reklam
USD
11 ℃
EUR
BAKI

Ziyafət Əsgərov: "İşğal altındakı Azərbaycan ərazilərində yetişdirilən narkotik bütün Avropaya daşınır"

RƏSMİ / 04.12.2017 17:33
"Dağlıq Qarabağ Ermənistanın işğalı altında olduğundan Azərbaycan mərkəzi hakimiyyəti ora nəzarət edə bilmir. Ona görə də orada narkotik vasitələrin yetişdirilməsi, qanunsuz dövriyyəsi, silah alveri tüğyan edir. İşğal altında olan Dağlıq Qarabağ ərazisindən narkotiklər bütün Avropa ərazisinə daşınır. Ermənilər narkotik vasitələrlə bütün Avropanı zəhərləyərək bu bəladan pul qazanırlar".
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Dövlət Dumasında "Parlamentarlar narkotiklərə qarşı” adlı beynəlxalq konfransda iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, konfransın sonunda dünyanın bəlası olan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bəyanat qəbul olunacaq: "Sözsüz ki, bu bəyanatda konfrans iştirakçılarının narahat olduğu məsələlər öz əksini tapacaq. Əslində bəyanat qəbul etməklə iş bitmir. Lakin bütün hallarda biz bildiririk ki, bu narahatlığa son quyulsun. Bu məsələlərdə dövlətlər bir-birinə dəstək olmalıdırlar. Təəssüflər olsun ki. bəzən bir dövlətin dediyi ilə əməli uyğun gəlmir. Bir dövlət səmimi bu məsələni qoyur, digər dövlətlər isə ondan pul qazanırlar".
Z. Əsgərov terrorçuluğun da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğunu nəzərə çatdırıb: "Terrorçuluğun əsas maliyyə mənbələrindən biri narkotiklərin satışından əldə olunan gəlirlərdir. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Konfransda qoyulan əsas məsələlərdən birincisi dünya dövlətləri və parlamentlərinin bu problemə qarşı güclərini birləşdirməsidir".


Oxunub: 598






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim