reklam
USD
11 ℃
EUR
BAKI

İsmayıllı rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib

CANLI TV / 09.11.2023 01:42

İsmayıllı rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib 


İsmayıllıda Mədəniyyət Nazirliyi və İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunub. Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruzəli Aslanov, RİH-in əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov qeyd edib ki, sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmən 44 günə məhv edildi. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan bu müharibə dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə birləşən Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də "Dəmir Yumruq" əməliyyatı adlandırılır. Rayon rəhbəri Vətən müharibəsində ismayıllıların da böyük qəhrəmanlıq göstərərək yüksək fədakarlıq nümayiş etdirdiyini bildirib, şəhidlərimizi dərin hüznlə yad edərək, qazilərimizə Allahdan şəfa diləyib. Hamını Zəfər Günü münasibətilə təbrik edib. Çıxış edən millət vəkili Novruzəli Aslanov qələbədə payı olan bütün şəhidləri o cümlədən İsmayıllı şəhidlərini dərin hörmət və qürur hissi ilə anaraq 44 günlük Haqq savaşımızdan ətraflı söz açıb. O, vurğulayıb ki, bu gün Azərbaycan xalqının Qarabağa qovuşduğu, tarixi zəfərə imza atdığı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda terrorlar zamanı həlak olan günahsız insanların qisasının döyüş meydanında alındığı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdiyi gündür. Bayram tədbirində "Beynəlxalq Muğam Mərkəzinin solistlərinin və tanınmış müğənni Çinarə Məlikzadənin ifasında bir-birindən rəngarəng musiqi parçaları səsləndirilib.

"carciTV"


Oxunub: 339






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim