Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual
REPORTAJ / 08.04.2024 22:04
Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual
"SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov "Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual” haqqında yazır...
1.Şirkətin idarə olunmasında strategiyanın rolu (strateji yetkinlik səviyyəsi). Yəni idarəetmə (qərarlar, xərcləmələr, prioritetlər və s.) nə dərəcədə strategiyaya əsaslanır?
2.Şirkətdə korporativ mədəniyyətin formalaşma səviyyəsi. Şirkət dəyərləri müəyyən olunubmu? Bu dəyərlər idarəetmədə rəhbər götürülübmü?
3.Şirkət müasir trendlərlə, texnologiyalarla (digitallaşma və s.) nə dərəcədə ayaqlaşır? Ümumiyyətlə, şirkətin innovativliyi.
4.Şirkətdə ümumi iş mühiti, komanda ruhu. İş mühiti nə dərəcədə işçiləri həvəslə işləməyə təşviq edir və ya nə dərəcədə toksikdir?
5.İdarəçilərin səriştə və bacarıqları yerindədirmi?
6.Şirkətdə ümumi bacarıq-səriştə boşluqları, ümumi öyrənmə mühiti nə yerdədir?
7.İdarəetmənin planlama funksiyası necə işləyir? Planlama, planlı iş mədəniyyəti nə yerdədir?
8.BPM (biznes proses menecmenti). Biznes proseslər nə dərəcədə optimaldır?
9.Data menecement sistemi. Analitika və hesabatlığın səviyyəsi.
10.Şirkətin dəyişikliyə açıqlığı, çevikliyi və elastikliyi.
11.Şirkətdə icra mədəniyyətinin səviyyəsi. İcra mexanizmi effektivdirmi? "Deadline”lar (İşin təhvil verilməsi üçün təyin edilən son tarix) gözlənilirmi və s.
12.Şirkətdə performans mədəniyyəti/sistemi, nəticə-yönümlülük hansı dərəcədədir?
13.İşçilər şirkətin nə iş gördüyünü, vizyonunu, strategiyasını, məqsədini, missiyasını, planlarını nə dərəcədə anlayır?
14.Şirkətdə sistem düşüncəsi, sistem yanaşması nə dərəcədə oturuşub?
15.Maliyyə sisteminin və hesabatlığının vəziyyəti.
16.Müştəri-yönümlülük, müştəri-mərkəzli mədəniyyət hansı vəziyyətdədir?
17.Şirkətdə aydınlıq vəziyyəti. Aydın struktur, aydın iş bölgüsü, aydın qərarvermə mexanizmi və s.
18.Şirkətin fərqindəlik səviyyəsi. Bazardakı mövqeyi, zəif cəhətləri, rəqibləri, imkanlar, təhlükələr və s. barədə fərqindəlik varmı?
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
01:35 Prezidentin Mətbuat Xidmətinin məlumatı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
