reklam
USD
7 ℃
EUR
BAKI

Göyərçin sülh rəmzi kimi

NƏŞR / 29.04.2025 09:20

Sülh! Sülh - əmin-amanlıqdır, asayişdir! Sülh - bolluqdur, bərəkətdir, firavanlıqdır! Sülh - sevincdir, səadətdir, şadlıqdır, xoş əhvali-ruhiyyədir! Sülh - ağ göyərçinlərin mavi səmalarda uçuşu, körpələrin üzünün təbəssümü, uşaqların şaqraq gülüşləridir!
Bütün dünya xalqları sülh istəyir, göyərçini sülh rəmzi kimi qəbul edirlər. Həyatda ağ göyərçinin sülh rəmzi kimi qəbul edilməsi heç də təsadüfi deyildir. Bu barədə xalqımız arasında bir «Göyərçin əfsanəsi» vardır. Əfsanədə göstərilir ki, keçmiş zamanlarda Şərqdə iki qüdrətli şah bir-biri ilə düşmənçilik edirmiş. On beşillik əmin-amanlıqdan sonra onlar yenidən müharibə etməli olurlar. Vuruşmaya bir gün qalmış şahlardan biri anasından döyüş papağını gətirməyi xahiş edir. Ana gedir, lakin əliboş qayıdır və oğlundan da xahiş edir ki, papağa dəyməsin. Şah anasından səbəbini soruşduqda qadın deyir:
- Bala, sənin döyüş papağının içində indiyədək heç kimə ziyan vurmayan, dünyada ən dinc heyvan olan ağ göyərçin yuva qurub. özünün də iki ətcə balası var. Əgər bu günahsız balalara toxunsaq, ağ göyərçin bizdən küsüb gedər, yetim balaların ah-naləsi ölkəmizə dərd-bəla gətirər.
Bu sözləri eşidən şah papağa toxunmur, başıaçıq halda düşmən meydanına çıxır. Rəqib şah bunu gördükdə təəccüblənir və səbəbini soruşur. Dəbilqəsiz şah ona deyir:
- Mənim papağımda ağ göyərçin iki bala çıxarıb. Anam and verdi ki, balalara toxunmayım. Mən də onları narahat etməmək üçün papağa toxunmadım, ona görə də qarşına başıaçıq çıxdım.
Rəqib şah əvvəlcə buna inanmır, bunun əsl həqiqət olduğunu bildikdə isə öz rəqibinə barışıq, sülh təklif edir və beləliklə də qırğının, müharibənin qarşısı alınır. Həmin gündən də ağ göyərçin sülh rəmzi kimi, sülh quşu kimi tanınır.

Rahib KƏRİMBƏYLİ


Oxunub: 894






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim