Bakının daha bir addımı: böyük proses başladı
RƏSMİ / 26.11.2017 10:12
Avropa bununla nümayiş etdirdi ki, o, dünyanın hər hansı bir nöqtəsində olan separatizmə qarşı mövqe sərgiləyir və separatizmin dirçəlməsinə imkan verməyəcək.
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli dünən Avropa Birliyinin Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannaməyə münasibət bildirərkən deyib. O bildirib ki, bu çox böyük, tarixi bir addım idi:
"Azərbaycan tərəfi bu sənədin təkmilləşdirilməsində iştirak edərək, orada olan lüzumsuz maddələrin çıxarılmasına nail oldu. Bütövlükdə dövlətlərin ərazi bütövlüyü prinsipi yekun bəyənnamədə özünün hərtərəfli əksini tapdı. Azərbaycan bu müqaviləyə imza atmaqla, özünün gələcək uğurlarına böyük töhfə verdi. Bundan sonra Dağlıq Qarabağ probleminin həllində ciddi hüquqi baza formalaşdırmaq mümkün olacaq. Azərbaycan eyni zamanda Şərq Tərəfdaşlığı proqramına rəsmən qatıldı və bununla da bir sıra imtiyazlar və üstünlüklər əldə etdi”.
Politoloq vurğulayıb ki, Azərbaycam özünün qərbyönümlü xarici siyasət xəttini bu imzanı atmaqla bir daha təsdiq etmiş oldu:
"Bundan sonra Azərbaycanın qarşısında yeni perspektivlər açılır. Bu müqaviləyə imza atmaqla, Azərbaycan həm Avropa ölkələrinə vizasız gediş-gəliş məsələlərini tənzimləyəcək, həm də Avropa ilə imtiyazlı ticarət əlaqələrinin qurulmasında bir çox üstünlüklər əldə edəcək. Çünki indiyə qədər dövlət tərəfindən Avropadan yalnız lazım olan malların alınması və satılması həyata keçirilirdisə, bundan sonra gömrük rüsumlarının azaldılması nəticəsində Azərbaycanın ən modern və müasir texnologiyaları, sənaye, eləcə də ilkin tələbat məhsullarını əldə etməsi daha da asanlaşacaq. Bununla da Azərbaycan Qərb ölkələri ilə ticarət əlaqələrini xeyli artırmış olacaq”.
Politoloq vurğulayıb ki, bu müqaviləni imzalamaqla, Azərbaycanın AB-yə, NATO-ya yolu açılır:
"Yəni Azərbaycan artıq Avropadan ticarət, sənaye məhsullarından əlavə, həm də hərbi məhsulları alması üçün imkanlar əldə edəcək. Doğrudur, bu dediklərimiz sabahdan tətbiq olunmayacaq. Bu proseslərin həyata keçirilməsi yeni müqavilələrin imzalanması, yeni addımların atılması ilə birgə müşayiət ediləcək. Bunun üçün Azərbaycana xüsusi yol xəritəsi təqdim ediləcək. Yol xəritəsində Azərbaycanın ayrı-ayrı dövrlərdə Avropaya inteqrasiya istiqamətində atacağı addımlar rəsmi ifadəsini tapacaq. Yəni Azərbaycan bu yol xəritəsinə uyğun olaraq bir sıra siyasi, iqtisadi xarakterli islahatlara da imza atacaq. Bu islahatlar nəticəsində ilk növbədə Azərbaycan qanunvericiliyi Avropa qanunvericiliyi modelinə demək olar ki, uyğunlaşdırılacaq: qanunların humanistləşdirilməsi, məhkəmə və hüquq orqanlarında islahatlar aparılması, bir sözlə, insan haqlarına hörmət göstərilməsi prinsipi və bununla bağlı imzalanmış konvensiya və sənədlərin ruhuna uyğun hərəkət edilməsi prinsipi də öz həllini tapacaq. Bu müqavilənin imzalanmasında ən mühüm cəhət isə onsuz da regionda ən güclü dövlət olan Azərbaycanın daha da gücləndirilməsi və regionun super-dövlətinə çevirilməsinə xidmət etməsi olacaq. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rola bir davamiyyətlik verəcəkdir”.
Qeyd edək ki, bu gün Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib.
Oxunub: 359
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim