Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib
CANLI TV / 28.04.2025 23:42

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib
Prezidentİlham Əliyevdedi:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfərin tarixi əhəmiyyəti olacaq. Biz bu gün Sizinlə məhdud tərkibdəki görüşdə bir çox məsələləri müzakirə etdik və görürük ki, əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək.
Son aylar ərzində bizim hökumətlərin üzvləri bir-biri ilə sıx təmasda olmuşlar, qarşılıqlı səfərlər etmişlər. Bir çox məsələlər həll olundu. Sizin səfərinizə hazırlıq məqsədilə bir çox məsələlər də müzakirə olundu.
Bu gün bir çox önəmli sənədlər imzalanacaq və veriləcək qərarlar iki qardaş xalqı bir-birinə daha yaxın edəcək. Bir daha sizi ürəkdən salamlayıram, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz uğurlu olacaq.
X X X
PrezidentMəsud Pezeşkiandedi:
-Bismillahir-rəhmanir-rəhim. Mərhəmətli və rəhmli Allahın adı ilə.
Mən əziz qardaşım Azərbaycanın hörmətli Prezidentini, burada olan əziz qonaqları və qardaşlarımızı yenidən salamlayıram. Çox şadam ki, Azərbaycandayam və sizin qarşınızdayam. Ümid edirəm ki, bizim burada iştirakımız, həmçinin daha əvvəl keçirilən iclaslarda mütəxəssislərimiz tərəfindən hazırlanan razılaşmalar və bundan sonra imzalanacaq sazişlər Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdə daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq. Ali Rəhbərin salamını Sizə çatdırmağı özümə borc bilirəm.
Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq.
X X X
Prezident İlham Əliyev İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə çatdırmağı xahiş etdi.




2025-04-29
09:20 Göyərçin sülh rəmzi kimi

2025-04-28
00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

2025-04-23
23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

2025-04-19
03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

2025-04-17
12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
