reklam
USD
26 ℃
EUR
BAKI

Hacı ailəsi ilə əlaqəni kəsmişdi - Bacısı

Reportaj / 03.12.2017 12:47
Hacının ölümü ilə bağlı bizə məlumat verilməyib. Bu barədə mətbuatdan xəbər tutmuşuq.

Bunu Azvision.az-a açıqlamasında həbsxanada intihar edən Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili, ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədovun bacısı Arifə Məmmədova bildirib.

Bu yaxınlarda Hacı Məmmədovla görüşdüklərini deyən A. Məmmədova qardaşının saxlanıldığı şəraitdən şikayətçi olmadığını söyləyib: "İki həftə əvvəl Hacının görüşünə getmişdik. Səhhəti normal idi. Heç nədən şikayəti yox idi. Əhvalı yaxşı idi. Bizi öpüb qucaqladı. Nəvələrini soruşdu. Oğlu Teymur tez-tez atasının görüşünə gedirdi. Hacının ölüm xəbərini axşam saatlarında eşitdik. Səhərə qədər yatmamışıq. Hələlik bizə rəsmi məlumat verilməyib. Hacının xaricdə yaşayan qızı da çox narahatdırlar”.

Bacısının sözlərinə görə, H.Məmmədov onlarla sonuncu görüşündə nəvələrini görmək istədiyini deyib: "Hacı Almaniyada yaşayan qızını soruşurdu. O, nəvələrini görmək istəyirdi. Görüş zamanı deyib-gülürdü. Probleminin olmadığını deyirdi”

A.Məmmədova qardaşının həbsdə olduğu zaman ailəsi ilə əlaqəni kəsdiyini, yalnız son bir-iki il ərzində görüşə razılıq verdiyini vurğulayıb.

"Hacı ailəsi ilə əlaqəni kəsmişdi. Nə evinə zəng edirdi, nə də mənə. Hamıdan imtina etmişdi. İstəmirdi ki, ona görə ailəsinə zərrər gəlsin. Uşaqlarını çox istəyirdi. Onların atalarına görə utanmasını istəməzdi. Anam keçən il dünyasını dəyişəndə Hacının bundan xəbəri yox idi. Bu yaxınlarda onunla görüşəndə anamızın öldüyünü dedik. Ona pis təsir etdi”.

Hacı Məmmədovun ailəsindən söz açan A.Məmmədova bildirib ki, qardaşının böyük qızı İngiltərə vətəndaşı ilə ailə həyatı qurub: "Hacının iki qızı var. Balaca qızının adı Aykadır. Ailə həyatı qurub, hazırda Almaniyada yaşayır. Digər qızının da normal həyatı var. Ailəsi həbsdə Hacıya heç nə göndərmirdi. Çünki Hacı özü istəmirdi. Hacının ikinci həyat yoldaşından olan qızı evlidir. Qardaşımın Teymur adında oğlu var. Teymur işləyir. Ailə həyatı qurub, Bakıda yaşayır. Teymur Hacının birinci həyat yaldaşından olan övladıdır. O, firmada adi işçidir”.

A.Məmmədova qardaşının keçmiş dostlarının onlarla maraqlanmadığını söyləyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) 12 il həbsdə olan sabiq baş əməliyyat müvəkkili, "Qara kəmər” əməliyyatının "qəhrəman”ı Hacı Məmmədov ötən gün intihar edib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq, həyatına qəsd edib. Məlumat Xəzər Rayon Prokurorluğu tərəfindən təsdiqlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. H.Məmmədovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Hazırda bununla bağlı araşdırma aparılır.


Oxunub: 439






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim