Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
XƏBƏR / 08.06.2026 13:12
"Gələcək mərhələdə informasiya sistemlərində fərdi məlumatların saxlanması vəziyyətinin aşkar edilməsi üçün müvafiq monitorinq və audit mexanizmləri yaradılmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib:
"Qlobal platformalarla bağlı çağırışlara gəldikdə isə qeyd etmək lazımdır ki, onların sərhəd tanımayan təsiri milli hüquq sistemlərindən daha genişdir. Bu səbəbdən Dövlət Komitəsi olaraq biz bir sıra, o cümlədən "Roblox" platforması ilə də müzakirələr aparmışıq və əsas mesajımızı açıq şəkildə ifadə etmişik. Uşağın təhlükəsizliyi kommersiya maraqlarından üstün olmalıdır".
Əgər platforma azyaşlıları qoruya bilmirsə, o, bizə görə uşaqlar üçün uyğun mühit deyil və bunu passiv seyrlə qarşılaya bilmərik.
Biz uşaqları rəqəmsal dünyanın risklərinə buraxırıq, yoxsa onları qoruyan sistem qururuq? Bu gün müzakirə olunan sənəd ikinci yolun seçilməsidir. Mən əminəm ki, bu qanun uşaqların müdafiəsini gücləndirəcək, ailələrin məsuliyyətini artıracaq, dövlətin informasiya təhlükəsizliyini möhkəmləndirəcək və Azərbaycanın rəqəmsal gələcəyini daha dayanıqlı edəcək".
Oxunub: 37
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim