Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən üç il ötür
CANLI TV / 28.10.2023 23:53
Erməni terrorunun acısını yaşayanlarla REPORTAJ
Bu gün Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə raket zərbələri endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
"carciTV" terror qurbanlarının bir neçəsinin evində olub, ailə üzvlərini dinləyib.
Bərdə terroru zamanı həlak olan Məhərrəm Mustafayevin anası Seyran xanım üç il əvvəlki dəhşətli günü xatırlayaraq deyib: "Adi günlərimizdən birini yaşayırdıq. Günorta idi, nahar etməyə hazırlaşırdıq. Partlayış səsləri eşidildi. Uşaqlar küçəyə qaçdılar, gördülər ki, Məhərrəm çörək alıb avtomobilinə minən zaman şəhid olub. Avtomobili yanmışdı. Uşaqları gedib gözləri ilə gördülər. Ermənilər bu vəhşilikləri ilə övladını itirən anaların, valideynini itirən övladların ürəyinə sağalmaz yara vurdular...”.
Məhərrəmin oğlu Elşən Bərdə terrorunun dəhşətlərini öz gözləri ilə görüb. Onun üçün ən dəhşətlisi isə həlak olanların içərisində atasını da görmək olub. "Həmin gün evdə idik. Atam zəng etdi ki, evə gəlir, nə almaq lazımdır. Dedik yalnız çörək alsın. Aradan 10 dəqiqə keçmiş gurultu səsləri gəldi. Çölə çıxdıq. Raketin biri bizim evin qarşısına düşmüşdü. 15-20 saniyə sonra ikinci partlayış oldu. Həmin yerə getdikdə dəhşətli mənzərənin şahidi oldum. Dağıntılar, yanan maşınlar, ölənlər, yaralananlar... Maşınımızı görüb yaxınlaşdım. Maşın yanmışdı, atam həlak olmuşdu...”.
Bərdə terroru zamanı kimisi qohumunu, kimisi qonşusunu, kimisi isə doğmalarını, ailə üzvlərini itirdi. Növbəti həmsöhbətimiz Tahir Kazımov üç ildir ki, terror qurbanı olan oğlu Dəyanətin acısını yaşayır: "Günorta idi. Nahar edib çay içirdik. Birdən partlayış səsləri eşidildi. Dəyanət həmin vaxt küçədə idi. Partlayışdan sonra özünü evə çatdırdı. Bu vaxt kasetli bombalardan biri də həyətimizə düşdü. Qəlpə Dəyanətin ürəyinə girmişdi. Xəstəxanaya çatanda artıq dünyasını dəyişmişdi. Yoldaşım və Dəyanətin körpə övladı da çoxsaylı qəlpə yarası almışdılar. Ailəmiz çox sarsıldı. Təsəllimiz odur ki, Ordumuz Dəyanətin və qətlə yetirilmiş digər günahsız insanların qisasını alıb, torpaqlarımız işğaldan azad edilib”.
Tahir kişi indi Dəyanətin yadigar qalmış iki körpə övladını layiqli vətəndaş kimi böyütmək üçün çalışır. Tahir Kazımovun, Seyran Mustafayevanın acısı təkcə Bərdənin deyil, bütün xalqımızın acısıdır. İndi həm Bərdə sakinlərinin, həm də erməni vəhşiliklərinin acılarını yaşayan hər bir azərbaycanlının ən böyük təsəllisi axıdılan günahsız qanların yerdə qalmaması, Azərbaycan Ordusunun erməni faşizminə son qoymasıdır.
Qeyd edək ki, Bərdə şəhəri oktyabrın 5-i, 8-i, 27-si, 28-i və noyabrın 7-də Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terror aktları nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.
Oxunub: 136
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim