Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub
CANLI TV / 03.12.2023 01:16
Şamaxıda "Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub
Şamaxı rayon Mədəniyyət Mərkəzində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev muzeyinin birgə təşkilatçılığı ilə yazıçı, ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin yaradıcılığına həsr olunmuş "Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans keçirilib.
"carciTV" xəbər verir ki, əvvəlcə mərkəzin foyesində görkəmli yazıçı Əzizə Cəfərzadənin və şair-qəzəlxan, xanəndə- bəstəkar Ağakərim Nafizin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əzizə Cəfərzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən natiqlər xalqımızın yüzillər boyunca formalaşmış yüksək milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında zəngin şifahi ədəbi irsimizin yorulmaz tədqiqatçılarından olan Əzizə Cəfərzadənin yaradıcılığının böyük rol oynadığından söz açıblar. Əzizə xanım Cəfərzadənin oğlu Turan İbrahimov anası ilə bağlı xatirələrini bölüşüb və yazıçının yaradıcılığına həsr olunmuş yeni çapdan çıxmış kitabları haqqında məlumat verib.
Daha sonra xanəndə-bəstəkar, şair-qəzəlxan Ağakərim Nafizin 75 illik yubleyinə həsr edilən "Təzkireyi-Nafiz” adlı kitabın təqdimatı keçirilib və şair Ağakərim Nafiz çıxış edib.
Tədbir Şamaxı rayon Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqramla başa çatıb.
Oxunub: 110
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim