“Bir millət, iki dövlət” adlı mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub
CANLI TV / 02.11.2023 23:45
"Bir millət, iki dövlət” adlı mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub
Noyabrın 2-də Türkiyə Yerel Basın Birliyinin "İktidar” qəzetinin və "Mirtalıblı Group” şirkətinin təşkilatçılığı ilə "Bir millət, iki dövlət” adlı mükafatlandırma mərasimi keçirilib. Mükafat alanlar arasında AZƏRTAC və qurumun İnsan Resursları Departamentinin müdiri Esmira Tağıyeva da var.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən "Mirtalıblı Group” şirkətinin rəhbəri Ləman Mirtalıblı tədbirin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə və Zəfər Gününə həsr edildiyini bildirib.
"İktidar” qəzetinin təmsilçisi Həsən Məmmədov bu cür tədbirlərin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha da dərinləşməsində əhəmiyyətli rol oynadığını söyləyib.
Tədbirdə Azərbaycanda öz sahələrində tanınmış həkimlər, iş adamları, elm xadimləri, sənətkarlar, dövlət təmsilçiləri, idmançılar, media təmsilçiləri, jurnalistlər mükafatlandırılıb.
Mükafatlandırma mərasimində çıxış edən Esmira Tağıyeva noyabrın qələbə ayı olduğunu deyib. Bildirib ki, ölkəmizin qazandığı bütün uğurların arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasəti və Azərbaycan Ordusunun şücaəti dayanır. O, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna toxunaraq ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu, dəstəklədiyini söyləyib. "Bu gün həm AZƏRTAC-ın, həm də mənim bu mükafata layiq görülməyim olduqca qürurvericidir”, - deyə E.Tağıyeva qeyd edib.
AZƏRTAC bu mükafata respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi kimi layiq görülüb. AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələrdə dəqiq və operativ informasiya yayır.
Oxunub: 102
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim