reklam
USD
9 ℃
EUR
BAKI

ŞƏRQİN LİDERİ

MÜSAHİBƏ / 29.04.2025 16:44

ŞƏRQİN LİDERİ 


"Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik". 
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. 


    Qüdrətli Azərbaycan dövlətinin tarixinin bütöv bir epoxası Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndərin qurduğu bu dövlət yaşadı və sürətlə inkişaf etdi. Ümummilli Liderin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil siyasət xalqımız və Vətənimiz üçün yeni-yeni uğurlar gətirdi. 
 Azərbaycan xalqı bu yolu davam etdirənləri, Heydər Əliyev kursuna sadiq və etibarlı insanları da yüksək qiymətləndirir. Prezident İlham Əliyevin komandasında Heydər Əliyev kursuna sadiqliyi ilə seçilənlər sırasında xalqımızın xüsusi rəğbət bəslədiyi Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi yeri olduğu danılmazdır. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, o cümlədən Qarabağ həqiqətlərinin dünya miqyasında təbliğ edilməsi və tanıdılmasında xüsusi xidmətləri vardır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri və "Baku” jurnalının baş redaktoru Leyla Əliyeva Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla, böyük tarixi bir missiyanı həyata keçirmişdir. 
 Ulu Öndər Heydər Əliyevin Ermənistanın təcavüzü ilə işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda başladığı fəaliyyəti uğurla davam etdirən və 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 30 il işğal altında qalan Qarabağ torpaqlarını azad etməklə həm ata vəsiyyətini, həm də Onun ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan xalqının müdrik və ədalətli seçimi bir daha sübut etdi ki, Sizin apardığınız daxili və xarici siyasətinizin nə qədər doğru və düşünülmüş olması, otuz il sonra bütöv Azərbaycanda tarixi və böyük bir xalq dəstəyi ilə qələbə çalmağınız dünyada yaşayan hər bir azərbaycanlını ürəkdən sevindirmişdir. 
 Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə və aqrar sahələrində də davamlı inkişaf müşahidə edilir. 
 Azərbaycan Respublikası Kənd Təssərüfat Nazirliyinin Baytarlıq Elmi Tədqiqat İnstitutu da ölkəmizdə baytarlığın aktual problemlərinin həllinə yönəldilmiş Elmi-Tədqiqat işləri aparır. Onların nəticələrinin təcrübədə tətbiqini təmin edir, kənd təsərrüfatı, ev və vəhşi heyvanların, quşların, balıq və arıların infeksion, invazion və yoluxmayan xəstəliklərin etiologiyasını öyrənir, xəstəliklərə qarşı elmi cəhətdən əsaslandırılmış yeni innovativ baytarlıq-sanitariya, müalicə-profilaktika tədbirləri işləyib hazırlayır və fermerlərə təqdim edir. Respublikamızda ölkə başçısının apardığı aqrar islahatlar kənd təsərrüfatı zəhmətkeşlərini işlərində yüksək nəticələr göstərməyə ruhlandırır. 
 Onu da qeyd etməliyəm ki, dövlətçilik tariximizin ən parlaq səhifəsi olan Zəfər salnaməsi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, müdrik siyasəti nəticəsində rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etməklə, Qarabağımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müharibə itkilərinin və pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə çevik sosial-iqtisadi siyasət həyata keçirilməklə yanaşı, ölkə səhiyyəsi öz dayanıqlılığını qoruyub saxlaya bilmişdir. Əminliklə deyə bilərəm ki, bundan sonra da bütün dünya azərbaycanlıları Sizinlə olacaq, rəhbərliyinizlə işğaldan azad olunmuş torpaqlarımızın hər qarşısında oranın əsl sahibləri olan azərbaycanlılar məskunlaşacaq və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil, gözəl olan Azərbaycanımızı daha da gözəlləşdirəcəksiniz. 
 Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, daha güclü Azərbaycan naminə görəcəyiniz işlərdə müvəffəqiyyətlər arzulayıram. Hörmət və ehtiramla: 

Sialə RÜSTƏMOVA, 
Azərbaycan Respublikası Baytarlıq Elmi-Tədqiqat İntitutunun direktoru, 
Baytarlıq üzrə fəlsəfə doktoru


Oxunub: 6






SON XƏBƏRLƏR

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim