AZƏRTAC ilə İordaniyanın Petra xəbər agentliyi arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
REPORTAJ / 23.01.2024 23:46
AZƏRTAC ilə İordaniyanın Petra xəbər agentliyi arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
AZƏRTAC-ın və İordaniyanın Petra xəbər agentliyinin əlaqələrinin genişləndirilməsi iki ölkə arasında informasiya sahəsində əməkdaşlığın inkişafına böyük töhfə olacaq.
Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Ömər Bərəkət əl-Nahar arasında keçirilən görüşdə səsləndirilib.
Vüqar Əliyev qeyd edib ki, 50 xarici informasiya agentliyi ilə tərəfdaşlıq edən AZƏRTAC bir sıra beynəlxalq media təşkilatının üzvüdür. Agentliyin həm ikitərəfli formatda, həm də bu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrə önəm verdiyini deyən İdarə Heyətinin sədri Petra agentliyi ilə tərəfdaşlıq müqaviləsinin 2007-ci ildə imzalandığını, bununla belə əlaqələrin daha da inkişaf etdirilməsinin zamanın tələbi olduğunu bildirib. Bu kontekstdə o, informasiya mübadiləsinin aparılmasının feyk xəbərlərin qarşısının alınmasına və ölkələrimiz haqqında doğru məlumatların yayılmasına töhfə verə biləcəyini vurğulayıb.
Azərbaycanın və İordaniyanın müxtəlif istiqamətlərdə münasibətlərinin inkişaf etdiyini söyləyən Ömər Bərəkət əl-Nahar media sahəsində də iki ölkənin aparıcı xəbər agentliklərinin sıx tərəfdaşlığının önəmli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bunun sayəsində Azərbaycan haqqında İordaniyada, İordaniya haqqında Azərbaycanda məlumatlılığın artmasına təkan vermək mümkündür. Buna görə də Petra və AZƏRTAC agentliklərinin intensiv əməkdaşlığı ölkələr arasında da əlaqələrin inkişafına dəstək olar.
Görüşdə, həmçinin media sahəsində yeniliklər, müxtəlif növ kontent mübadiləsinin əhəmiyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, səfir AZƏRTAC-da yaradılan şəraitlə tanış olub.
"carciTV"
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
