reklam
USD
15 ℃
EUR
BAKI

Prezident İlham Əliyev: "Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb"

XƏBƏR / 28.11.2017 21:41
"İdman sağlam həyat tərzidir. İdman gəncləri vətənpərvərlik ruhunda tərbiyə edir. İdman ölkələri dünya miqyasında tanıdır. Əgər biz Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş ölkələrin siyahısına baxsaq görərik ki, onların tam əksəriyyəti inkişaf etmiş ölkələrdir. Yəni, ancaq inkişaf etmiş ölkələrdə idman daha çox inkişaf edə bilər. Azərbaycan da inkişafda olan ölkədir”. APA-nın xəbərinə görə, bu sözləri Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı mərasimində prezident İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, Ağcabədidə belə bir mərkəzin yaradılması onu göstərir ki, hökumət hətta iqtisadi cəhətdən o qədər asan olmayan illərdə də sosial sahəyə, idman sahəsinə böyük investisiyalar qoyur: "İdman ictimai həyatımızın tərkib hissəsidir, bu, sosial siyasətimizin təzahürüdür”.
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının bu gün güclü iqtisadiyyat olduğunu və hökumət qarşısında heç bir maliyyə problemi olmadığını qeyd edib: "Ona görə bu il və növbəti illərdə sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər görüləcək”.
"Növbəti illərdə Ağcabədidə kənd yollarının tikintisi davam etdiriləcək. Bir neçə kənd yolu layihəsi icra edilib və gələn ildə də nəzərdə tutulur. Çoxmənzilli yaşayış binalarının təmiri məsələsi də gündəlikdədir, abadlıq işlərinə əlavə vəsait ayrılacaq və bir sözlə, rayonun sosial-iqtisadi inkişafı əminəm ki, bundan sonra da uğurla təmin ediləcəkdir.
Biz Ağcabədi rayonunun timsalında ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını görürük. Həm sosial, həm mədəniyyət, təhsil, idman, kənd təsərrüfatı, emal sənayesi sahələrində nəticələr göz qabağındadır və biz, ümumiyyətlə, 2017-ci ili uğurla başa vururuq. Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb. Həm iqtisadi sahədə, xarici siyasət sahəsində, hərbi sahədə çox böyük nailiyyətlərimiz var”, - deyə prezident qeyd edib.



Oxunub: 503






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim