Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir
CANLI TV / 29.01.2024 23:43
Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir
Yanvarın 29-da Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə komitə sədri Səməd Seyidov bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib, qardaş ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndiyini və artıq yeni səviyyəyə yüksəldiyini bildirib. O, Hulusi Akarın Türkiyənin milli müdafiə naziri olduğu dövrdə gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib.
Komitə sədri Qarabağ məsələsində, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyin önəmindən bəhs edib, Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsinin mühüm tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycanın regionda sülh və əmin-amanlığın tərəfdarı olduğunu, lakin buna maneçilik törədildiyini və bu maneələrə qarşı lazımi addımların atıldığını söyləyib.
Səməd Seyidov Azərbaycanla Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, hazırda ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, Türk dünyası çərçivəsində münasibətlərin genişləndirildiyini bildirib.
Hulusi Akar ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafdan məmnunluğunu bildirib. Qonaq səfər zamanı keçirdiyi görüşlərdən, aparılan danışıqlardan razılıqla söhbət açıb. O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişaf etdiyini söyləyib. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Qonaq Azərbaycan ərazilərinin 30 il ərzində işğalı dövründə Türkiyə dövlətinin və xalqının narahatlıq keçirdiyini, 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsindən qürur duyduqlarını söyləyib. O, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin təmin edilməsinin, ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın vacibliyini qeyd edib.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri çıxış edərək əlaqələrimizin tarixi və bu günü, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini açıqlayıblar.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
