Sabah bütün dünyanın diqqəti Moskvada olacaq - TARİXİ PÜŞKATMA
İDMAN / 30.11.2017 16:18
Sabah bütün dünyanın diqqəti Rusiya paytaxtı Moskvaya yönələcək. Apasport.az saytının məlumatına görə, dekabrın ilk günündə dördilliyin ən möhtəşəm yarışı - futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Dövlət Kreml Sarayında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Dünya futbolunun bütün tanınmış simaları, FİFA, həmçinin qitə konfederasiyalarının və əksər milli assosiasiyaların rəhbərlərinin qatılacağı mərasimdə planetin ən yaxşı 32 komandası 8 qrupa bölünəcək.
DÇ-2018-in final mərhələsinin püşkatma mərasiminin aparıcıları İngiltərə futbolunun əfsanəsi Qari Liniker və rusiyalı idman jurnalisti Mariya Komandnaya olacaq. DÇ-1986-nın bombardiri olan ingiltərəli ilə "Matç TV” və "FOX Sports” kanallarında çalışan rusiyalı xanıma püşkatmada 8 assistent də kömək edəcək. Bunlar dünya çempionu olmuş komandaların nümayəndələridi.
Dünya kubokunu səhnəyə gətirəcək almaniyalı Miroslav Kloze (Almaniya), həmçinin Loran Blan (Fransa), Qordon Benks (İngiltərə), Fabio Kannavaro (İtaliya), Kafu (Braziliya), Dieqo Maradona (Argentiina), Karles Puyol (İspaniya) və Dieqo Forlan (Uruqvay) da aparıcılara assistentlik edəcək.
DÇ-2018-də Avropadan 14 komanda - Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq. Mindialda Cənubi Amerikanı 5 yığma - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.
Asiyanın 5 komandası - İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq. Yalnız Okeaniya bu dəfə də mundialsız qalıb.
Rusiya millisi meydan sahibi kimi püşksüz A qrupunun 1-ci komandası olacaq. Ümumilikdə isə komandalar FİFA-nın oktyabr reytinqinə əsasən səbətlərə bölünüblər.
I səbət
Rusiya
Braziliya
Almaniya
Portuqaliya
Argentina
Belçika
Polşa
Fransa
II səbət
İspaniya
Peru
İsveçrə
İngiltərə
Kolumbiya
Meksika
Uruqvay
Xorvatiya
III səbət
Danimarka
İslandiya
Kosta-Rika
İsveç
Tunis
Misir
Seneqal
İran
IV səbət
Serbiya
Nigeriya
Avstraliya
Yaponiya
Mərakeş
Panama
Cənubi Koreya
Səudiyyə Ərəbistanı
Püşkatma zamanı komandaların hansı konfederasiyanı təmsil etməsi də böyük rol oynayacaq. Belə ki, eyni qrupda minimum 1, maksimum 2 Avropa təmsilçisi yer alacaq. Yəni 6 qrupda 2, 2 qrupda 1 "Köhnə qitə” yığması çıxış edəcək. Digər qitələr isə eyni qrupda birdən artıq komanda ilə təmsil oluna bilməz.
Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.
Oxunub: 345
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim