarixinə müraciət etmək müqavimət formasıdır. Tarix həqiqətlərin qorunub saxlanılmasına və dezinformasiyaları düzəltməyə kömək edir. Həmçinin o, doğma yurda qayıdış üçün vahid siyasətin önəmini vurğulayıb.
Oxunub: 70
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim