reklam
USD
9 ℃
EUR
BAKI

Fobiya və onun növləri

REPORTAJ / 16.11.2019 00:54
Fobiya və onun növləri


Qeyri-adekvat reaksiyaya səbəb olan patoloji qorxular fobiya adlanır. Psixiatriyada fobiyalar təfəkkürün pozulması ilə xarakterizə olunan sayrışan hallara aid edilir. Digər sayrışan hallar kimi fobiyalar da iradədən asılı olmayaraq yaranır və qorxu sahibi vəziyyətə tənqidi yanaşsa da, ondan təkbaşına xilas ola bilmir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova fobiyalar haqqında AZƏRTAC-a məlumat verərək deyib: "Müasir psixiatrik araşdırmalar fobiyaların 300-dən artıq növünü qeydə alıb və onlara bir neçə formada təsadüf olunur. Qorxu fabulasının xarakterinə əsasən fobiyaların müxtəlif növləri ayırd edilir.

Birinci qrupa müxtəlif xarakterli fəza qorxuları aid edilir. Onlardan ən məşhuru klaustrofobiya - qaranlıq məkanlardan qorxmadır. Bunun əksinə olaraq açıq sahələrdən qorxma isə aqorafobiya adlanır. Klaustrofobiya adətən uçqundan xilas olmuş şaxtaçılarda və ya qəza keçirmiş sualtı gəmilərin heyət üzvlərində, həmçinin eyni təhlükəli situasiya ilə üzləşən sadə adamlarda da təsadüf edilir.

Olduqca geniş yayılmış ikinci qrupda sosiofobiyalar cəmləşir. Məsələn, müəyyən auditoriya və ya tamaşaçı qarşısında çıxış etmək, diqqət mərkəzində olmaq, cəmiyyət içində hər hansı bir hərəkət etmək, hətta sevdiyini itirmək qorxusu da ona aid edilir.

Hər hansı bir xəstəliyə yoluxmaqdan qorxu hissi nozofobiyalarda toplanır və epidemiyalar zamanı daha çox kəskinləşir. Başqa bir qrupa tanatofobiya, yəni sayrışma dərəcəsində ölümdən qorxu aid edilir və s.

Fobiyaların yaranma mexanizmi tam araşdırılmasa da, qorxulara meylli olanların kateqoriyası müəyyənləşdirilib. Bu sahədə genetik faktor xüsusi yer tutur. Fobik pozulmalar valideynləri xasiyyətcə narahat və həyəcanlı olan ailələrin uşaqlarında baş verir və onlar tərbiyə prosesində uşağa öz qorxu və həyəcanını ötürmüş olurlar. Zəngin təxəyyülə malik emosional cəhətdən həssas olanlar fobiyalara daha çox meyllidirlər. Müəyyən edilib ki, panik qorxular çox vaxt konkret hadisə ilə provakasiya olunur və həyatında bircə dəfə panik hücum yaşayanlar oxşar situasiyaların baş verməsini hər vəchlə əngəlləməyə çalışır”.

Psixoloq daha sonra deyib: "Maraqlıdır ki, fobiyalar yaşlılarda nadir hallarda aşkarlanır, ehtimal ki, həyata baxışın sadələşməsi qorxuların aradan qalxması ilə nəticələnir. Uşaqlıq və yeniyetməlik illərində başlayan panik qorxular müalicə olunmadıqda 45-50 yaşlarına qədər davam edir.

Fobiyaların əsas əlaməti xəstənin qorxu törədən və panik hücuma səbəb olan situasiyadan sayrışma dərəcəsində qaçmasıdır. Panik tutmanın bir sıra əlamətləri ayırd olunur: xəstə boğazda spazma hiss edir və boğulur, ürək döyüntülərinin sayı artır, bədəndə zəiflik, beyində tormozlanma hiss edir, az qala bayılacaq dərəcəyə çatma, soyuq tər basma, titrəmə, dəhşət hissini bürümə, bədəninə nəzarət edə bilməmək və s. Həmin əlamətlərin dördünün aşkar olunması fobiya diaqnozu qoymağa kifayət edir.

Fobiyaların müalicəsinin əsas prinsipi psixoterapiyadır. Bir neçə psixoterapevtik üsul daha səmərəli hesab olunur: koqnitiv-bixevioral terapiya, davranış terapiyası, hipnoz, sistematik desensibilizasiya, geştaltpsixologiya, relaksasiya və autotreninq üsulları. Müalicə üsullarının seçilməsi xəstə ilə söhbət əsnasında fərdi olaraq həyata keçirilir. Fobiyanın səbəbinin müəyyən edilməsi müalicənin uğurlu nəticələnməsinə yarıbayarı zəmanət verir. müalicənin əsas məqsədi xəstəni fobiyası ilə üz-üzə gətirmək, həmin qorxunu yaşadığı an özünüidarəetmə xüsusiyyətini itirməməyi öyrətmək və təcrübədə situasiyanın onun üçün heç bir təhlükə törətmədiyini göstərməkdir. Ən əsas cəhət odur ki, xəstə özünü vəziyyətdən çıxarmağa çalışsın. Bunun üçün iradə və cəsarət göstərib qorxunun üstünə getmək, hətta həmin halda qorxunun üstələməsinə imkan verməmək lazımdır. Nəticədə beyin qorxu mexanizmlərinin işə düşməsinə heç bir ehtiyac olmadığını anlayacaq və situasiyanın real olaraq heç bir təhlükə daşımadığını təhlil edə biləcək”.


Oxunub: 427






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim