reklam
USD
19 ℃
EUR
BAKI

Halloven (ya da Helloven)

CANLI TV / 02.11.2023 23:13

Halloven (ya da Helloven)


Düzəlmişdi hər yarağımız... Bir neçə il bundan əvvəl Halloven (ya da Helloven) haqqında öz fikirlərimi bildirmişdim. Doğrusu, tamam unutmuşdum bu cadugərlər "bayramını" . Metroda üzü boyalarla qəribə tərzdə rənglənmiş gənc qızları görəndə ilk olaraq təəccübləndim , lakin az sonra ağlıma gəldi ki, yəqin Hallovenin işidir . Elə bilirdim ki, hər ilin 31 oktyabrında dünyanın bir çox ölkələrində qeyd olunan bu "bayram"ın, daha doğrusu , hoqqabazlığın ölkəmizdə adı çəkilmir daha . Demə, yanılmışmışam. Deyəsən, əksinə olub, nəinki adı çəkilməmək, hətta əvvəllər uşaqlar üçün maraqlı olan bu əcaib-qəraib bayramın təsirinə indi gənclər arasında da düşənlər var. Bu "bayramla" tanışlığımızın bir neçə il əvvəl olduğunu yuxarıda qeyd etmişdim . Necə tanış olmuşduq ? Uşaqlar məktəbdən gələndə sevinə-sevinə əllərində üzərinə "Uşaqlarçün pulsuz əyləncə " yazılan biletlər gətirdilər. 3 gün pulsuz əyləncə olacaqmış Mcdonalds deyilən xoşlamadığım yerdə. Doğrusu, pulsuz yazılan nələrdənsə gözüm su içmir. Amma buna baxmayaraq, məndən söz aldılar onları aparacağıma dair. Həmin 3 günün birində uşaqlara "gəlin sizi parka aparım, orada əylənərsiniz, ancaq Mcdonalds -a getməyək"- dedim. Razılaşdılar və apardım. Amma uşaqların istəkləri bitməz ki, böyüklərin arzuları kimi. Əyləncənin son günündə yenə getmək istəkləri baş qaldırdı. Razılaşmaq istəmədim. Ancaq küsmələr, ittihamlar başlandı : "Qonşular da gedirlər, ancaq sən bizi pulsuz əyləncəyə aparmırsan ". Könlüm razı olmadı, könülsüz olsa da, apardım. Ancaq düzünü deyim ki, bu pulsuz əyləncənin nədən ibarət olması marağı da çəkirdi məni... Məkana daxil olduq...Həmin məkanın yeməkləri mənim damaq dadıma uyğun olmadığı üçün həmişə ( həmişə dediyim cəmi 2 dəfədir ) dadsız gəlib mənə. Ancaq, düzünü desək, kifayət qədər müştərisi olur hər zaman . Sözüm bunda deyil . Təbii ki, yeməklər biletə daxil deyildi. Sözüm bunda da deyil. İçəridə qorxunc maskalar çəkmiş oğlan və qızlar, divarlarda küpəgirən şəkilləri, "Halloween " yazılmış plakat...Ən pisi isə nəinki uşaqlar, hətta böyüklər də bu maskalılarla üzlərinə süni təbəssüm verərək şəkillər çəkdirirdilər. Hallovenin nə olduğunu bilmədiyimi etiraf edim, bilməsəm yaxşı imiş elə...Gələk əyləncə qisminə: bir oğlan və bir qız, bir də maskalılar başladılar uşaqları guya əyləndirməyə. Açıq havada, yəqin ki, günəşdən, yaxud yağışdan qorumaq üçün qurulmuş çətirlərin daha da basırıqlıq yaratdığı bu kiçik yerdə uşaqları düzüblər, xarici musiqilərdən parçalar səsləndirib (canlı yox təbii ki) , bir-birlərinə ötürmək üçün bir topu da veriblər uşaqların əllərinə, uşaq başı aldadırlar. Vəssalam. Əyləncə bundan ibarət... Bəs bu Halloven nəmənədi ? Google -a müraciət etdim ətraflı məlumat üçün. Bəzi xarici ölkələrdə keçirilən bu "bayram"ın bizdə tərcüməsi BALQABAQLAR bayramı, Türkiyədə CADILAR bayramı imiş. Şəkillər də cadugərlər bayramı olduğunu təsdiq etdi. Şəhərimizdə baş alıb gedən, at oynadan əcnəbi dillərə qarşı mübarizənin arasında bir də əcnəbi və əcaib bayramlamı mübarizə aparmalıyıq ? Sözü gedən bu "bayramın" nə adı, nə özü, nə də sözü nə dilimizə, nə dinimizə, nə özümüzə, nə də sözümüzə uyğundur...Bayramın məqsədi və adı barədə müxtəlif fikirlər söylənilir : qorxulu ruhları qovmaq, əylənmək, ölülərin, müqəddəslərin ruhuna həsr olunmuş bayram, dünyəvi dəhşət bayramı. Qeyd edilən məqsədlər və adlar qəribə olduğu kimi, iştirakçıların görkəmi də qəribə və ürküdücüdür. Bununla nə müqəddəslərin, ölülərin ruhu şadlıq tapar, nə də mənim kimi dirilərin. Əti ətimizdən, qanı qanımızdan olmayan ölkələrin adını bayram qoyduqları cadugərləri, ifritələri, küpəgirənləri təmsil edən bu "bayramsızlığın" (ad qoya bilmədim) bizdə belə canfəşanlıqla keçirilməsini anlamaq üçün başqa bir başa ehtiyacım olduğunu düşünsəm də, qətiyyətlə istəmirəm. İstəmirəm o başı ki, içində halloven deyilən bayramın təmsilçiləri olan ifritələr var. İstəmirəm o başı ki, içində bizi bizdən edən düşüncələr var. İstəmirəm o başı ki, içində mənim düşüncələrimi eşitsələr, " eh, sən nə bilirsən əylənmək nədir" fikri var. Mənasız qeyd edilən bayramıarımız az idimi? Bu yersiz bayramların hər zaman əleyhinə olan mən , halloveni görəndən sonra " Qurban olum özümüzün alma, armud, nar, hətta şəkər tozu bayramımıza!" demək istəsəm də, onların da heç bir mənasının olmadığını anlayıb fikrimdən vaz keçdim. Gəlin, bizi bizdən edən yad ünsürlərə YOX DEYƏK ! 

Ps.1. Deyirəm ki, "Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız..." 
Ps.2. Bu ata sözünü dəqiq yada salmaq üçün "Google"da "saqqal darağı" yazdım, Halloween çıxdı. Sevindim , nə yaxşı ki, belə düşünən tək mən deyiləmmiş.

 Pərvanə O-NURLU


Oxunub: 653






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim