“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə göstərilib

ŞOU BİZNES / 10.11.2019 21:26
"Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə göstərilib


Azərbaycan Dövlət "Yuğ” Teatrında R.Akutaqavanın "Cəngəllikdə” novellası əsasında hazırlanmış "Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşa növbəti dəfə təqdim olunub.

carciTV xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.

Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov və Elşən Əsgərov çıxış ediblər. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib.

Aktyorların məharətli çıxışı tamaşanı baxımlı edim, səhnə əsəri maraqla qarşılanıb.

Rejissor tamaşanın yozumu barədə belə deyir: "Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burada əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var - müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir. Əsər detektiv təsir bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyillidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala üç müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni... birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır.


Oxunub: 47



SON XƏBƏRLƏR

2019-12-13

Product image

23:37 DİQQƏT! DİQQƏT! DİQQƏT!

Product image

23:20 Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Product image

23:16 İtaliya qəzeti: Heydər Əliyev Azərbaycan-İtaliya strateji tərəfdaşlığına aparan yolun əsasını qoyub

Product image

23:06 Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb

Product image

23:04 Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak edib

Product image

22:27 Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

2019-12-11

Product image

00:17 STOP ekstrasens Zirəddin Rzayev ilə

Product image

00:15 “Azercell” ilə dahi Nəsiminin irsindən zövq alın

2019-12-09

Product image

23:45 650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı

Product image

23:37 Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub

Product image

23:19 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

Seyid Füğara Ağa

20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi FOTOKOMPOZİSİYA

İlham Əliyev. Azərbaycanı inamla irəli aparan Prezident

ÇADIRDA YAŞAYAN AİLƏNİN HARAYI

Heydər Əliyevin vəfatından 14 il keçir

Qarabağ Müharibəsi Qazisinə biganəlikVİDEO

İDMAN Product image

01:04 Azərbaycan idmançıları erməniləri pərişan etdi!

Product image

21:37 UEFA "Qarabağ"a ödəniş etdi

Product image

10:15 10 yaşlı gimnastımız Mina Abbasova beynəlxalq turnirin ikincisi olub

Təqvim