reklam
USD
2 ℃
EUR
BAKI

Təqaüdçülərə ŞAD XƏBƏR: Yanvarın 1-dən etibarən…

CANLI TV / 27.12.2023 00:47

Təqaüdçülərə ŞAD XƏBƏR: Yanvarın 1-dən etibarən…


Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”Qanunu imzalayıb. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək qanuna görə, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qanundan irəli gələn məsələlərlə bağlı bildirib ki, 2024-cü ilin dövlət büdcəsi gələn ilin də sosial paketin dərinləşəcəyini göstərir.

Millət vəkilinin sözlərinə görə, büdcə xərclərin 45, cari xərclərin 70 faizi sosialyönümlü olacaq: "Bu o deməkdir ki, sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində artımlar olacaq. Ehtiyac meyarının və yaşayış minimumunun artırılması ilə bağlı qərarın verilməsi həm də sosial yardımla təmin olunan vətəndaşların büdcədən daha çox vəsait almasına gətirib çıxaracaq. Ehtiyac meyarının məbləği 270 manata çatdırılıb. Bu o deməkdir ki, 5 nəfərlik ailədə hazırda sosial yardım alan vətəndaşlarımıza aylıq ödənilən vəsaitin həcmində təxminən 60 manat artım qeydə alınacaq. Əgər həmin ailələr ünvanlı sosial yardım proqramı çərçivəsində ailə olaraq 450 manat orta hesabla vəsait alırdılarsa, həmin vəsait, yardım məbləği 510 manata qədər yüksələcək”.

İqtisadçı deputat deyib ki, yanvarın 1-dən etibarən pensiyanın indeksasiya olunması və artırılması həyata keçiriləcək: "Artıq 2024-ci ilin yanvarın 1-dən etibarən pensiyanın indeksasiya olunması və artırılması həyata keçiriləcək. Bu xərclər dövlət büdcəsində artıq nəzərə alınıb. Bütövlükdə sosial istiqamətlərlə yanaşı, həm də Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərdə də artımlar olacaq. 4 milyardan artıq vəsait bu istiqamətə yönəldiləcək. Təhlükəsizliyimizin gücləndirilməsi ilə bağlı 6,2 milyard manat vəsaitin ayrılması nəzərə tutulur. Ona görə də 2024-ci ilin büdcəsi Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesin sürətləndirmək, social təminat sisteminin daha da gücləndirməsi, təhlükəsizliyimizin möhkəmləndirilməsi kimi prioritet məsələlərin həllinə dəstək olacaq”.

"carciTV"



Oxunub: 207






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim