reklam
USD
21 ℃
EUR
BAKI

Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub

RƏSMİ / 11.11.2019 23:31
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub

Noyabrın 5-10-da Şanxayda Azərbaycanın da iştirakı ilə keçirilmiş II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 71,13 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.

carciTV xəbər verir ki, bu rəqəm ötənilki sərgi zamanı əldə olunmuş razılaşmaların ümumi məbləğindən 23 faiz çoxdur. Sərginin təşkilat komitəsindən verilən məlumata əsasən, 181 ölkə və regiondan ümumilikdə 3800-dən çox şirkətin məhsul və xidmətlərinin nümayiş etdirildiyi sərgini danışıqlar aparmaq üçün 7 mindən çox nümayəndə ziyarət edib. Ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgini təxminən 910 min nəfər ziyarət edib.
Qeyd edək ki, Azərbaycan bu il Çin Beynəlxalq İdxal Sərgisinin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunub. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda respublikamızın iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş edilib.
Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə 26 şirkətimiz "Made in Azerbaijan” brendi ilə istehsal etdikləri məhsulları, o cümlədən şərab və spirtli içkiləri, qənnadı məmulatlarını, meyvə şirələri və kompotları, quru meyvələri, mineral suları, konservləri yerli idxalçılara təqdim edib.
İkinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan məhsullarının, o cümlədən şərab və spirtli içkilərinin, nar şirələrinin Çinə ixracı ilə bağlı alqı-satqı və distribüterlik müqavilələri imzalanıb.
Bundan başqa, sərginin "Açıqlıq siyasəti, tənzimləmə və işgüzar mühit”, "Qlobal ticarət və beynəlxalq logistika”, "Bir kəmər, bir yol” eko-kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, "2-ci Çin sərgi sənayesi ticarəti” və digər paralel forumlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri müvafiq sahələr üzrə ölkəmizin potensialı, əldə olunan uğurlar və əməkdaşlıq imkanları barədə məlumat veriblər.


Oxunub: 314






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim