2018-ci ilin büdcəsi nə vəd edir? - VİDEO
XƏBƏR / 03.12.2017 23:08
Gələn ilin dövlət büdcəsi bütün göstəricilərinə görə 2017-ci ildən üstündür. Gələn ilin büdcəsi hazırkı büdcədən 3 milyard manat çoxdur.bununla yanaşı sosial xərclər büdcənin 30 faizindən çoxunu təşkil edir.gələn il ilk dəfə işsizlikdən sığorta fondu fəaliyyətə başlayacaq ki,bu məqsədlə də 79 milyon manat ayrılacaq.
2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon olduğu halda gələn ilin büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılıb. Bu ilin dövlət büdcəsinin xərcləri isə 16 milyard 900 milyon manat olduğu halda, Gələn il dövlət büdcəsinin xərcləri isə 20 milyard 905 milyon manat nəzərdə tutulub. Rəqəmlərdən də göründüyü kimi 2018-ci ilin dövlət büdcəsinin əsas parametləri bu ildəkinə nisbətən xeyli yüksəkdir. Millət vəkili Tahir Mirkişili bildirir ki, bu Azərbaycan iqtisadiyyatının gələn il proqnozlaşdırılan artımı hesabına təmin ediləcək.
Hər zaman sosial sahəyə xüsusi diqqət yetirən hökümətin gələn il üçün nəzərdə tutulan büdcəsində də sosial yönümlü xərclərin ümumi çəkisi 32 faizdən çox nəzərdə tutulub. Bu da cari ilin büdcəsində bu məqsəd üçün ayrılan vəsaitdən çoxdur.
Millət vəkili Tahir Mirkişili onu da bildirdi ki, gələn il ilk dəfə İşsizlikdən Sığorta Fondu fəaliyyətə başlayacaq. Belə ki, bu məqsədlə ayrılacaq 79 milyon manatlıq vəsaitin yarısı 3-6 ay ərzində işsiz qalan vətəndaşların müavinət almasına yönəldiləcək. Fondun vəsaitinin yarısı isə işsiz qalan vətəndaşların şəxsi təsərrüfatının, biznesinin qurulmasına xərclənəcək.
Millət vəkilinin sözlərinin Azərbaycanın 2018-ci il dövlət büdcəsinin kəsiri 778 milyon manat proqnozlaşdırılır ki, bu da ümumdaxili məhsulun cəmi 1.1 faizinə bərabərdir. Bu isə beynəlxalq səviyyədə müsbət göstərici olaraq qəbul olunmuş ümumdaxili məhsulun 3 faizindən aşağıdır. Bu amil də gələn ilin iqtisadi göstəricilərinin pozitiv olmasına dəlalət edir. Ümumilikdə gələn ilin büdcəsi artmaqda olan Azərbaycan iqtisadiyyatının daha da böyüməsi və inkişafına dəstək olacaq.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
