reklam
USD
8 ℃
EUR
BAKI

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,1 faiz səviyyəsində icra edilib

İqtisadiyyat / 31.05.2018 17:05
2017-cı ildə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılmış məbləğlə müqayisədə 98,5 faiz səviyyəsində, 16516,7 milyon manat icra edilib.

Bu sözləri Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı çıxışı zamanı deyib.

Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində qlobal iqtisadi mühit neftin dünya bazarlarında qiymətinin əvvəlki dövrlə müqayisədə artması, inkişaf etmiş ölkələrdə inflyasiyanın yüksəlməsi, dünya üzrə iqtisadi artımın gözləniləndən bir qədər çox olması, dünya üzrə məcmu borcun tarixdə ən yüksək həddə çatması və s. meyillərlə xarakterizə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlar öz nəticələrini hesabat ilində də göstərib. Belə ki, 2017-ci ilin ÜDM göstəricisində artım müşahidə edilib, qeyri-neft sektoru üzrə real artım tempi 2,7 faiz təşkil edib, qeyri-neft sektorunun ÜDM-də payı 62,8 faizə çatıb. Hesabat ilinin dövlət büdcəsi həm dünya, həm də respublika üzrə müşahidə edilən bu meyillər, həmçinin dövlət vəsaitlərinin nəticəli istifadəsi, hesabatlılığın və maliyyə nəzarətinin gücləndirilməsi, vəsaitlərdən istifadə üzrə məsuliyyətin artırılması istiqamətində dövlət başçısının təşəbbüsü ilə qanunvericilik aktlarına edilmiş bir sıra vacib əlavə və dəyişikliklər fonunda icra edilib, bu amillər icra prosesinə təsirsiz ötüşməyib.

2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və hesabat "Büdcə sistemi haqqında” Qanunun müəyyən etdiyi vaxtda Hesablama Palatasına təqdim edilib və bu qanunla təsbit edilmiş tələblərə riayət olunmaqla hazırlanıb, qanunvericiliklə həmin sənədlərdə göstərilməsinin tələb olunduğu sahələr və istiqamətlər üzrə məlumatlar əks olunub.

Qeyd edilib ki, 2017-cı ildə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılmış məbləğlə müqayisədə 98,5 faiz səviyyəsində (16516,7 milyon manat) icra edilib. Ümumiyyətlə, ÜDM-in əvvəlki illə müqayisədə nəzərəçarpacaq artımı, dövlət büdcəsinin gəlirlərinin bir qədər azalması hesabat ilində gəlirlərin ÜDM-ə nisbət göstəricinin 23,5 faiz səviyyəsində icrası ilə nəticələnib. Hesabat ilində ümumi büdcə gəlirlərinin 46,8 faizi ilin birinci yarısında, 53,2 faiz isə ikinci yarısında daxil olub.

Ümumiyyətlə, hesabat ilində dövlət büdcəsinin vergi gəlirləri üzrə müəyyən edilmiş 94,1 faiz səviyyəsində yerinə yetirilsə də, bu daxilolmalar üzrə 2016-cı illə müqayisədə artım 3,5 faiz təşkil edib. Vergi gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərinin tərkibində xüsusi çəkisi də 4,5 faiz bəndi artaraq 2017-ci ildə 51,2 faizə yüksəlib.

Vergi gəlirlərinin tərkibində fiziki şəxslərin gəlir vergisi üzrə 2017-ci il üçün müəyyən olunmuş proqnozun 10,9 faiz kəsirlə yerinə yetirilməsi, eyni zamanda, əvvəlki ilə nisbətən azalması əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin gücləndirilməsini tələb edir. Bu vergi növü üzrə icra səviyyəsinə, eləcə də hesablanmış öhdəliklərin əlavə dəyər vergisinin əvəzləşdirilməsinə görə yaranan artıqödəmə məbləğlərinin hesabına aid edilərək dövlət büdcəsinə köçürülməməsi səbəbindən muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisinin əsasən real (hasilatın pay bölgüsü sazişləri istisna olmaqla) sektor üzrə proqnozlarının icra olunmaması təsir göstərib.

2016-cı illə müqayisədə 2017-ci ildə ÜDM-in, o cümlədən qeyri-neft ÜDM-in artımı, eləcə də ölkədaxili ümumi istehlak dövriyyəsinin nominal ifadədə artması, həmçinin digər əlaqəli iqtisadi faktorların artım dinamikası fonunda Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi müəyyən edilmiş proqnoz 86,2 faiz səviyyəsində icra edilib. Qeyd olunanlar bu vergi növü üzrə daxilolmaların məbləğinə təsir edən qeyri-iqtisadi amillərin araşdırılmasını və bu amillərin təsirinin neytrallaşdırılması məqsədilə vergi-büdcə siyasətində müvafiq tədbirlərin nəzərdə tutularaq icrasını zəruri edir. Ümumiyyətlə, hesabat ilində əlavə dəyər vergisinin uzunmüddətli dinamikası Vergilər Nazirliyinin xətti ilə əlavə dəyər vergisinin azaldığını, Dövlət Gömrük Komitəsinin xətti ilə isə əksinə, artdığını göstərir.

Digər gəlirlər üzrə isə əksinə, proqnoz artıqlaması ilə icra edilib, lakin mütləq ifadədə 2017-ci ildə bu gəlirlər 2016-ci ilə müqayisədə 13,6 faiz az olub. Əvvəlki illərlə müqayisədə azalmanın əsas səbəbi digər gəlirlərin 75,6 faizini təşkil etmiş Dövlət Neft Fondundan transfertin həcmi ilə əlaqədardır.

Digər gəlirlərin tərkibində Dövlət Neft Fondundan daxilolmaların məbləğini nəzərə almadıqda isə digər gəlirlərin 116,7 faiz səviyyəsində və əvvəlki illə müqayisədə 14,1 faiz çox icra edildiyini qeyd etməliyik. Eyni zamanda, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-vergi daxilolmaları üzrə proqnozlaşdırma xətalarının olması müşahidə edilib.

Digər tərəfdən, dövlət büdcəsinin gəlirlərinin icrası mərhələsində real sektordan yığımı təmin edən dövlət qurumlarının inzibatçılığının proqnoz hədəflərin icrası üzərindəki təzyiqlərinin maliyyə-vergi intizamının gücləndirilməsi istiqamətinə yönəldilməsi məsələlərinin həlli aktual olaraq qalmaqdadır.

Nəzərə almalıyıq ki, real sektorda təsərrüfat subyektlərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəldilməsi üçün inzibatçılığın maliyyə-vergi intizamının gücləndirilməsi üzərində daha çox səfərbər olunması zəruridir.

Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun qarşıya qoyulmuş məqsədlərə qısa müddət ərzində nail olunması məqsədi ilə dövlət büdcəsinin gəlirlərinin formalaşması və icrası prosesində iştirak edən inzibatçı qurumların fəaliyyətində koordinasiya işləri daha da gücləndirilməlidir.

Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, 2017-ci ildə dövlət büdcəsinin xərclərində 2016-cı illə müqayisədə cüzi azalma müşahidə edilmiş və 98,1 faiz səviyyəsində icra edilib, büdcə xərclərinin ÜDM-ə faiz nisbəti 25,1 faiz təşkil edib. Hesabat ilində ümumi büdcə xərclərinin 46,6 faizi ilin birinci yarısında, 53,4 faizi isə ilin ikinci yarısında icra edilib. Ümumilikdə, 2017-ci ilin dövlət büdcəsinin tətbiqi ilə bağlı Prezident tərəfindən imzalanmış fərmanda fiskal intizamının gücləndirilməsi ilə bağlı əks etdirilmiş tapşırıqlara müvafiq olaraq hesabat ilində büdcə xərclərinin il ərzində icrası üzrə bölgüyə riayət edilməsinə nəzarət təmin olunub.

Xərclərin icrasına son illərdə büdcə qanunvericiliyində edilmiş dəyişikliklərin təsiri ilk növbədə qeyd edilməlidir. Bu dəyişikliklər hesabatlılığın gücləndirilməsində mühüm addım olub. Hesabat ilində digər bir məqam manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsindən fərq məbləğinin yaranmasıdır ki, bu da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qanun layihəsində ayrıca sətirlə göstərilib.

Hesabat ilində dövlət büdcəsinin kəsiri 1,1 milyard manat və ya təsdiq olunan yuxarı həddən 8,3 faiz az olub, kəsirin ÜDM-ə nisbəti 1,5 faiz təşkil edib.

Büdcə kəsirinin 54,4 faizi vahid xəzinə hesabının qalığı, 9,9 faizi özəlləşdirmədən daxilolan vəsait, qalan 35,7 faizi isə daxili və xarici borclanma hesabına maliyyələşdirilib.

2017-ci ilin sonuna dövlət borcunun ümumi məbləği 17,0 milyard manat təşkil edib. Bu, strateji valyuta ehtiyatlarımızdan bir neçə dəfə azdır və məcmu dövlət borcunun ÜDM-ə nisbətinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün beynəlxalq təcrübədə qəbul edilmiş sərhəddən nəzərəçarpacaq dərəcədə aşağı olması ölkəmizdə dövlət başçısı tərəfindən dayanıqlı borc siyasətinin yürüdüldüyünü bariz şəkildə ifadə edir.

Ümumi dövlət borcu məbləğinin 93,9 faizi xarici dövlət borcuna, 6,1 faizi daxili dövlət borcuna aid olub.

Xarici dövlət borcunun valyutalar üzrə bölgüsündə 2017-ci il ərzində müəyyən dəyişikliklər olub. Xarici dövlət borcunun valyuta üzrə bölgüsünə nəzər yetirdikdə qeyd etmək olar ki, ABŞ dolları ilə cəlb olunması nəzərdə tutulan borcun məbləği hesabat ilinin əvvəli ilə müqayisədə 30,2 faiz artaraq faktiki xarici borcun ABŞ dolları ilə ifadəsində 44,8 faiz artımına şərait yaradıb.

Eyni zamanda, bu meyil kredit sazişlərinin müddətlər üzrə bölgüsünə də təsirsiz ötüşməyib. Belə ki, kredit sazişinin bölgüsündə 10 ildən 20 ilə qədər olan dövrlərdə borcun həcmi faktiki xarici borcda xüsusi çəkisi 40,0 faizdən 51,2 faizə qədər yüksəlib.

Fiskal dayanıqlılığın təmin edilməsində əsas şərt olan borc dayanıqlılığını xarakterizə edən göstəricilərin təhlili göstərir ki, ümumilikdə, bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir. Prezident İlham Əliyevin xarici borcun azaldılması ilə bağlı verdiyi tapşırıqların icrası vəsaitlərin strukturunun iqtisadi artımın və sosial rifahın yüksəldilməsi istiqamətində dəyişməsinə gətirib çıxaracaq. (AZƏRTAC)


Oxunub: 326






SON XƏBƏRLƏR

2025-01-19

22:04 Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

Product image

21:40 BİR QƏRİNƏ, İKİ İL

Product image

14:07 Qərənfil

Product image

13:51 20 Yanvar faciəsi

Product image

13:23 2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri

Product image

13:14 18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

Product image

13:10 Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Product image

13:03 Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

Product image

13:00 Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Product image

12:44 Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:35 Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim