reklam
USD
22 ℃
EUR
BAKI

Patent və Əmtəə Nişanları Mərkəzi Reyhan Camalova ilə müqavilə imzalayıb

İqtisadiyyat / 04.12.2017 16:35
Bu gün Patent və Əmtəə Nişanları Mərkəzində gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, mərkəzin baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ixtirası ilə diqqət çəkən R.Camalovanı təbrik edib.

O bildirib ki, dövlət başçısı tərəfindən qeyri-neft sənayesinin inkişafı məqsədilə həyata keçirilən islahatlar çərçivəsində ixtiraçılığın rolu, innovativ sənayenin təşviqi, texnologiyaların sənayeyə transferi və kommersiyalaşdırılması məsələləri mühüm aktuallıq kəsb edir. Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilən Patent və Əmtəə Nişanları Mərkəzi sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində fəaliyyət göstərir. Mərkəz ixtiraçılığın təşviqi, bu sahədə yeni iddiaların araşdırılması, ekspertizası və onların qeydiyyatını həyata keçirir.

Gənc ixtiraçı R. Camalova Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirakından və səfər təəssüratlarından danışıb. O, ixtirası haqqında məlumat verərək, müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu - "Rainergy" qurğusunun hazırladığını deyib. Reyhan Camalova öz ixtirasının iş prinsipi barədə də ətraflı məlumat verib.
İxtiraya patent alınmasına dair iddia ərizəsinin verilməsi ilə bağlı təklifi yüksək qiymətləndirən R.Camalova ilə mərkəz arasında müqavilə imzalanıb. Eyni zamanda ixtiranın beynəlxalq qeydiyyatı üçün köməklik göstəriləcəyi diqqətə çatdırılıb. İddia üzrə müvafiq prosedurların, ekspertiza və digər hüquqi hərəkətlər üzrə xərcləri mərkəz öz üzərinə götürüb.


Oxunub: 414






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim