reklam
USD
2 ℃
EUR
BAKI

Ağdamı görmədən dünyasını dəyişən əzizlərimin əvəzindən də Ağdamı ziyarət etdim...

CANLI TV / 17.08.2022 02:08

Ağdamı görmədən dünyasını dəyişən əzizlərimin əvəzindən də Ağdamı ziyarət etdim...

 
   Ağdama gedirəm...Uşaqlıq xatirələrimin məskəni, ürəklərdə, xatirələrdə, şəkillərdə yaşatdığımız  allı-güllü, çal-cağırlı, cah-calallı Ağdama...
 Yol boyu gözüm dolub-boşalır. Ağdamlı günlərin xatirələri xəyalımdan keçir. Böyük, yaraşıqlı evlər, geniş küçələr,adət-ənənəsi, xeyir-şəri,mehriban qonşuları, gözəl havası,suyu,yamyaşıl ağacları, rəngbərəng gül-çiçəyi, dumduru sularını xatırlayıram...
 Düşüncələr məni çox uzaqlara aparır...
Böyük və yaraşıqlı, qonaqlı- qaralı evimiz, barlı-bərəkətli bağ-bağçamız, kölgəsində dincəlib, bol-bol meyvəsindən yeyib, budağından yelləncək acıb yelləndiyimiz  möhtəşəm tut ağacımızı xatırlayıram...Sanki yenidən uşaq olub o günlərə qayıdıram.Bütün ailəmiz  elə o tut ağacının altında bir süfrədə oturub.Musiqi sədası,şən zarafatlar, şıltaq uşaqların səs-küyü, samovardan armudu stəkana süzülən çayın səsi, təndir çörəyinin ətri belə gəlir.
 Ağdama yaxınlaşırıq.Çox həyəcanlıyam.Ekranda, şəkillərdə Ağdamın mənfur düşmənlər tərəfindən dağıdılmasını görsəm də, canlı gördüyüm mənzərə məni çox sarsıdır...
 O sızıltını,o sarsıntını,o göynərtini ifadə etmək mümkün deyil.
 O gözəl şəhərimizdən geriyə qalan yarıuçuq xarabalıqlar, kol-kos basmış küçələr...əyri-üyrü, paslanmış dəmir-dümürlər...
Çox ağır mənzərədir.
Mənə elə gəlir ki, torpaq uğrunda qan tökən,can  verən şəhidlərimizin ruhu da
 burada dolaşır,gəlib-gedəni qarşılayır.Allah şəhidlərimizə rəhmət eləsin.
Torpğa ayaq basmağa qorxuram.Hansısa nakam bir insanın ruhunu incitməkdən qorxuram...
 Sanki şəhər doğma sakinlərindən utanır, 
bütün qonaqpərvərliyini göstərmək üçün yenidən pöhrələyən yaşıl ağacları, ətrafa ətir saçan gül-çiçəyi, cəh-cəh vuran quşları,uçuşan kəpənəkləri ilə sevincini bildirməyə çalışır.Elə bil qulağıma Ağdamın səsi gəlir: "Qayıtmısınız,mənim balalarım"
 Ağdamın bir zamanlar qələbəlik olan mərkəzi küçələrini gəzirik.Məscidi,Şəhidlər xiyabanını ziyarət edib,şəhidlərimizə rəhmət oxuyuruq, bir vaxtlar çal-çağırlı,uzdihamlı İmarətə gedirik, Şahbulaq qalasına qalxırıq. Beləcə Ağdam küçələrində gəzirik.Ağdamın şirin suyundan içirik,ətirli çiçəklərindən toplayırıq.
 Ağdamı görmədən dünyasını dəyişən əzizlərimizin məzarına tökmək  üçün bir ovuc torpaq və su götürüb qayıtmağa hazırlaşırıq.
 Allaha şükür edirəm ki, bir-iki saat Ağdam torpağında gəzdim, saf havası ilə nəfəs aldım, gül-çiçəyini qoxlayıb, torpağına,ağaclarına sığal çəkə bildim.
 Ağdamı görmədən dünyasını dəyişən əzizlərimin də əvəzindən Ağdamı ziyarət edib,düşmənə lənət oxuyaraq geri dönürəm.Ürəyimdə bir yığın nisgil ,Ağdamı hər fürsətdə təkrar ziyarət etmək ümidi ilə geri dönürəm.
Nə doğma küçəmizi,nə doğulub boya-başa çatdığım evi, nə atamın məzarını görə bilmədim.İllərlə xəyalımda yaşatdığım o Ağdamı görə bilmədim.Anamın dünyasını dəyişənə qədər saxladığı cah-calallı, bağ -bağçalı evinin açarları qaldı bir xatirə kimi.
O açarlar ki bir də heç vaxt uşaqlıq xatirələrimlə dolu olan o möhtəşəm evin qapılarını açmayacaq...😒
Amma düşünürəm ki,kökü öz torpağımızda olan,hər şeyə rəğmən ,düşmənin acığına məhv olmayan, yenidən pöhrələyib yaşıllaşan o ağaclar kimi Ağdam da yenidən canlanacaq, gözəlləşəcək,yeni bir Ağdam qurulacaq, həyat davam edəcək. 🤲
Ağdam olacaq,yenidən qurulacaq,həyat əvvəlkindən də gözəl olacaq,amma o Ağdam bir daha olmayacaq...

Yeganə ƏLİYEVA,
"carciTV"


Oxunub: 970






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim