İlk Turan İmperiyasının nə zaman mövcudluğu ilə bağlı müxtəlif fikirlər mövcudur. Onun tarixini m.ö. 4-2 minilliklərə, bəzən də daha qədim dövrlərədək aparıb çıxaranlar da, eyni zamanda belə bir imperiyanın miladdan öncə 1-ci minilliklə miladdan sonrakı 1-ci minilliyin arasında görənlər də var. Buna səbəb də, Turan İmperiyasının varlığına yanaşmalarda Qərb alimlərinin əksəriyyətinin elmi obyektivlikdən çox subyektivliyə yol vermələridir. Şübhəsiz, bu subyektivliyin arxasında da Avropalıların iranlıların/farsların "qara qaşlarına, ala gözlərinə aşiq olması” deyil, daha çox qərbçi, yəni antitürk/antiislam maraqları önəmli rol oynamışdır. Ona görə də, bir neçə Qərb alimini çıxmaq şərtiylə çoxu Turan İmperiyasının, o cümlədən türklərin tarixini bacardıqları qədər "gənc”ləşdiməyə, bu da mümkün olmadığı halda Turanlıları Türklərdən ayırıb onu Hind-Avropa mənşəli iranlıların aşağı budağı elan etməyə çalışmışlar.
Turan İmperiyasının varlığıyla bağlı fikirlərin yenidən gündəmə gəlməsi də, əslində İran/Arya ideyasının dirçəldiləməsi zəminində, istər-istəməz ortaya çıxmışdır. Bu baxımdan XIX əsrdən etibarən Avropa alimlərinin əksəriyyətinin Qacarlar dövlətinin ərazisini "Persiya” ya da "İran” kimi adlandırması, bu zaman da "İran İmperiyasını” qədimləşdirmək adına onun Turan İmperiyasıyla üz-üzə qoyulması sırf Qərb mərkəzli ideya olmuşdur. Çünki iranlıların/aryanların ən əski tarixində iki millətlə: Turanlılar və Samilərlə böyük müharibələr olmuşdur. Ancaq bu bir faktdır ki, iranlılar Ön Asiyaya və Orta Asiyaya gələndə ilk böyük qarşıdurmaları Samilərlə deyil, Turanlılarla olmuşdur. Bu anlamda Qərb alimlərinin iranlılar/aryanlar-samidillilər deyil, iran-turan problemini daha çox gündəmə gətirmələri başa düşüləndir. Çünki ən əski dövrlərə baxanda iranlıların varlığını ortaya qoyan məhz turanlılar olmuşdur. Bu aryanların ən qədim kitabı hesab olunan "Avesta”da, eləcə də onun Orta əsrlərdə davamı olan "Şahnamə”lərdə də öz əksini tapmışdır ki, həmin kitabların ortaya çıxması İran-Turan probleminin yenidən gündəmə gəlməsində mühüm rol oynamışdır.
Ümumiyyətlə, Qərb alimləri özəlliklə XVIII əsrin ortalarında fransız alimi Düpperon tərəfindən aşkar edilən "Avesta” ("Zənd-Avesta”) ortaya çıxdıqdan sonra qəsdli ya da qəsdsiz "Turan” və "İran” məsələsiylə bağlı müxtəlif müddəalar ortaya atmışlar. "Avesta”ya əsaslanaraq ən əski dövrlərdə "Aryan/İran” və "Turan” olduğunu iddia edən Qərb alimlərinin əsas müddəalarından biri odur ki, "İran”/Arian və "Turan”/Tur əzəldən bir-birinə düşmən iki ayrı-ayrı millətləri kimi dilləri, dinləri və mədəniyyətləri fərqli olmuşdur.
Doğrudan da, "Avesta”nın Qatalar bölümündə Tur və Tura adlı qövmdən bəhs olunur ki, Turlar Aryanların düşməni kimi göstərilir. Belə ki, «Avesta»da Zərdüştün dilindən Divlərə-Şər tanrılara qurban kəsən turanlıların pislənməsi, arilərin isə təriflənməsi faktdır. Yim, Zərdüşt, Kərsasip, Gavə Usan, Xosrava, Paurva, Camasp kimi ari soyundan olanların qurbanın qəbul edən zərdüşti allahlardan olan Anahit Ardvisur, turanlı soyundan olan Franqasyan, Arcastp (Əfrasiyab-Alp Ər Tonqa), Arcatpın qardaşı Bandaramanış və başqalarının qurbanını isə rədd edir: «Ona qurban gətirdi əsli Turanlı olan, Uçurum qırağında bədəməlli Franqrasyan… Anahit Ardvisur Ona belə bir uğur, səlahiyyət vermədi. Ancaq Anahit Turan ölkəsini, Turan Danvalarını məğlub etmək, ələ keçirmək istəyən arilərə uğur diləyir. Maraqlıdır ki, əski Turan mənbələrində də göstərilir ki, Zərdüşt ömrünün axı¬rında öz dinini yaymaq uğrunda müharibələrdə iştirak edərkən Turanlılarla ya da Hunlarla müharibədə öl¬dü¬rül¬müşdür.
Qərb alimlərinin "İran” və "Turan”ın tamamilə fərqli ulusları ifadə etməsini doğru hesab edən Türk aydını Mehmet Fuad Köprülü də yazır ki, Arilərlə Turlar başqa-başqa millətlərdir: "İranlılar Tura nisbətlə bu ölkəyə Turan adını verirlər ki, bu ad farsca türk kəliməsinin cəm şəkli olan Tur(k)andan, Tur və ya Turaç da Türkdən başqa bir şey deyildir. Turan xanı Alp Ər Tonqa Turun nəvəsi olub İran, Hindistan, Yunan, Rus ölkələrini fəth edib. Alp Ər Tonqanın dövründə Turanın başkəndi Mərv ya da Bəlx olub ki, bura Ak-Hunlar – Eftalitlərin də paytaxtı idi.
"İran” "Turan” qövmi ayrılığına dəlillərdən biri kimi də Turan hökmdarlarının "Xan”, İran hökmdarlarının isə "Şah” adlandırılması göstərilir. Ancaq zaman-zaman "Xan” ünvanını Türk və Turan toplumlarla yanaşı əfqan, pakilər, farslar, çinlilər də işlətmişlər. Hətta, İran-Fars yazarları "Şahnamə”, Turan-Türk alimləri isə "Xannamə” yazmışlar.
Beləliklə, dünya alimlərinin, o cümlədən qərblilərin irəli sürdükləri əsas müddəalardan biri odur ki, bir-birinə düşmən olan Aryanlar Hind-Avropa mənşəli olduğu halda, Turlar türklərin əcdadıdır və onun adını Turan torpağının adından ayırmaq olmaz. Fransız alimi G.Montandona görə də Turan irqi Ari irqindən fərqli olaraq monqoloid və avropeid irqinə aid mələz bir irqdir ki, buraya türklər, tatarlar, yakutlar, altaylılar, monqollar və başqaları aiddirlər. Alman alimi Max Müllerə görə də Türk, Moğol, Tonguz, Macar, Fin dilləri yalnız Turan dillərinə aiddir. Bir zamanlar Sümer, Yapon və Qafqaz dilləri də Turani dillərə aid olmuşdur. L.Rasonyi də hesab edir ki, Ari irqindən tamamilə uzaq olan Turan irqi monqoloid irqiylə də az bağlı olub, daha çox Ön Asiyaya aiddir.
Sadəcə, bu günün özündə də ən çox mübahisə doğuran Ön Asiya, Orta Asiya və Kiçik Asiyada uzun müddət hökmranlıq etmiş Troyalılar, Etrusklar, Kimmerler, Skiflər, İskitlər, Sakaların bir-birindən tamamilə ayrı irqlər olan Aryan/İranlı ya da Turan/Turanlı olması məsələsidir. Məsələn, Şərq qaynaqları əsasən İskitlərin, Sakaların Turanlı, Qərb alimləri isə Aryan soylu olduğunu iddia edirlər. Ancaq Skiflərin deyil də, daha çox Sakaların Turanlı olduğu haqda Qərb və Şərq alimləri arasında fikir birliyi vardır. Hüseyin Cevizoğluna görə də, Türk və Turan sözlərinin kökü "Tur/Dur”la, sonu isə saklarla bağlıdır. Tursak və Tursaki adları da göstərir ki, Türklər Saka çağında (m.ö. 10-8-ci əsrlər) bu adla anılmış Turanlı boylardır.
Qərb alimlərinin ikinci müddəasına görə, "İran”/Aryanlarla və "Turan”/Turlar eyni irqin, yəni Hind-Avropa irqinin yuxarı və aşağı budaqlarıdır. Bu məsələylə bağlı isə, Avropa alimlərindən bir hissəsi hesab edirlər ki, eyni kökdən olan Arilər və Turların bir-birindən ayıran əkinçiliklə köçərilik və din məsələsi olmuşdur. Bu müddəaya görə, Turlar ya da turanlılar əkinçi İran boylarına qarşı çıxan köçəri İran boyları olub ki, onlar arasında düşmənçilikdə yalnız dini inanclarla bağlı olmuşdur. Bu uydurmanın ortaya çıxmasında fars şairi Firdovsinin də rolu az olmamışdır. O, "Şahnamə”də heç bir əsas olmadan yazır ki, İran/Aryan şahı Firudin aləmi üç oğlu arasında bölüşdürür: Rumi Xavəri Səlmə, Çinlə Türküstanı Tura və İranı isə İyrəcə ve¬rir.Firdovsinin bu əsərindən belə çıxır ki, guya Səlmlə İyrəcin qar¬daşı olan Tur türklər yaşayan ölkənin, İyrəc isə İra-nın sahibi olmuşdur. Firdovsinin "Şahnamə”də Turlarla Arilərin/İranlıların eyni irqdən olması kimi uydurmalara yol verməsi bir neçə məqamda aşkar şəkildə ortaya çıxır. Birincisi, Firdovsi yazır ki, İran/Fars şahı "oğlu” Turu türk¬lər yaşayan Turana, yəni Türküstan və Çinə şah kimi göndərir. Bu o deməkdir ki, Tüküstanla Çinə hökmdar gedən Turun fars/iranlı olması mümkün deyil idi. İkincisi, daha sonra Firdovsi yazır ki, İran/Fars şahlarından Gəştasb (Gərşasb) zərdüştilik dininin yayılması ilə məşğul olduğu halda, Turan hökmdarı Əfrasiyab türklər arasında zərdüştiliyin yayılmasına əngəl olmuşdur. Bu o deməkdir ki, Turun xələflərindən olan Alp Ər Tonqa ulu babaları kimi Tanrıçılığa daim sadiq qaldıqları kimi, bu torpaqlara gəlmə olan Gətasb Arilərin oda pərəstişlərinin davamı kimi zərdüştlüyü qəbul etmişlər. Üçüncüsü, Firdovsi Turanın başına Turu göndərməklə dolayısıyla Türklərin/Turanlıların başçılarının daima İran/Arilər tərəfindən təyin olunması uydurmasını ortaya qoymağa çalışmışdır. Halbuki Turan İmperiyasına gəlmə olan arilər/iranlılar Əhəmənilərə qədər Türklərin vassalı olmuşdur. Şübhəsiz, Firdovsi bunu qəbul edə bilmədiyi üçün Arilərin gah Türklər, gah da Sami xalqları üzərində hakimiyyət sürməsi kimi uydurmaları dövriyyəyə buraxmışdır. Bunu inandırıcı etmək üçün də, Türküstanın/Turanın hökmdarını "İran şahının oğlu” kimi qələmə verir.
Bizcə, yeni dövrdə də Firdovsinin uydurmalarına yalnız onun kimi "uydurmaçı” Qərb alimləri inanmışlar. Belə ki, Lev Qumilyova görə, eyni kökdan olmalarına baxmayaraq arilər/iranlılar zərdüştliyi qəbul etdikləri halda, Turanlılar isə bu dinə qarşı çıxmışlar. V.Bartold da hesab edir ki: "Tura¬na gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budağı idi. Bu iki xalqın – Ari və Turanın arasında düşmən¬çilik var idi və VI əsrdə Türküstan türklərin hökmran¬lığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu”. Bu mülahizə Qərbçi A.Toynbi və başqaları tərəfindən də müdafiə olunmuşdur. Ümumiyyətlə, bu qərbçiu alimlərin fikirlərindən belə "nəticə” çıxır ki, ən qədim dövr¬¬lərdə Avropada və Asiyada, ancaq eyni soykökdən olan Hind-Avropa (Ari və Turan) əhalisi yaşamışdır, yalnız erkən orta əsrlərdə haradansa, yəni Avropada və Asiyada əv¬vəllər yaşamayan türklər «peyda olmuş» və onlar hind-avropalılar¬ın qədim məskənlərini ələ keçirərək buranı Tür¬küs¬tan adlan¬dırmış, hətta üstəlik Turan adını da on¬lar-dan mə¬nimsəmiş¬lər. Şübhəsiz, bütün bunlar həqiqəti özündə əks etdirə bilməz.
Bəzi qərb alimləri ikinci müddəalarının zaman zaman gerçəkçi olmamasının aşkara çıxmasılyla üçüncü mülahizəni də ortaya atmışlar. Belə ki, bəzi Qərb müəllifləri yazırlar ki, Turan anlayışı milliyyəti, qövmiyyəti deyil çoğrafi ərazini, ölkəni (Turan ölkəsi, Turan vətəni) ifadə edir. Məsələn, Eliza Reklüye görə, Turan anlayışı altında hələ qədim zamanlarda Asiyadan Şimali Buzlu okeanına və Berinq boğazına qədər ərazilər nəzərdə tutulur. O zaman "İran”ın da "Turan” kimi milliyyət deyil, coğrafi ərazi, vətən adı olması mülhaizələrini irəli sürmək lazımdır. Bu məntiqdən çıxış etsək, "İrandilli xalqlar” anlayışı ya tamamilə mənasızdır ya da əks təqdirdə "Turandilli, Turansoylu xalqlar” istilahı da eyni ciddiyyətlə gündəmə gətirilməlidir. Yəni yalnız birtərəfli olaraq iddia etmək ki, "Turan” yalnız coğrafi addır ya da Ariliyin aşağı budağıdır, qətiyyən doğru deyildir. Əski dövrlərlə bağlı Turan dedikdə, turların/türklərin yaşadığı ölkə, dövlət, imperiya başa düşülməlidir.
Turan İmperiyasının tarixi və mahiyyəti - II Yazı
Turan-İran problemiylə bağlı üç müddəaya (arilərlə turanlılar bir-birinə yad xalqlardır, arilərlə turanlılar bir-birlərinə doğma irqin aşağı-yuxarı budaqlarıdır və Turan coğrafiya, ölkə adıdır) diqqət yetirdikdən sonra iki məsələnin: 1) bugünkü coğrafiyamızda Turan/Türk-İran/Ari xalqlarının üz-üzə gəlməmişdən öncə var olmuş Turan İmperiyasının və Turan mədəniyyətinin varlığının, 2) ilk Turan/Türk-İran/Ari xalqlarının qarşılaşması və onun doğurduğu mədəniyyət mübadilələri nəticələrinin, aydınlaşmasını vacib hesab edirik. Hər halda, son zamanlarda miladdan öncə II minilin sonu, I minilin əvvəllərinə qədər, yəni Ön Asiya və Orta Asiyada İran/Ari xalqlarının izi-tozu belə olmadığı dövrlərdə, onlardan fərqli olaraq Turan/Türk xalqlarının həmin ərazilərin aborigenləri olması, hətta burada Turan İmperiyasını qurmalarıyla bağlı mülahizələr geniş yayılmışdır. Bu cür mülahizələrə görə, həmin dövrə qədər də Ön Asiya, Orta Asiya və Kiçik Asiyada Türklərin/Turanlıların bu və ya digər dərəcədə təmasda olduqları Sumer, Sami, Dravid, Elam, Fin-uqor, Qafqaz-Hurri xalqları olmuşlar. Başqa sözlə, Turan-İran xalqları bir-biriylə qarşılaşmamışdan öncə, yəni m.ö. II minilin sonu, I minilin əvvəllərinə qədər özəlliklə, Ön Asiya və Orta Asiyanın, o cümlədən Xəzər dənizinin hər iki tərəfində, yəni həm şərq tətəfi olan Türküstanın, həm də qərb tərəfi olan Azərbaycanın əsas yaşayanları Turan/Türk mənşəli xalqlar olmuş, bu ərazilərdə də onlar Turan İmperiyasını qurmuşlar. Miladdan öncə IV-II minilliklərdə Xəzər dənizinin Qərbi ilə Cənub-Qərbində, yəni Böyük Azərbaycanda, o cümlədən Şimal-Şərqində, yəni Qıpçaq çöllərində və Şərqində, yəni Türküstanda yaşayan bütün xalqlar da Turan İmperiyasının tərkib hissəsi olmuşlar.
Turan İmperiyasının, Turan/Türk uyğarlığının varlığı haqqında bir neçə nəzəriyyə mövcuddur. Bəzi müəlliflər ilk Böyük Turan İmperiyasının Nuh peyğəmbərdən öncə, Mu qitəsinə (bu qitənin sonralar Sakit okeanın altında qaldığı güman olunur) aid Günəş İmperiyasının süqutundan sonra var olduğunu və Tufan nəticəsində aradan qalxdığını iddia edirlər. Buna nümunə kimi də, Ceyms Çörçvordun "Batmış qitə Munun uşaqları” kitabında Günəş İmperiyasının süqutundan sonra, vaxtilə onun müstəmləkəçiliyi altında yaşayan Uyğurların Böyük Uyğur İmperiyasını yaratmasıyla izah edirlər. Böyük Uyğur İmperiyasını ilk Böyük Turan İmperiyası kimi eynilşədirən müəlliflərə görə, paytaxtı Xora-Xota (Qor Ata) olan bu imperiya təxminən XX-XVII minil əvvəl Asiyanın Sarı dəniz sahillərində yaranmış və Avropaya qədər genişlənmişdir. Çörçvordun bu nəzəriyyəsini müdafiə edən Azərbaycan alimi Qara Namazova görə, qədim Azərbaycan əraziləri də Böyük Uyğur İmperiyasının tərkib hissəsi olmuşdur ki, Nuh peyğəmbərin dövründə bu imperiyada baş verən "Tufan”ın izləri Şimali Azərbaycan ərazisindəki Qobustan və Gəmiqaya qayaüstü abidələrində də təsvir olunmuşdur. Qara Namazov yazır: "Tufandan qalma təsvirlərlə Qobustan və Orta Asiya təsvirləri bir-biri ilə çox səsləşir və belə deməyə əsas var ki, Qobustan təsvirlərinin də ən qədim nümunələri elə Uyğur qayaüstü təsvirlərinin demək olar ki, eynidir... Hətta, yer adları da bir-birlərinə bənzəyirlər. Bu maddi mədəniyyət abidələrinin eyniliyi də bu torpaqlarda hələ XX min il əvvəl Uyğrların-Türklərin yaşadıqlarını təsdiqləyən faktlardır... Bu səsləşmələr bir-birini tamamlayırsa, deməli. Bizim arxeoloqlarımızın təxmin etdiyi Qobustan abidələri 5,8 min il əvvəl yox, daha qədimlərə-Uyğur İmperiyasının yaşadığı dövrlərə gedib çıxır. Bu yöndə uyğurların, yəni Türklərin Güney Qafqazda XX min il öncə bir imperiya kimi yaşamaları nəticəsinə gəlinməlidir”.
Nuh peyğəmbərin dövründə baş vermiş "Tufan”a, yəni Yer kürəsinin ərazisinin xeyli bir qisminin su altında qalmasına qədər mövcud olan ilk Turan İmperiyası haqqında hansısa elmi faktlardan çıxış etmək çox zor görünsə də, bu məsələnin ciddiyə alınması və araşdırmaların davam etdilməsi düçüncəsindəyik. Hər halda "Tufan”a qədərki xalqlar və onlara məxsus dövlətlər haqqındakı bilgilərin çoxalması daha çox Türklərin qədim tarixinə işıq tutmaqdadır. Özəlliklə, türklərin Mu qitəsinin Günəş İmperiyasıyla ondan sonrakı Uyğur/Turan İmperiyası dövründə ortaya qoyduqları milli-dini dəyərlər (Tanrıçılıq inancı, Günəş inancı və b.), dövlətçilik ənənələri (ədalətlilik, sosial bərabərlik, Turan taktikası və b.), elmi nailiyyətlər tamamilə məhv olmamış, daima öz nüvəsini qoruyub saxlamışdır. Bu anlamda "Tufan”dan əvvəl və sonra meydana çıxan dövlətlərdə, onların ortaya qoyduqları mədəniyyət abidələrində Türklərin/Turanlıların mühüm rol oynaması qənaətindəyik.
Hesab edirik ki, Nuh peyğəmbərin dövründə baş vermiş "Tufan”dan sonra da Türklər/Turanlılar Orta Asiya və Ön Asiyada, özəlliklə Xəzər dənizini də öz içinə alan "Turan ovalığı”nda məskunlaşaraq ikinci Böyük Turan İmperatorluğunuqurmuş,eyni zamanda yeni mədəniyyət ortaya qoyaraq, onu dünyada yaymağa başlamışlar. "Tufan”dan sonra ilk mədəniyyət mərkəzinin m.ö. X-VI minillərdə "Turan ovalığı”nda, yəni Türküstanda yarandığını iddia edən Azərbaycan türk aydınlarından Aydın Mədətoğlunun gəldiyə nəticə də odur ki, ""Tufan”dan sonrakı mədəniyyət tarixi eradan əvvəl III minillikdə şəhər dövlətləri yaratmış Şumerlərlə deyil, eradan əvvəl X-VI minilliklərdə Çayhun və Sayhun çayları ətrafında yaşamış Böyük Turan İmperatorluğunun xələfi və Şumerlərin ulu babaları olan Turanlılarla başlayır”.Əslində bəzi Azərbaycan türk alimləri bununla demək istəyirlər ki, "Tufan”dan sonra dünyada mövcud olan ilk dövlətçilik və mədəniyyət ənənələri ilk olaraq m.ö. X-VI minilliklərdə əsasən Orta Asiyanı əhatə edən Turandan/Türküstandan başlamış, ikinci dəfə m.ö. VII-II minilliklərdə Böyük Azərbaycanda da yayılmış və üçüncü olaraq m.ö. IV-II minillərdə Dəclə-Fərat çayları arasındakı Şumerlərlə və başqa mədəniyyətlərlə davam etmişdir.
Biz də, hesab edirik ki, bütün hallarda dünya mədəniyyətinin ya da uyğarlığının ilk başlanğıcı tarixçilərin əksəriyyəti tərəfindən m.ö. IV minilin ortalarında İkiçayarasına "gəlmə” sayılan, ancaq hardan gəldikləri bəlli olmayan Şumerlər/Sümerlər deyil, onlar üzərində böyük təsiri olmuş ya da Sümerlərə qohum olmuş Ptototürklər/Turanlılardır. Hər halda Ptototürklərin/Turanlıların Sumerlərlə münasibətlərinin olmasını bütün Türk alimləri qəbul etdikləri halda, ancaq Sumerlərin türk mənşəliyi məsələsində fikirlər haçalanır. Məsələn, O.N.Tuna, Ə.Elçibəy, O.Süleymenov, Y.Yusifov, S.Əliyarlı və başqaları birmənalı şəkildə Sumerləri türk hesab etdiyi halda, M.İsmayılov, F.Ağasıoğlu və digərləri bu fikrə qatılmır, sadəcə, türklərlə Sumerlər arasında sosial-mədəni münasibətlərin olduğunu qəbul edirlər.
Şübhəsiz, indiki halda Qərb ideoloqları üçün də, dünyada ilk uyğarlıq hesab olunan Sumerlər mədəniyyətinin sahibinin hind/avropalı, sami, turan/türk ya da naməlum mənşəli xalqların olması kimi müxtəlif nəzəriyyələr səslənməsi daha əlverişlidir, nəinki Sumerlərdən də öncə yeni bir uyğarlığın varlığının ortaya çıxması. Hər halda alimlərin qədim sivilizasiyalarla apardığı araşdırmalar belə bir yeni fikri doğurur ki, əslində dünya alimlərinin bu gün ortaya qoyduqları bir çox sivilizasiyalar, o cümlədən Şumer/Sumer mədəniyyətinin, şəhər-dövlətlərinin özü də başqa bir sivilizasiyadan qaynaqlanmışdır. Ancaq Qərbçi alimlər Şumer/Sumerdən öncəki mədəniyyətin, sivilizasiyanın formalaşdığı coğrafi ərazinin harada olmasına, eyni zamanda həmin coğrafi ərazilərdə məskunlaşmış xalqların etnik kimliyinə daha yaxşı bələd olduqları üçün, hələlik bu məsələdə susmağa üstünlük verirlər. Şübhəsiz, Qərb alimlərini susmağa məcbur edən Şumer/Sumerdən öncəki mədəniyyətin formalaşdığı coğrafi ərazinin daha çox Türküstan/Turan, həmin coğrafiyanın ən qədim xalqlarının isə Turan/Türk mənşəli olmasıdır. Ən mühüm də odur ki, Sumerlərin türk olub-olmaması mübahisəli olduğu halda, ancaq Sumerlərə Türklərin təsirinin olması fikri daha qüvvətli şəkildə ortaya çıxmaqdadır.
Əlbəttə, belə olduğu təqdirdə dünənə qədər Türk mədəniyyətini bütün mədəniyyətlərdən "gənc”, "barbar” hesab edən "Avropa mərkəzçi” Qərb alimləri üçün bunu, bir tərəfdən etiraf etmək çox ağır olduğu qədər də, digər tərəfdən indiki "Qərb sivilizasiyası”nın demokratikliyini, əvəzsizliyini, mükəmməliyini də sarsıdır. Bütün bunları doğru analiz edən Tatar mütəfəkkiri Rafael Muhametdinov da hesab edir ki, Sumerlərdən öncə olan yeni sivilizasiyanın ortaya çıxışı Avropa mərkəzçi düşüncənin sonu, Türk/Turan mədəniyyətinin isə yenidən dirilişi olacaqdır: "Bu, özəlliklə günümüzdə önəmlidir, çünki yaxın zamanlara qədər, Türk tarixinə Avropa-mərkəzçi baxış açısı, Türk xalqları gənc, barbar və özəlliklə köçəri bir qövm olaraq xəyal edirdi. Son zamanlarda bu görüş hər nə qədər sarsılmış olsa da tamamən çürüdülməsi üçün daha da çalışmamız lazım. Prototürkləri (Turanı, Turanlıları – F.Ə.), dünyadakı ilk uyğarlıq olaraq bilinən Sumer uyğarlığından daha öncə oluşan bir uyğarlıq olaraq qəbul etmənin zamanı gəlmişdir”.
Biz də qətiyyən şübhə etmirik ki, bu gün dünyada tarixi dəqiq bilinməyən, ya da çox az bilinən dövlətlərin və mədəniyyətlərin mahiyyətində ən çox Türk/Turan mədəniyyətinin damğası var. Çünki Türk/Turan mədəniyyəti bütün mədəniyyətlərin ən qədimidir. Hətta, bunu biz türklərdən çox Qərb alimlərin daha yaxşı bilməsi düşüncəsindəyik. Ən azı ona görə ki, Türk-Turan sivilizasiyasına aid yazılı, ya da maddi abidələr də bizlərdən çox Qərb alimlərinin əllərindədir. Üstəlik, dünya tarixinin, dünya elminin mərkəzi Qərb "elm”i olduğu üçün, ancaq oradan gələn bir fikrə möhtac qalmışıq. Qərb alimləri də dünya elmində nəinki ilk mədəniyyət olaraq Türk/Turan mədəniyyətini qəbul etmək niyyətləri var hətta, onun "gənc” və "barbar” olması iddiasında qalmaqdadırlar.
Ona görə də hesab edirik ki, Qərb sivilizasiyasını elmi cəhətdən əsaslandırmaq üçün onun tarixi köklərini "tapmaq” məsələsində "Avropa mərkəzçilər” çox hiyləgər yol tutmuşlar. Onlar bir tərəfdən Qərb sivilizasiyanın nüvəsi olan Yunan-Roma mədəniyyətindən də qədim mədəniyyətləri (Sumer, Elam və b.) özünküləşdirməyə cəhd etdikləri halda, digər tərəfdən həmin mədəniyyətləri Türk-Turan mədəniyyətindən uzaq tutmağa çalışırlar. Çünki Qərb sivilizasiyasının Yunan-Romadan başlaması bir müddət inandırcı görünsə də, sonralar öz əhəmiy¬yətini itirmişdir. Belə olduğu təqdirdə, Qərb alimləri dildə, mədəniyyətdə, fəlsəfədə daha dərinlərə, qədimlərə getmək niyyətinə düşmüşlər. Qərb alimlərinin bu niyyəti Ariliyin ya da Hind-Avropa nəzəriyyəsinin əsasını qoymuşdu ki, onun da köklərini Avropada dərinləşdirmək mümkün olmadığı üçün Şərqə, daha çox da Asiyaya üz tutmuşlar. Bu zamanda heç bir ciddi əsas olmadan hələlik, dünyada ilk sivilizasiya hesab edilən Şumer mədəniyyətini ya hind-avropa nəzəriyyəsinə bağlamağa çalışmış ya da naməlum mədəniyyət elan etməklə kifayətlənmişlər.
Turan İmperiyasının tarixi və mahiyyəti - III YAZI
Bu gün bizim qarşımızda duran əsas məsələ Türk/Turan mədəniyyətinin dünya mədəniyyətləri arasında özünəməxsus yer tutmasını, hətta Sumerdən öncəki mövcudluğunu ortaya qoymaqdır. Əks təqdirdə Türk/Turan mədəniyyətimiz Avropa, Rus, Çin, Hind, İran/Ari, Sami mədəniyyət¬ləri içində daha da əriyəcək və özümüzdən tamamilə uzaqlaşacağıq. Bunun gerçəkləşməməsi üçün bütün Türk/Turan xalqlarının Turan/Türk uyğarlığı və Tanrıçılıq fəlsəfəsinə ciddi önəm verməsini vacib sayırıq. Çünki Turan uyğarlığı həm yaxın uzaq Türk-Turan xalqlarını bir araya gətirir, həm də mədəni, tarixi və elmi-fəlsəfi bütövlük yaradır. Ona görə də, "Tufan”dan sonra ortaya çıxmış ikinci Böyük Turan İmperatorluğu dövründə baş verənləri əfsanələrdən təmizləyib elmi obyektivliyə qovuşdurmalıyıq. Özəlliklə, bu dövlətin qurucusu olan oğuzlar, onların başçısı Oğuz Xaqan və onun varisləri haqqındakı biliklərimizi genişləndirməliyik.
Türk-Turan etnoqonik miflərində oğuzlar uğuzlar kimi ifadə olunur və onların uzun sürən hakimiyyətindən söz açılır. Etnoqonik miflərə görə, Azərbay¬canın ən qədim insanları – uğuzlar çox uca boylu olmuşlar: «Qabaqlar uğuzlar olublar. Onlar çox hündür imişlər. Hər biri bir çinar kimi. Ona görə indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, uğuzdur. El ara¬sında deyirlər ki, uğuzlar bizim əcdadlarımız olublar». Deməli, Uğuzlar-Oğuz¬lar türklərin ulu əcdadları-dır və Uğuz ilk dəfə təkallahlı din olan Göy-Tanrıçılığı yaymışdır. Başqa bir etnoqonik mifə görə isə, Türk Nuh pey¬ğəmbərin yeddi oğlun¬dan biri olmuş, uzun müddət bir ada da təkbaşına yaşamışdır. Türkün adadan xilas olma¬sında boz qurd mühüm rol oynamışdır.
Oğuz Xaqanla bağlı yaranmış bütün "Oğuznamələr”də də, o, həm Böyük Turan İmperatorluğunun qurucusu, həm də Dünya hakimiyyətini quran ilk hökmdar kimi səciyyələndirilmişdir. Bəzi mənbələr isə Oğuz Xaqanı Alp Ər Tonqa, onu da Avesta və "Şahnamələr”də adı keçən Əfrasiyabla eyniləşdirilər. Eyni zamanda Oğuz Xaqan ya da Alp Ər Tonqa Tufandan sonrakı dövrdə yaşamış Nufun oğlu Yafəsin oğlu Türkün nəvəsidir. Sözükeçən Oğuz Xaqan oğulları Göy Xan, Dəniz Xan, Gün Xan, Ay Xan, Ulduz Xan, Dağ xanla birlikdə Böyük Turan İmperatorluğu qurub, dünya hökmdarı olduqdan sonra dövlətini onlar arasında bölüşdürmüşdür. Bu impertaorluğun başkəndi də Mərv, Bəlx və digər şəhərlər göstərilməkdədir. Eyni zamanda, Oğuz Xaqan bir çox yeni şəhərlərin (Gəncə, Şiz, Qəzvin vəb.) də təməlini qoymuşdur.
Hesab edirik ki, m.ö. IV-II minillərdə Böyük Azərbaycan/Xəzərbaycan ərazilərindəki qədim dövlətlərin əksəriyyəti (Aratta, Subar, Qut, Turuk, Manna və b.) də əsasən Oğuz Xaqanın qurduğu və onun varisləri tərəfindən davam etdirilən Turan İmperiyasının (m.ö. 10-5-ci minilliklər) ya bəylikləri olmuş ya da yarımmüstəqil şəkildə mövcudluqlarını qoruyub saxlamışlar. Turan İmperiyasının təkibinə də Böyük Azərbaycan və ona həmhüdud ərazilərdəki bütün türksoylu xalqlar, yəni Sumerlər, Subarlar, Aratta, Qutlar, Turuklar, Kumanlar, Mannalılar, Kimmerlər, Sakalar, İskitlər, Madaylar, Hunlar, Qıpçaqlar, Qarqarlar, Xəzərlər/Azərlər, Quzlar/Oğuzlar, Alpanlar/Albanlar və başqaları daxil olmuşlar. Bir sözlə, bizim fikrimizcə, adı çəkilən bu Turan/Türk tayfalarının hamısı Xəzərin az qala bütün ətrafında, yəni Şimali-Şərq, Şərq (Orta Asiya), Şimali-Qərb, Qərb (Böyük Azərbaycan) və Cənub sahillərində yaşayan yerli etnoslar idilər. Deməli, Türklərin/Turanlıların ilk yurdu yalnız Cənubi Azərbaycan deyil, bütövlükdə Böyük Azərbaycan/Xəzərbaycan, yəni Xəzər dənizinin bütün ətrafı olmuşdur.
Əski dövrlərdə olduğu kimi, bu günün özündə də aşağı-yuxarı Xəzər dənizinin bütün ətrafı Türklərin çoxunluqla məskunlaşdığı ərazilər olaraq qalmaqdadır. Bu anlamda Turanın mərkəzinin Azər¬bay¬can olması, eyni zamanda ilk qüdrətli Turan dövlətinin başçılarından biri olan Alp Ər Tonqanın Azərbaycanda da bir çox şəhəri bina etdirməsiylə bağlı əfsanələrin olması təbiidir. Bəzi tarixçilərə görə Gəncə şəhərinin əsasını qoyan da Turan xaqanı Alp Ər Tonqa olub. Firdovsiyə görə, onu iranlılar Bərdə bölgəsindəki qalasında öldürüblər ki, bunu Təbəri də yazır. Təbəri Alp Ər Tonqanın ilk ari-türk əlaqələri dövründə m.ö. 13-12-ci əsrlərdə, Musa peygəmbərin zamanında yaşamasını güman edir.
Bu o deməkdir ki, Türklərin Xəzər dənizinin bütün ətrafında yerli ya da "gəlmə” olmasıyla bağlı məsələ, yalnız Azərbaycan türklərinin problemi deyildir. Zatən, Turan İmperiyasının nüvəsi olan türklərdən bir hissəsinin sonralar daha çox "Azərbaycan türkləri” kimi tanınması onların xəzər/azər/kaz/quz adlarını daşımasıyla bağlıdır. Bu günə qədər Xəzər dənizinə onlarla adlar verilmişdir ki, ancaq onlar arasında Xəzər, Türk, Quz, Kaspi, Quz, Oğuz kimi adların önə çıxmışdır. Deməli, Xəzər dənizinə verilən adlarla, onun hər iki sahilinə verilən yer adları Azərbaycan, Xəzər/Xəzərbaycan, Qazaxıstan, Oğuz, Türkmənistan bir-birini tamamlamışdır. Bu anlamda Xəzər dənizinin bütün ətrafında yaşayan türkləri dar anlamda birləşdirən Azərbaycan/Xəzərbaycan, Qazax Eli, Türkmen Eli, Oğuz Eli, Qıpçaq Eli geniş anlamda isə Turan İmperiyası olmuşdur. Bu anlamda sonralar və hazırda Azərbaycan türklərinin Oğuzların/Xəzərlərin davamçısı kimi "Azərbaycan”/"Xəzərbaycan” kəlimələriylə yanaşı Turan ülküsünə sahib çıxmaları təbiidir. Vaxtilə Yaqut əl-Həməvi də Azərbaycan sözünün kökündəki "azər” kəliməsinin "xəzər” sözüylə eyni mənalılığından bəhs etmişdir. Türkmənistan türkmənləri indinin özündə də Xəzərbecan, Xəzərbaycan ifadələrini işlədirlər ki, deməli, bütün zamanlarda azər və xəzər sözləri eyni mənanı, türklüyü və turanlılığı ifadə etmişdir. Eyni zamanda, mən də dəyərli alimimiz Firudin Ağasıoğlu kimi o fikirdəyəm ki, Oğuzlar, Xəzərlər/Azərlər ölkəsi anlamına gələn Azərbaycan və Xəzərbaycan kəlimələrinin Strabonun irəli sürdüyü Atropatena, Aturpatakan anlayışılarına heç bir aidliyi yoxdur. Başqa sözlə, iranlıların/arilərin oda sitayişdən dolayı bu əraziləri "odlar ölkəsi”, "od tanrısının yeri”, "od evi”, "od qoruyucusu”, "odla abadlaşdırılmı ölkə” adlandırması bir şey, turanlıların/türklərin isə milli kimlikləriylə bağlı yaşadıqları coğrafiyaya "xəzərlər/azərlər ölkəsi”, "oğuzlar ölkəsi”, "türklər/turanlılar ölkəsi”, "bayların uca yeri” adlandırması tamam bağqa şeydir.
Beləliklə, demək istədiyimiz odur ki, Azərbaycan türk alimləri Ön Asiyada, Orta Asiyada, Kiçik Asiyada türklərin yerli olması məsələsini ortaya qoymaqla dar anlamda Azərbaycan türklyünü, geniş anlamda isə Turan türklüyünü müdafiə etmiş olurlar. Türklərin Ön Asiyaya və ona həmhüdud ərazilərə "gəlmə” xalq olması nəzəriyyəsinin puçluğunun ortaya çıxarılması, yalnız Azərbaycan türkləri deyil, onun Qərbində olan Anadolu türkləri və Şərqində olan Türküstan türkləri qədər eyni dərəcədə önəmlidir. Ona görə də, Qərb ideoloqlarının bütün uydurmalarına baxmayaraq, bunun təsirindən az-çox kənarda qalan Türk və əcnəbi alimlərdən Rza Nur, M.Ə.Rəsulzadə, N.Qrablis, Hommel, Oppert, Says, M.H.Vəliyev, Ziya Bünyadov, Yusif Yusifov, Osman Tuna, Tofiq Hacıyev, Murad Adcı, Firudin Ağasıoğlu və başqalarının Türklərin/Turanlıların yalnız Ön Asiyaya deyil, Kiçik Asiyaya da guya "gəlmə” xalq olması nəzəriyyəsinə qarşı çıxaraq, bu ərazilərin yerli əhalisi olması müddəasını dəstəkləmələrini çox vacib hesab edirik. Bu baxımdan Böyük Azərbaycan, Türkiyə, Türküstan alimləri arasında məhdud türklükdən deyil, Turan türklüyü kimi geniş anlamdan çıxış edilib Ön Asiya və Kiçik Asiyada Türklərin "gəlmə” deyil, yerli olması nəzəriyyəsini dəsətəkləyənlərin sayının artılması da diqqətçəkicidir. Əgər əvvəllər Qərb alimlərinin təzyiqi, təsiri altında Türk alimlərinin çoxu Türklərin hətta, iranlılardan sonra ya da onlarla birlikdə Ön Asiyaya, Kiçik Asiyaya gəlməsi fikrini müdafiə edirdilərsə, əsil həqiqətlər gün işığına çıxdıqca artıq durum xeyli dərəcədə dəyişməkdədir.
Hələ, 19-20-ci əsrlərdə Azərbaycan Türkçülüyü ideyası qədər Turan türkçülüyü ideyasını ən çox müdafiə edənlər Azərbaycan türk aydınları olmuşdur. Azərbaycan türk aydınları (A.A.Bakıxanov, M.Kazımbəy, H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Cənnəti, R.Nur, Ə.Müznib, Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə və b.) Türkçülüklə yanaşı Turançılığı da müdafiə edərkən onun bütün sahələrdə dar mənada anlaşılmamasına əsas tutmuşlar. Məhz onların sayəsində də Türkçülük yalnız milliyyətçilik kimi bir mənadan çıxaraq elmi mahiyyətdə qazanmışdır. Məsələn, Əli bəy Hüseynzadə "Türklər kimdir və kimlərdən ibarətdir” (1905) əsərində Türkçülükdən daha çox Turançılığı önə çəkmiş, "Turan xalqları”, "Turan dilləri”, "Turan irqi” nəzəriyyəsini müdafiə etmişdir. Birbaşa olmasa da, Hüseynzadə müstəqim şəkildə Turan ellərində yaşayan millətlərin yerli olması nəzəriyyəsini müdafiə etmiş, buna uyğun olaraq da Türklərin arilərdən öncə sami xalqlarıyla münasibətlərinə diqqəti çəkmişdir. O, "Siyasəti-Fürusət” əsərində də yazırdı ki, Mənuçöhr, Nuzər və Əfrasiyab (Astiyaq) Turan ya da Midiya padşahları olublar. Eyni müddəaları 20-ci əsrin əvvəllərində bu və ya başqa formada N.Marr, M.Ə.Rəsulzadə, M.H.Baharlı və başqaları da dəstəkləmişlər (bunu ayrıca olaraq təhlil etmişik).
Ancaq Sovetlər Birliyi dövründə, özəlliklə 1930-cu illərin sonlarında başlayaraq yenidən türklərin Ön Asiyaya "gəlmə” xalq olması məsələsi gündəmə gətirilmişdi. Həmin yanlış nəzəriyyənin təbliğatçıları olan İ.M.Dyakonov, İ.Əliyev, S.Qaşqay,Q.Melikişvili, E.Qrantovski, S.Ə.Kəsrəvi, V.Bartold, S.Qasımova, Ə.S.Sumbatzadəkimi Qərb ideologiyasına ("Avropa mərkəzçi”liyə) xidmət edənləriniddia etmələri ki, m.ö. III-I minilliklərdə Ön Asiya, o cümlədən qədim Azərbaycan ərazisində ya¬şa¬mış yerli tayfalar – kutilər, lullubilər, turukkilər, nikimixlər, uruatrilər, sular, kaşşu, manna və di¬gər¬ləri dil, etnik-mədəni cəhətdən ya Qafqaz-hürri, Zaqroş-Elam dilləri qrupuna aiddirlər ya da onlardan bəzilərinin etnik kökü bəlli deyildir, ən əsası onların türklərə heç bir dəxli yoxdur, bütün bunlar təsadüfi olmamışdır.
Turan İmperiyasının tarixi və mahiyyəti - IV YAZI
Turanın İrandan qədimliyi mülahizəsini "Avropa mərkəzçiliyə” zərbə sayan qərbçi ideoloqlar bir tərəfdən Turanı Ariyanın aşağı budağı, digər tərəfdən isə türklərin çox sonralar Ön Asiyaya gəlməsini bəyan etməklə çıxış yolu tapmağa çalışmışlar. Bununla da, "Avropa mərkəzçilər” Turana aid əski yerli tayfaları ya zorla Hind-Avropa nəzəriyyəsinə bağlamağa çalışmış, ya da bu baş tutmadıqda onları naməlum tayfalar elan etmişlər. Başqa sözlə, İranlılarla müqayisədə Turanlıların aborigenliyinin daha inandırıcı olduğunu görən "Avropa mərkəzçi”lər, bundan çıxış yolu kimi iki versiyanın üzərində dayanmışlar: 1) Turanlılar Ari/İranın aşağı budağıdır, yəni turanlılar iranlılarla bir yerdə Ön Asiya və Orta Asiyaya gəlmişlər, 2) Sadəcə, çox sonralar Turan adını mənimsəyən Türklərin əsas vətənləri isə Ural-Altay ərazisidir ("Ural-Altay türk ailəsi” nəzəriyyəsi).
Antitürk nəzəriyyələri Avropa, "Sovet” və "İran" ideoloqları birlikdə müdafiə etmiş və əsaslandırmağa çalışmışlar. Əslində burada əsas məqsəd Ön Asiyanın və Orta Asiyanın, bütövlükdə Asiyanın yerli xalqları olan Turanlıları/Türkləri diqqətdən kənarda saxlamaq üçün "Ural-Altay türk ailəsi” nəzəriyyəsinin "Avropa mərkəzçilər” üçün nə dərəcədə əhəmiyyətli olması başa düşüləndir. Çünki həmin yerli etnosların etnik kimliyinə "Ural-Altay türk ailəsi” deyil, "Turan/Türk ailəsi” nəzəriyyəsindən yanaşsaq, o zaman məsələ tamamilə dəyişir.
Ümumiyyətlə, hesab edirik ki, Hind-Avropa nəzəriyyəsini əsaslandırmağa çalışan avropalı alimlər öz qədim köklərini, qədim mədəniyyət izlərini araşdırarkən qarşılarına böyük bir Türk-Turan mədəniyyəti çıxmışdı. Bəlkə də, bu qədər böyük və əski bir mədəniyyətlə, o cümlədən Türk dilinin zənginliyi ilə qarşılaşacaqlarını gözləməyən Avropa, Rus alimlərinin əksəriyyəti də çıxış yolunu Türk-Turan mədəniyyətini Hind-Avropa mədəniyyətinin aşağı səviyyəsi kimi elan etməkdə görmüşdülər. Ona görə də, Hind-Avropa mədəniyyətinin böyüklüyünə kölgə sala bilməyəcək "Ural-Altay” nəzəriyyəsini ortaya atmışlar. Onlara "Ural-Altay” nəzəriyyəsinini bir tərəfdən türklərin digər millətlərdən fərqli olaraq aşağı, barbar olmalarını göstərmələri, digər tərəfdən mümkün qədər mədəniyyətlər mərkəzi olan Ön Asiya və Orta Asiyadan uzaq tutmaq üçün lazım idi.
Turan Sivilizasiyasının varlığının etirafı üçün bir tərəfdən dəfələrlə saxtalaşdırılmış dünya tarixini "Avropa mərkəzçilik” konsepsiyasından xilas etmək, digər tərəfdən də həmin konsepsiyanın tərkib hissəsi kimi Hind-Avropa nəzəriyyəsinə uyğun olaraq uydurulmuş "Ural-Altay” nəzəriyyəsinin əsil mahiyyətini ortaya qoymaq lazımdır. Çünki Hind-Avropa nəzəriyyəsinə alternativ ola biləcək "Ural-Altay dil ailəsi” nəzəriyyəsi deyil, "Türk-Turan” ya da "Turan dil ailəsi” nəzəriyyəsidir. "Ural Altay” nəzəriyyəsi dil ailəsi və mədəniyyət, həm də corafiya baxımından "Hind-Avropa” nəzəriyyəsi qarşısında çox cılız və kasıb görünür ki, bunu uyduranların əsas məqsədi də bu olmalı idi. Başqa sözlə, "Ural-Altay” nəzəriyyəsi "Avropa mərkəzçilik” konsepsiyasının maraqlarına xidmət etmək üçün ortaya atılmışdı. Qazaxıstan Türk alimi Oljas Süleymenov "Az-YA” kitabında yazır: "Altay dilləri ailəsi də hind-avropa dil "icmasının” nümunəsi əsasında yaradıldı. Mövcud nəzəriyyəyə görə, müasir hind-avropa və Türk dilləri İsanın zühurundan az əvvəl yaranmışdır!”.
Deməli, ən azı 19-cu əsrdən başlayaraq "Hind-Avropa” nəzəriyyəsini ortaya atanlar, onu əsaslandırarkən özlərinə əsas rəqib olaraq "Turan-Türk” mədəniyyətini görmüşlər. "Türk-Turan”ın daha əski və güclü bir mədəniyyət olması "Avropa mərkəzçilər”ə əl vermədiyi, ancaq onun varlığını tamamilə inkar etmək də zor olduğu üçün, ən məqbul variant olaraq onu Hind-Avropa mədəniyyətinin aşağı qatı elan etdilər. O.Süleymenov yazır: "Türk köçərisi rəsmi elmin ("Avropa mərkəzçilər”in-F.Q.) təsəvvüründə Çin, İran və Ərəb mədəniyyətlərinin əmcəyin¬dən oğruluqla süd əmmiş Əbədi Vəhşi obrazında qaldı. Türk yazısının tələm-tələsik, müqayisə və araşdırma aparmadan iranlılardan götürülmə olduğunu elan etdilər”. Halbuki Turan mədəniyyətindən qidalanan Çin, İran və Ərəb mədəniyyətləri olmuşlar. Bu baxımdan Süleymenov¬la tamamilə razılaşırıq ki, "nə vaxta qədər ki, hindavropalılar Türk dillərini Hind-Avropa imperiyasının ucqar əyalət şivələri, nə qədər ki, türkoloqların özləri dayə köməyi olmadan şalvarlarını əyin¬lərində saxlaya bilmirlər və öz möhtərəm müəllimlərinin təhqiredici "həqiqətlərini” tutuquşu kimi təkrar edirlər – biz öz evimizdə gözübağlı olacağıq”.
Beləliklə, uydurma "Ural-Altay” deyil, əsil Türk-Turan nəzəriyyəsi imkan verir ki, bu günə qədər "Avropa mərkəzçilər”in Hind-Avropa mədəniyyətinin adına çıxılan, ya da naməlum hesab olunan mədəniyyətlər gün üzünə çıxsınlar. Özəlliklə, "Ural-Altay nəzəriyyəsi”nin möv¬cud¬luğu Türklərin Kiçik Asya (Anadolu), Ön Asya (Qafqaz, Azərbaycan), Orta Asya (Türkistan, Tatariya), o cümlədən Avropanın böyük bir hissəsindəki (İtaliya, Bolqarıstan, Macarıstan və b.) tarixi-mədəni varlığını göstərməsinin əsas əngəlidir. Hər halda Şumer, Kuti, Turukki, Manna, Midiya, İş Quz kimi dövlətlərin tarixini və mədəniyyətini "Türk-Turan” nəzəriyyəsiylə əlaqələndirmək daha məntiqlidir, nəinki "Ural-Altay”la. Deməli, "Avropa mərkəz¬çiliy”in uydurduğu "Ural-Altay” nəzəriyyəsinin gerçək üzü "Türk-Turan” nəzəriyyəsidir. Yalnız Türk-Turan nəzəriyyəsi "Avropa mərkəzçiliy”in irəli sürdüyü Hind-Avropa (Ari) mədəniy¬yətinə qarşı gerçək bir Türk-Turan mədəniyyəti, ya da Turan Sivilizasiyası ortaya qoya bilər.
Beləliklə, "Avropa mərkəzçilər”in mümkün qədər indiki Azərbay¬can və onun ətrafında yaşamış qədim yerli xalqları (kutilər, sular, subarlar, turukkilər, manna¬lı¬lar) Türk/Turan etnik kimliyindən uzaq tutmaq, bunu əsaslandırmaq üçün də, "Ural-Altay türk ailəsi” teorisini ortaya atmalarını əvvəlcədən düşünülmüş addımlardır. Çünki türklərin əski vətəni "Ural-Altay” elan edilib ora¬dan dünyaya yayıldığı iddia olunursa, o zaman "Turan-Türk dil ailəsi” nəzəriyyəsi diqqətdən kənarda qalır. Ona görə də, "Avropa mərkəzçilər” heç bir elmi əsas olmadan iddia edirlər ki, Orta Asiya və Ön Asiyada əvvəlcə Arilər, yalnız onlardan çox sonra türklər məskunlaşmışlar. Məsələn, Ön Asiyanın, o cümlədən Azərbaycanın yerli tayfalarının türk/turanlı kimliyini «əsaslandırdıqdan» sonra İqrar Əliyev ya¬zırdı ki, m.ö. II minlliyin sonu – I minilliyin əvvəl¬lərində Cə¬nu¬bi Rusiya çöllərindən çıxmış irandilli etnosların şimali-qərbi İran ərazisinə, o cümlədən Cənubi Azərbaycana gəliş¬lə¬rin¬dən sonra bölgənin etnik-dil mənzərəsi tədricən dəyişməyə baş¬ladı. Eyni zamanda "Avropa mərkəzçilər” m.ö. II miniliyin sonu, I minilliyin əvvəl¬lərində və sonrakı yüz¬illiklərdə Orta Asiyayla Ön Asiya ərazisində mühüm rol oynamış Kimmerleri, İskitləri, Sakaları da bu bölgəyə "gəlmə” etnoslar elan edərək onları da əssasız olaraq iranlı/arilər hesab etmişlər.
Qərbçi alimlərin fikrincə, arilər/iranlılar kimi hind-avropa mənşəli olan midiyalılar, parslar, əfqanlar və başqaları bir çox cəhətlərinə - atdan, süvari qoşunun döyüş arabalarından istifadəyə görə, yerli əhali üzərində üstünlük qazanmış və onların geniş yayılmasına şərait yaranmışdı; bu da həmin ərazinin etnik xəritəsinin dəyişməsinə səbəb olmuşdu. Bununla da çox keçmədən Ön Asiyanın, o cümlədən Azər¬bay¬canın türk olmayan avtoxton-yerli əhalisi – kutilər, lullubilər, hürrilər, kaşşular və başqaları irandilli tayfaların həm etnik, həm də dil baxı¬mın¬dan assimilyasiyasına, iranlılaşamağa məruz qalmışlar; "həmin dövrdə təşəkkül tapmaqda olan irandilli xalqlar əsasən assimil¬ya¬si¬ya¬ya uğramış avtoxton əhalinin nəsillərindən ibarət idi». "Avropa mərkəzçilər”in iddiasınca, Mannanın yerli əhalisinin "iranlılaşma”sındaöncə ma¬day¬lar/midiyalılar, parslar daha sonra m.ö. VIII-VII əsrlərdə Ön Asiyaya, o cümlə¬dən Azərbay¬¬cana axın edən kim-merilər, iskitlər və saklar da mühüm rol oynamışlar.
Beləliklə, Qərb mərkəzli ideoloqlar XX əsrdə, özəlliklə həmin əsrin ortalarından başlayaraq "dünya tarixşünaslığı”nda belə bir mülahizəni də elmi fikir olaraq ortaya atmışlar ki, Ön Asiyanın və Kiçik Asiyanın əski xalqlarının etnik mənşəyi əsasən naməlumdur ya da Hind-Avropa mənşəlidir, ancaq buraya ilk dəfə köç edən tayfalar isə birmənalı şəkildə hamısı hind-irandilli tayfalar (arilər, midiyalılar, parslar, əfqanlar, kimmerilər, iskitlər vəb.) olmuşlar. Guya, həmin dövrdə yəni irandilli tayfaların, yəni arilərin Midiyada, İranda olduğu dönəmdə isə bu ərazilərdə, türkdilli tayfaların izi-tozu belə olmamışdır. Bunun nəticəsi olaraq SSRİ tarixşünaslığına xidmət edən 1960-ci illərdə nəşr olunan "Azərbaycan tarixi”, 1970-ci illərdə yayımlanan Azərbaycan Sovet Ensiklopediyasında (ASE), olduğu kimi, müstəqillik dönəmində 7 cildlik "Azərbaycan tarixi”ndə yazılır ki, türk dillərindən birində danışan Güney və Quzey Azər¬baycan xalqının soykökündə Qafqaz-Hurri mənşəli kutilər, lullubilər, man¬nalılar, albanlar eləcə də irandilli ya da ari mənşəli midiyalılar ya da midiyalılardan törəmə, irandilli azəri dilində danışan atropatena¬lılar dayanır.
Gördüyümüz kimi, 7 cildlik "Azərbaycan tarixi”ndə açıq-aşkar "Hind-Avropa” nəzəriyyəsi dəstəklənmiş və bunu akademik Nailə Vəlixanlını özünəməxsus şəkildə belə izah etmişdir. O, yazır ki, Azərbaycan xalqının yerli türk etnosları və qonşu ölkələrdən gəlib burada məskun¬laş¬mış, türk dilində danışan digər tayfaları ilə qaynayıb-qa¬rış¬ma¬sın¬dan yaranması, bu anlamda da Azərbay¬can türklərinin erkən dövrdən türk (prototürk, erkən türk) di¬lin¬də danışması və heç bir başqa xalqdan dönməməsi mülahizəsi inandırcı görünsə də, lakin bu mülahizələr dünya tarixşünaslıq elmində qərarlaşa bilməmişlər. Bu baxımdan N.Vəlixanlı belə bir nəticəyə gəlir ki, Türklərin Azərbaycanın və Ön Asiyanın yerli xalq olması mülahizəsi İ.Dyakonov, Q.Melikişvili, F.Məmmədova, İ.Əliyev və on¬lar¬ın başqa həmfikirləri tərəfindən irəli sürülmüş "Azərbaycan xalqının etnogenezində yerli (Qafqaz mənşəli) etnoslarla yanaşı, gəlmə (türkdilli və irandilli) etnoslar da iştirak etmiş, tarixən türkdilli etnoslar böyük üstünlük təşkil edərək e. XI-XII əsrlərində türkdilli Azərbaycan xalqının formalaşmasına gətirib çıxartmışdır” mülahizəsini, yəni «tarixşünaslıqda artıq özü¬nə elmi vətəndaşlıq hü¬ququ qazanmış konsepsiyanı («Avropa mərkəzçiliyi» - F.Q.) tam inkar etmək üçün əsaslı deyil».
Bütün bu antitürkçü mülahizələr "Avropa mərkəzçilik” ideologiyasının maraqları çər¬çivəsində elmi dövriyyəyə buraxılmışdır ki, indi onu «dünya tarixşünaslığı tərəfindən qəbul edilmiş müddəa» kimi qəbul etmək mənasızdır. Digər tərəfdən, Turanda, Azərbaycanda türklərin aborigen olmasını sübut etmək üçün deyil, tam əksinə türklərin gəlmə olmasını ortaya qoymaq üçün ciddi və sanballı dəlillərə ehtiyac vardır. Əgər bu məsələlərdə söhbət kon¬kret tarixə, elmə hörmətdən və obyektivlikdən gedirsə, birin¬ci¬si, «Azərbaycan tarixi» kitablarından, elmi-küt¬lə¬vi ədəbiyyatlardan SSRİ dövründən qalma yad konsepsiyalar çıxarılmalı, yəni Azərbaycan xalqının etnik mənşəyi və dili məsələsinin yadelli alimlərin, tarixçilərin mülahizələrinə, fərziyyələrinə uyğun şəkildə «həll edilməsi»nə son verilməlidir. İkincisi, birdəfəlik anlamaq lazımdır ki, bu «problem» Azərbaycan türk xalqı əsarət altında olduqda ortaya atılıb öz «elmi həlli»ni tapmışdırsa, deməli, bu, birmənalı şəkildə saxta yolla, imperiya maraqlarına uyğun şəkildə baş vermişdir.
Turan İmperiyasının tarixi və mahiyyəti-V yazı
Sovetlər Birliyi dövründə, xüsusilə 1960-1970-ci illərdən başlayaraq antitürk, antiazərbaycan ideyalara qarşı Ziya Bünyadov, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Firudin Ağasıoğlu, Tofiq Hacıyev, Mahmud İsmayılov, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Altay Məmmədov, Mirəli Seyidov və başqa alimlərimiz milli mövqelərini ortaya qoymuşlar. Onlar bir tərəfdən Ön Asiyanın yerli xalqları olan Kutilərin, Suların, Turrukilərin, Qarqarların eyni zamanda, buraya "gəlmə” hesab olunan kimmerlərin, iskitlərin, sakların türk mənşəli olmalarını qətiyyətlə müdafiə etməyə başlamışlar. Məsələn, dilçi alimimiz professor Qiyasəddin Qeybullayev yazırdı ki, m.ö. 3-cü minllikdən Azərbaycanda yaşayan yerli kutilər, lullubilər, kaslar, turukkilər türk mənşəli etnoslar olub onların birbaşa varisləri olan Manna və Maday m.ö. I minilliyin əvvəllərində tarix səhnəsinə çıxdığı kimi, m.ö. VIII-VII əsrlərdə şimaldan gəlmiş kimmerilər, skiflər (işquzlar) və saklar da türk mənşəli etnoslar olmuşlar. Qədim Azərbaycan ərazisindəki etnoslar arasında prototürklərin aparıcı rol oynamasını müdafiə edən Mahmud İs¬ma¬yılov da yazırdı ki, m.ö. III minilliyin sonlarında şumer-akkadlarla eyni dövrdə yaşamış olan kutilər, lullubilər, saspirlər (su-barlar-savirlər), kaspilər və ən başlıcası turukkilər türk mənşəli olmuşlar. Sonrakı yuz¬illiklərdə türksoylu tayfalar Ön Asiyadan şərqə, Orta Asiya torpaqlarına hərəkət etmiş, bir neçə yüzillikdən sonra isə burada əks miqrasiya olmuşdur. O, matienləri və albanları buna sübut kimi göstərir. Onun fikrincə, qədim dövrdə Azərbaycandan Orta Asiyaya köçmüş matienlər və albanlar burada özbək, qazax, qırğız, türkmən, qaraqalpaq millətlərin təşəkkülündə mühüm rol oynamış və son-ralar öz qədim vətənlərinə qayıtmışlar.
Hələ, Sovetlər Birliyi dövründə akademik Ziya Bünyadov da türklərin Azərbaycanın yerli milləti olması nəzəriyyəsini müdafiə etmişdir. Akademik açıq şəkildə yazırdı: "Türkləri Azərbaycan əra-zi¬sinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çün¬ki onda yerli böyük və çox yığcam türk tayfalarının varlığına göz yumulur”. Maraqlıdır ki, eyni zamanda «yerli türk tay¬fa¬ları», «türk aborigenləri» ifadələrinə yer verən Ziya Bünyadovun bu mülahizələrini Nailə Vəlixanlı başqa yerə yozmuşdur: «Burada ilk orta əsr¬lər¬də Azərbaycana gəlmiş türklər nəzərdə tutulur». Fikrimizcə, əgər Ziya Bünyadov «yerli türk tayfaları», «türk abo¬rigenləri» dedikdə, Nailə Vəlixanlının başa düşdüyü mə¬nada nəzərdə tutsaydı, bunu özü ifadə edərdi. Bizcə, türklərin aborigenliyi ilə bağlı Z.Bün¬yadov məlum əsərində, ərəb mənbəyinə istinadən «Azərbaycan qədimdən türklər ölkəsidir» müddəasını da təsadüfən irəli sürməmişdir.
Z.Bünyadov yazır ki, ərəblər VII-VIII əsrlərdə Azərbaycan və Arranı istila edərkən, burada əsas tayfaların hunlar-xəzərlər, yəni türklər oldu¬ğu¬nu öyrənmişdilər. Ərəb mənbələrində ərəblərin istilasından əvvəl Azərbaycanda türklərin yaşadığı haqqında məlumat da var. Ərəb mənbəyində belə bir rəvayət var ki, ərəb xila¬fəti dövründə Xəlifə Müaviyə (661-680) qədim tarixə bələd olan Abid ibn Şariyə adlı yəmənlidən soruşur: "Türklər və Azərbaycan nə deməkdir?”. Abid cavab verir ki, "Azər¬bay¬can qədimdən türklərin yaşadığı ölkədir”. Z.Bünyadova görə, bu rəvayəti şübhə altına almaq olardı, "lakin 1126-cı ildə farsca tərtib edilmiş imzasız bir əsərdə də həmin rə¬va¬yə¬tə rast gəlirik. Burada belə deyilir: "Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir”. Bu imzasız əsər müəllifi, Himyari padşahlarından biri olan Raiş haqqında məlumat verərkən deyir ki, bu ölkə türklərin əlindədir”. Z.Bünyadovun fikirlərini ümumi¬ləşdirən¬də aydın görürük ki, akademik birmənalı şəkildə Azərbay¬can xal¬qı¬nın etnik mənsubiyyətini, dilini, bu xalqın forma¬laş-masını türk amili əsasında izah edir və türklərin qədim zaman¬lar¬dan bu bölgədə məskunlaşması və yerliliyi müddəa¬sını irəli sürür. Ən başlıcası odur ki, Z.Bünyadov azərbay¬canlıların ulu əcdadlarının türk olduqlarını qeyd edərək, bugünkü azər¬baycanlıları «Azərbay¬can türk xalqı» adlan¬dır¬mışdır.
Prof. Süleyman Əliyarlı da yazırdı ki, türklərin Azərbaycan ərazisində yaşamış ən qədim sakinlər olduğunu m.ö. I minilliyin mixi yazılarında olan turukki və turuxi etnik adlar təsdiq edir. Onun fikrincə, turukku adının türk dilindən başqa bir yozumu olmaması onların türk¬mənşəli xalq olduğunu sübut edir. Urmu nəzəriyyəsinin, yəni türklərin ilk vətənlərinin Cənubi Azərbaycan olmasının müəllifi Firudin Ağasıoğlu hesab edir ki, "türk” adının ilk forması m.ö. 3-2-ci minilliklərdə burada meydana çıxmış, ilk böyük Türk İmperiyası Qut Eli də Azərbaycanda yaranmışdır. Bu anlamda ilk Türk dövləti və Türk imperiyası kimi m.ö. 3-cü sərin sonu, 2-ci əsrin əvvəllərində meydana çıxmış Hun dövlətini göstərmək qətiyyən doğru deyildir. Onun fikrincə, türklərin ilk atayurdu Ön Asiya, o cümlədən Cənubi Azərbaycan və ətrafı, ikinci atayurdu isə Anadolu, Orta Asiya, Şimali Qafqaz, Altay və digər coğrafiyalar olmuşlar. Bizcə, Türklərin ilk atayurdu Ön Asiya və Orta Asiya, yəni Azərbaycan və Türküstan olmuşdur. Xüsusilə, m.ö. 6-4-cü minillərdə bu ərazilər türk tayfalarının (turuklar/turlar, qutlar, lulubilər, xəzərlər, sakalar/arsaklar, oğuzlar/quzlar, kaslar/kazlar, parflar/pardlar, uyğurlar, hunlar) atayurdları olmuş, Turlar/Türklərin adıyla Turan/Türküstan adlandırılmşdır. Deməli, ilk türklərin vətəni kimi yalnız Azərbaycanı deyil, onunla yanaşı Türküstanı bir sözlə, bütövlükdə isə Turanı görmək lazımdır.
Azərbaycanın qədimdən türklərin vətəni, yəni prototürklərin məskunlaşdığı əsas yerlər¬dən birinin Urmiya gölünün cənub və cənub-şərqi olmasını, hətta m.ö. III minilliyin I yarısında bu ərazilərdə Aratta ölkəsinin mövcud olmasını iddia edən tarixçi alimlərimizdən Yusif Yusifov buranın yerli əhalisinin prototürk¬lərin olmasına əsas sübutlardan biri kimi m.ö. III-II minilliklərdə bu əra¬zidə yaşayan turukkuları, Tu¬rukkum ölkəsini göstərmişdir. Y.Yusifov yazır ki, turukku etnonimi «türk» tayfa adının erkən for¬ması olmuşdur: «Erkən orta əsr yaddilli qaynaqlarda «türk» adı ilə yanaşı «turukka» (hind qaynaqları), «ttrruki» (Xotan mənbələri), «druq//druqi» (Tibet qaynaqları) formaları işlədilmişdir. E.ə. II minillikdə akkad mixi yazıları etnoni¬min erkən, «turukki, turuki» formasını saxlamışlar. Bu də¬lil¬lər onu göstərir ki, e.ə. III-II minilliklərdə Azərbaycan əra¬zilərində türk etnosları yaşamış və onlar o dövrün siyasi hadisələrində yaxından iştirak etmişlər. Beləliklə, Azər¬bay¬ca¬nın ən qədim sakinlərindən biri prototürklər olmuş və onlar hələ biri digə¬rin¬dən fonetik cəhətdən çox da fərqlən¬mə¬yən ümumtürk dilində danışmışlar. Lakin bu dövrdə qərb və şərq türk dil¬lə¬rini səciyyələndirən bir sıra fonetik əvəz¬ləmələr artıq ya¬ran¬mışdı. Fərz etmək olar ki, proto-türk¬lər bu zaman nəin¬ki qə¬d¬im Azərbaycanın, eləcə də Anadolu yarım¬ada¬sı¬nın və Orta Asiyanın sakinləri olmuş və tədricən şimala doğru hərəkət etmişlər». Manna dövlətini də Kutilərin, Turukkilərin, Subarların davamı sayan Yusifova görə, m.ö. VIII əsrin sonu – VII əsrin əvvəlində Azərbaycana şimaldan "gəlmiş” Kimmer, skit və saklar da Türksoylu olub yerli əhali ilə dil qohumluğuna görə Man¬na¬da və Arazın şimal hissəsində məskunlaşmış¬dılar.
Qərb alimlərinin çoxunun iddia etdiyi kimi yerli lulubilər, kutilər, subarlar, qıpçaqlar, qarqarlar, kəngərlər, mannalılar Qafqaz-Hurri mənşəli deyil Türk mənşəli olduğu qədər, eyni zamanda kimmerlər, iskitlər, saklar da onlar qədər arilər/iranlılar kimi "gəlmə” yox yerli olub Türk soyludurlar. Demək istədiyimiz odur ki, kimmerlər, iskitlər, sakları heç də İranlılar kimi guya, Ön Asiyaya, o cümlədən Azərbaycana "gəlmə” etnoslar hesab etmək doğru deyildir. Unutmaq olmaz ki, məhz bu amildən yararlanaraq Qərb alimləri iddia edirlər ki, arilər/iranlılar kimi kimmerlər, iskitlər və saklar da aşağı-yuxarı həmin dövrlərdə ilk dəfə Ön Asiyaya, o cümlədən Böyük Azərbaycana gəlmişlər. Bu, tamamilə yanlış və əleyhimizə işləyən mülahizədir. Bizcə, kimmerlər, iskitlər, sakalar Turan İmperiyasının aparıcı etnosları olub iranlılar/arilər Ön Asiyaya gəlməmişdən çox-çox öncə Azərbaycan da daxil olmaqla Qafqazın böyük bir hissəsində, bir sözlə Ön Asiyada yaşamışlar.
İlk dövrlərdə Turanın İrandan/Aryandan qədimliyini, eyni zamanda Türklərin Ön Asiyanın yerli milləti olmasını bəzi Qərb alimləri, o cümlədən də ingilislər, fransızlar, amerikanlar və başqaları da etiraf etmişlər. Məsələn, həmin dövrün ingilis-amerikan alimi Nikela Qrablisə görə, Turan haqqında tədqiqatlar genişləndikcə bəlli olur ki, Turanın əsas mərkəzi Azərbaycan olmuş, iranlılarla ilk müharibədə Azərbaycan türkləriylə olmuşdur. N.Qrablis "Şərq məsələsi” adlı kitabında yazırdı ki, Türklərin iranlılardan ya da arilərdən daha öncə Azərbaycanda sakin olmaqları, iranlıların isə bu əraziyə gəlmə olduqları barədə dəqiq, sabit sübut və dəlillər vardır. Başqa bir ingilis alimi professor Says isə yazırdı: "Turanilər bu böyük mədəniyyətin əsasını vəz etdilər, məqsəd növi-bəşərin mədəniyyət övliyasıdır ki, əgər iranilər onu məhv etməsəydilər, bizə ondan böyük yadigarlar qalacaqdı”.
Deməli, e.ə. II minilliyin sonu – e.ə. I minilliyin əv¬vəl¬lərindən başlayaraq irandilli tayfaların Ön Asiyaya və Orta Asiyaya axını nə¬ti¬cəsində qədim türklərinin özünümüdafiə etməsi zəruri olmuşdur. Əvvəlcə, Turan-Saka imperiyası olaraq irandillilərlə qarşı birgə savaşan turanlılar, imperiya nisbətən zəiflədiyi dövrlərdə Manna, Midiya, Xə¬zər (Kaspiana), Massaget çarlığı olaraq düşmənə qarşə mübarizəni davam etdimişlər. Bu anlamda kutilər, lullubilər, sular//suvarlar, qarqarlar, xə¬zər¬lər/azlar, turukkilər, al¬ban¬lar//aranlar və başqa yerli Türk etnoslarından təşəkkül tapmış Manna dövlətinin m.ö. 9-cu əsrdən etibarən Assuriya, Urartu ilə yanaşı sonralar Aryanlara (Parsua) qarşı da mübarizə aparmaları təbiidir. Eyni zamanda e.ə. VIII-VII əsrlərdə yenidən toparlanan Turan-Saka imperiyasına aid kimmerilər, iskitlər/sakların da ümumi düşmənə qarşı mübarizədə Manna dövlətinə yardım etməyə başlamaları təsadüfi sayıla bilməz. Hər halda kimmeri, iskit/sakların heç bir problem olmadan Manna-Azərbaycan əhali¬si ilə qay¬na¬yıb qarışması isə onların soyköklərinin eyniliyi və əvvəllər Turan imperiyasının tərkibində yerdə yaşamaları ilə bağlı olmuşdur. Sakaların/turanlıların hökmdarının «sak və kuti ölkələrinin hökmdarı» titulunu daşıması bu yaxınlığa işarə¬dir, eyni za¬man¬da Assuriyaya qarşı mübarizədə mannalılarla kim¬me-rilər, iskitlər/saklar arasındakı mütəffiqlik də bu amildən qaynaqlanmışdır. Bu fikri təsdiq edən faktlardan biri də, bəzi mətnlərdə iskitlərin/skiflərin Manna ölkəsinin qədim sakinləri adlandırılmasıdır. Deməli, mannalılarla sakalar öncədən Turan-Saka imperiyasının tərkib hissəsi olmuş, irandilli tayfaların Ön Asiyaya və Orta Asiyaya yürüşü zamanı imperiya nisbtən zəifləmiş, bunun nəticəsində də yeni türk dövlətləri ortaya çıxmış, çox keçmədən də yenidən toparlanan turanlı sakalar manallılara dəstək verməyə başlamışlar.