Tərtər II Dünya müharibəsindən sonra Avropada ən çox bomba və raketin atıldığı şəhərlərdən biridir
CANLI TV / 28.10.2023 23:58
Tərtər rayonunda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər 2020-ci il oktyabrın 29-da şəhərin Elman Səfərov küçəsinə erməni separatçıları tərəfindən atılan "Smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus açıq havada fəaliyyət göstərən ev-muzeyinə ekskursiya ediblər.
"carciTV" xəbər verir ki, əvvəlcə muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət fotoguşə ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla, rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi düşüb.
Qeyd olunub ki, erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı adlandırılan Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropada ən çox bomba və raketin atıldığı şəhərlərdən biridir.
Tədbirdə erməni terrorçularının törətdikləri terror hadisələrində həlak olan mülki şəhidlər barədə də məlumat verilib. Bildirilib ki, 2020-ci il oktyabrın 15-də şəhər qəbiristanlığında dəfn mərasimində iştirak edən 4 nəfər mülki şəxs Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində həlak olub, 4 nəfər yaralanıb. Ümumilikdə, 44 günlük Vətən müharibəsində Tərtər rayonunun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki vətəndaşlardan 16 nəfər həlak olub, 63 nəfər yaralanıb. Yaşayış evlərinə, qeyri-yaşayış sahələrinə, sosial obyektlərə, məktəb, xəstəxana və uşaq bağçalarına, kənd təsərrüfatına ziyan dəyib. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Bu gün ekskursiya təşkil edilmiş ev muzey də erməni vandalizminin bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi tarixin səhifələrinə qızıl hərflərlə yazıldı. Bu ilin sentyabr ayının 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı cəmi 23 saat 43 dəqiqə ərzində erməni terrorçuları ağ bayraq qaldıraraq təslim oldular. Xalqımız oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımızın ucaldılmasını qürur və iftixar hissləri ilə qarşıladı.
Oxunub: 137
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim