"carciTV" TƏQDİM EDİR
Zövqiyyə ƏSƏDOVA
Elə
bilirdim ki, öz yaşıdlarım olan qızların hamısının adı "qaçqındır
(köçkündür)"
İsti yay günlərindən biri idi. Məktəbə gedəcəyim ilk günü– Sentyabrın 1-
ni səbirsliklə gözləyirdim. Artıq valideynlərim mənim üçün məktəb
hazırlıqlarına başlamışdılar. Məktəbə götürmək üçün atam mənə məktəbli
çantası da almışdı. Fikrim ancaq bu çantada olardı. Gecə yatanda da,
səhər duranda da birinci çantanı gözümdən keçirərdim. Çantadan heç
gözümü çəkə bilmirdim.
O günlər uşaq olduğum üçün dünyadan o qədərdə baş aça bilmirdim.
Bilmirdim ki, vətənimin başının üstünü qara buludlar alıb.
Səhər tezdən güruldayan ağır top səslərinə oyandıq. Anam təlaş, həyacan
içində bizi yuxudan ayıltmışdı.
Evimiz Bərdə- Ağdam yolunun kənarında yerləşdiyindən gedən-gələn hərbi
maşınları, ağır texnikaları görə bilirdik. Qarabağ cəbhəsində baş verən
hadisələrdən daha tez xəbər tuta bilirdik. Bir gün atam evdən şəhərə
çıxmışdı. Az keçmişdi ki, həyacanlı halda evimizə qayıtdı. Anama dedi
ki, ermənlər Ağdamı işğal elədi, vəziyyət pisdi. Bu xəbər anamı çox
sarsıtmışdı. Onun böyüdüyü, xatirələrinin doğma şəhəri işğal
olunduğundan anamın hansı hisslər keçirdiyini təsəvvür etmək çox çətin
deyil. Heç vaxt yadımdan çıxmayan həmin an mənim üçün indi də donmuş
kadr effekti yaradıb. Nə baş verdiyini tam dərk etməsəm də anamın üzundə
yaranan kədər və ümudsizliyi sezə bilmişdim. O günlər " ermənilər
Qarabağda Azərbaycanlıları öldürür, evlərindən qovur, dinc əhaliyə
terror divanı tutur” sözlərini tez- tez eşidirdim. Yaşadığımız bina
hündür mərtəbəli olduğu üçün şəhərin küçələrini daha yaxşı görmək
olurdu. Rayonumuza çoxlu insanlar gəlirdi. Az da olsa ağır texikaların
şahidi olurduq.
Küçələrdə insan səsləri ilə bərabər güllə səsləri eşidilirdi. O vaxtlar
olanları tam dərk etməsəm də indi onların bir müharibə səhnəsi olduğunu
anlayıram.
Ailəmizlə birgə rayonuzun uzaq kəndlərinə gedəndə həmyaşıdlarımı
analarının yanında küçələrdə görməyim heç vaxt yadaşımdan silinməyib.
Biz onlara "qaçqın" (köçkün) deyirdik. Elə bilirdim ki, öz yaşıdlarım
olan qızların hamısının adı "qaçıqındır". Amma evdən hərdən nazarət
altında binanın həyətinə düşəndə evdə eşitdiyim adı binamızın
qarşısında, uşaqlarla oynayanda da eşidirdim.
O vaxtların bir sözü yadımdan heç vaxt çıxmaz. Böyüklər danışardı:
Heydər Əliyev gəldi bizi bu bəladan qurtardı. Hamı baş verənlərə görə
səriştəsiz, işbilməyən hakimiyyəti qınayırdı. Heydər Əliyevin
xilaskarlıq missiyası hadisələrin yeni mərhələyə keçirmişdi.
Onu da deyim ki, müharibə bizim rayonumuzda daha çox hiss olunurdu.
Çoxlu insanların köçkün kimi məcburən rayonumuza gəlməsi, çörək qıtlığı,
ağlaşma səslərini eşitmək adi hala çevrilmişdi. Küçələrdə çoxlu silahlı
adamlar gəzişirdi. Belə bir şəraitdə gecələr atam evdən çıxanda çox
qorxardıq. Evə qayıdana qədər nigarançılıqdan üzülərdik. Evdən çıxan
atam isə gecədən gedib uzun çörək nöbəsinə dayanar, çətin də olsa 5
nəfərik ailəyə 2 ədəd çörək ala bilərdi. Hərdən atam çörək ala bilməyib,
əliboş qayıtdığına görə ac yatmağımızı heç vaxt unutmaram.
Artıq məktəbə gedirdim. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra gündən–günə həyat axarına düşürdü. Küçələrdə əvvəlki
olan mənzərə dəyişmişdi. İnsanlar hay-küy salmır, qabaqlardan fərqli
olaraq küçələrdə yığışmırdılar. Demək olar ki, həyat öz axarına düşürdü.
Onu da deyim ki, oxuduğumuz məktəbdə köçkün xeyli ailə yaşayırdı. Sinif
yoldaşımız olan uşaqlardan bəziləri bizimlə həm oxuyur, həm də
oxuduğumuz məktəbdə qalırdılar. Onda mən başa düşdüm ki, "qaçqın"
dediyimiz bu uşaqların adı deyilmiş, sadəcə onlara məcbur olub evlərini
tərk etdiklərinə görə qaçqın (köçkün) deyirmişlər.
Böyüdükcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım.
Dahi şəxsiyyətin dövlətimiz üçün gördüyü işlərin mahiyyətini dərk
edirdim.
1994-cü ildə ordumuzun düşmənə tutarlı cavabı sayəsində Füzulinin 30
dan artıq, Cəbrayılın bir yaşayış məntəqəsi azad edilmiş oldu. Bununla
da düşmən Azərbaycan ordusunun mətin iradəsi ilə rast gəlmiş oldu.
Hadisələrin inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu.
Ümummilli lider Heydər Əliyevin ardıcıl və uzaqgörən siyasəti sayəsində
həm hərb meydanında, həm də diplomatiya cəbhəsində qələbələr labüdləşdi.
Məşhur Horadiz əməliyyatından sonra diplomatiyamızın Lissabon
sammitində əldə etdiyi qələbə Ermənistanı ölkəmizlə hesablaşmağa məcbur
etdi. Ümummilli liderin 1996 -cı ildə özünün məntiqli siyasəti ilə
Lissabon şəhərində keçirlən sammitdə düşməni çıxılmaz vəziyyətə salması,
ermənilərin işğalçı olduğunu dünyaya sübut etməsi bu böyük şəxsiyətə
qarşı məndə daha çox rəğbət hissi yaratmış oldu. Bununla da əvəzolunmaz
liderimiz mənim fəxrimə çevrildi.
Mən artıq bir azərbaycanlı kimi özümü xoşbəx sayırdım. Dinamik inkişaf
sayəsində daim irəliləyən Azərbaycanımız davamlı uğurları ilə dünyanın
nüfuzlu ölkəsinə çevrilməsi Ümummilli lider Heydər Əliyev dühasının
təntənəsi demək idi.
Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də
özündən sonra layiqli varis yetişdirib, bizi yeni qələbələrə
istiqamətləndirməsi oldu. Çalışdım ki, Heydər Əliyev ailəsində yetişən
güclü diplomat, Ali baş komandanımız İlham Əliyevi xalqımıza bəxş edən,
bizim kimliyimizi özümuzə qaytaran və onun sayəsində bilikli, savadlı öz
bacarığı ilə öndə olan cənab prezdentimizin ilk müəllimi Ulu öndər
Heydər Əliyev haqqında kiçik məqaləmi siznən bölüşüm. Yalnız öz
gözlərimlə gördüyüm uşaqlıq illərinin xatirəsini yazdım.
Mənim uşaqlıq ilərim Ulu öndərimizin ölkəmizə rəhbər olduğu vaxta düşdü.
Gənclik illərim isə cənab prezident İlham Əliyevin rəhbərliyi ilə
keçib. Ona görə də çox xoşbəxtəm ki, təhsilim bu dövrlərə təsadüf edib.
2003-ci ildən ölkəmizə rəhbərlik edən cənab Prezidentimiz İlham Əliyev
Ulu öndərin bütün siyasi kursunu layiqincə davam etirir. Onun uzaqgörən
siyasəti və qətiyyətli addımları ilə 44 gün ərzində düşmən diz çökdü.
Qarabağımız azad edildi. İndi başımızı dik tutur, vüqarlı durmağı
bacarırıq.
Qarabağımızda qurucluq işləri sürətlə davam edir. Səbirsizliklə dərs
hissə müdiri işlədiyim Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta
məktəbin müəllim və şagirdləri ilə doğma Qarabağımıza qayıtmaq gününü
gözləyirik. Tezliklə qədim Şuşamızda yeni məktəbimizdə dərsə
başlaycağımız günə hər tərəfli hazır olmağa çalışırıq.
Böyük qaydışımızla bütün bunları bizə yaşadan, bəxş edən dahı insan Ulu
öndər Heydər Əliyevə, onun layiqli davamçısı cənab prezidentimiz İlham
Əliyevə borcluyuq.
Zövqiyyə ƏSƏDOVA,
Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin
diektor müavini