reklam
USD
5 ℃
EUR
BAKI

İsmayıllıda zəlzələdən ziyan çəkən TƏNHA QADININ taleyi heç kimi marağlandırmır – VİDEO - MÜRACİƏT

CANLI TV / 24.11.2019 13:45
Bildiyimiz kimi fevralın 5-də və 6-da baş vermiş zəlzələ İsmayıllı rayonunda da bir sıra fəsadlar törətmişdi - fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətin törətdiyi fəsadların ən qısa zaman ərzində aradan qaldırılması ilə bağlı dövlət başçısınin aidiyyatı qurumlara sərəncam və tapşırıqları dərhal gəldi. Hadisənin səhəri günü sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan kifayət qədər vəsaitin ayrılması haqqında Sərəncam imzalamışdı.

Bütün bunlara baxmayaraq hələ də qəzalı vəziyyətdə olan evlər var. Belə, qəzalı vəziyyətdə olan evlərdən biri də İsmayıllı rayonunun Basqal qəsəbəsində, Abbasova Əsmər Səfdər qızına məxsusdur.
Köməksiz, tənha yaşayan Əsmər xanım"Kainat.tv"-yə müraciət edib. Diqqətsizlikdən gileylənən Əsmər xanım ürəkyanğısı ilə qeyd etdi ki, mənim yaşadığım ev qəzalı vəziyyətdə olduğu halda, evə baxış keçirən Fövqəladə Hallar Nazirliyinin komissiya üzvləri və yerli nümayəndələr"EV QƏNAƏTBƏXŞDİR”– deməklə kifayətləndilər. Geri qayıdan zaman söylədilər ki,"PADVALA GİRMƏ HAA, EV UÇAR, QALARSAN ALTINDA”.

Əgər ev qənaətbəxşdirsə, bəs niyə uçsun ki?

Bax bu sual bizi hələ də düşündürür.

Əsmər Abbasova yeganə çıxış yolunu ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya müraciət etməkdə gördü.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Kainat.tv





Oxunub: 736






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim