reklam
USD
9 ℃
EUR
BAKI

Fransanın qanlı müstəmləkə cinayətləri və törətdiyi soyqırımı aktları bəşəriyyət üçün ləkədir

NƏŞR / 06.07.2023 03:16

Fransanın qanlı müstəmləkə cinayətləri və törətdiyi soyqırımı aktları bəşəriyyət üçün ləkədir


Dövlətlərarası münasibətlərdə etimad mühitinin mövcudluğu əsasdır. Hazırkı dövrdə dünyada cərəyan edən proseslərə diqqət yetirsək görərik ki, etimadın və inamın olmaması hadisələrin gərginləşməsinə yol açır. Reallıq budur ki, bu gün dünya, sözün əsl mənasında, beynəlxalq hüquq problemini yaşayır. Azərbaycan dövləti 30 il davam edən işğal dövründə dünyanın aparıcı dövlətlərindən və nüfuzlu beynəlxalq təşkilatlardan ikili standartlara əsaslanan siyasəti bir kənara qoyub hadisələrə real münasibət bildirməyi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb etsə də bu çağırışlara laqeyd yanaşma sonda müharibəni qaçılmaz etdi. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə 30 ilin işğalına son qoydu və dünyaya sübut etdi ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar var, sadəcə, onların tətbiqinin zamana və məkana görə həyata keçirilməsi yeni münaqişələrə yol açır.

Azərbaycan tarixi Zəfəri ilə bu mühüm məqamı da təsdiqlədi ki, dünya güclərinin ikili standartlara əsaslanan siyasətinə, ədalətin maraqların arxasında əriməsinə baxmayaraq, mübarizə beynəlxalq hüququn norma və prinsiplərinə söykəndikdə, təbliğat tarixi həqiqətlər əsasında aparıldıqda sonda ədalət zəfər çalır. 44 günlük İkinci Qarabağ müharibəsi bunun bir daha təsdiqi olmaqla yanaşı, dünya siyasətində dəyişikliklərin zəruriliyi məsələsini də gündəmə gətirdi ki, bunlardan biri məhz BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi məsələsidir.

Hazırkı dönəmdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının əsas çağırış kimi gündəmdə olduğu bir zamanda bəzi dünya güclərinin, xüsusilə Fransanın hələ də ikili standartlara əsaslanan siyasətindən əl çəkməyərək Ermənistanı "ərköyün uşaq” kimi bəsləyərək ona qayğısını ədaləti və beynəlxalq hüququ kobud şəkildə pozmaqla həyata keçirməsi diqqətdən kənarda qalmır. Fransa Qarabağ münaqişəsi tarixə qovuşduğu andan regionda vəziyyəti gərginləşdirmək yolunu tutaraq gah münaqişənin həll edilmədiyini bildirir, gah da utanmadan Azərbaycanı işğalçılıq siyasəti yürütməkdə ittiham edir. Əslində, tarixi müstəmləkəçilik siyasəti ilə zəngin olan Fransadan başqa mövqe gözləməyə də dəyməz. Afrikada, Asiyada və ərəb dünyasında milyonlarla insanın həyatına qəsd edən Fransa imperializminin bu cür siyasəti onun iç üzünü tam çılpaqlığı ilə ortaya qoyur. Fransanın milli azlıqlara qarşı qərəzli münasibət göstərməsi, dini ayrı-seçkiliyi son illər daha açıq xarakter alıb.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə də bu məsələyə xüsusi diqqət yönəltdi. Bildirdi ki, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində narahatedici meyillərlə mübarizə aparmalıdır.

Avropada ən çox müsəlmanın yaşadığı Fransada hər zaman İslam dininə qarşı təhqirlərin, etirazların şahidi olmuşuq. Fransa bu ölkədə yaşayan etnik azlıqlara qarşı olduqca qərəzli siyasət yürüdür və ayrı-seçkilik tətbiq edir. Bu fakt inkaredilməzdir ki, Fransada yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı qadağan edilib. Bu qadağalar davamlı ayrı-seçkilik hallarının qarşısını almaq və mübarizə tədbirləri görmək üçün səmərəli mexanizmlərin tətbiqinə imkan vermir. Başqa dinlərə nifrət zəminində törədilən cinayətlərin rəsmi statistikası aparılmasa da, ölkənin müsəlman əhalisi, qaradərili fransızlar, digər etnik və dini qruplara, xüsusilə müsəlmanlara qarşı qadağalar artır. Bu, bir daha onu göstərir ki, Fransada mənəvi və dini ayrı-seçkilik meyilləri artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir.

Prezident İlham Əliyev sözügedən tədbirdə diqqəti bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinə yönəldərək, bunun həmin ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir.

Fransada islamofobiya bu ölkənin tarixi müstəmləkəçilik siyasəti nəticəsində formalaşıb və Makron hökumətinin yürütdüyü irqçi siyasətlə daha geniş vüsət alıb. Ermənistana siyasi, hərbi dəstəyini əsirgəməyən Fransa ilə ölkəni birləşdirən dəyərlər də işğalçılıq, separatçılıq, ksenofobiya, terrorçuluq, başqa xalqlara məxsus sərvətlərin mənimsənilməsidir. Bununla Fransa Ermənistanı müdafiə etməklə yanaşı, həm də özünün müstəmləkəçilik siyasətinə haqq qazandırmış olur.

Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin mahiyyətini xeyirxahlıq, birlik, əməkdaşlıq prinsipləri təşkil edir. Bu tədbirlərdə dünya ictimaiyyətinə humanizm çağırışları ünvanlanır. Prezident İlham Əliyevin digər çıxışları kimi, Qoşulmama Hərəkatının nazirlər görüşündəki nitqi də Ermənistana və ikili siyasəti ilə dünyada etimadsızlıq mühitini dərinləşdirən Fransaya ciddi mesajları ilə yaddaqalan oldu. Ədaləti və beynəlxalq hüququ özlərinin iyrənc siyasətlərinə qurban verməyə çalışan Fransa kimi bəzi dünya gücləri belə bir reallığı qəbul etmək məcburiyyətindədirlər ki, özlərinin öyrənəcəkləri və tətbiq edəcəkləri dəyərlər var.

Rahib KƏRİMLİ


Oxunub: 400






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim