Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR
CANLI TV / 08.04.2024 23:05
Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR
Azərbaycan bələdiyyələri ötən il büdcə gəlirlərini nəzərəçarpacaq dərəcədə artırıblar.
"carciTV" xəbər verir ki, 2023-cü ildə yerli özünüidarəetmə orqanlarının büdcələrinin gəliri 15,1 faiz artıb. Bir il əvvəl 47,4 milyon manat gəliri olan bələdiyyələr ötən il gəlirini 54,5 milyon manata çatdırıb.
Bələdiyyələrin gəlirlərində artım daha çox vergi olmayan gəlirlərdə müşahidə edilib. Amma vergilər üzrə yığılan vəsaitin həcmində də böyük artım var.
Vergi olmayan gəlirlər il ərzində 18,5 faiz artaraq 31,85 milyon manata çatıb və ümumi gəlirlərin 58,4 faizini təşkil edib.
Bu qrup gəlirlər arasında ən çox gəlir bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən əldə olunub. Adıçəkilən istiqamət üzrə gəlirlərin həcmi 19,7 milyon manat olmaqla il ərzində 18 faizdən çox artıb. Əmlakının özgəninkiləşdirilməsindən bələdiyyələr 11,5 milyon manat (26 faiz artım), əmlakın icarəyə və istifadəyə verilməsindən isə 8,2 milyon manat (9,1 faiz artım) gəlirə sahib olublar.
Vergi olmayan gəlirlərin içərisində ikinci ən böyük paya Azərbaycanın dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar sahibdir. Bu mənbə üzrə bələdiyyələrin 6,69 milyon manat gəliri olub.
Bələdiyyələr ötən il 22,65 milyon manat həcmində vergi də toplayıblar. Son bir ildə toplanan vergilərin həcmi 10,5 faiz artıb.
Yerli özünüidarəetmə orqanları fiziki şəxslərdən 15,25 milyon manat həcmində əmlak vergisi, 7,4 milyon manat həcmində topaq vergisi toplayıblar.
Bələdiyyələr arasında ən böyük gəlirə Bakı bələdiyyələri malikdir. Paytaxtda fəaliyyət göstərən 53 bələdiyyənin ümumi gəliri 16,57 milyon manat olub. Bir il ərzində Bakı bələdiyyələri gəlirini 15,5 faiz artırıb.
Azərbaycanda ikinci ən çox gəliri Abşeron bələdiyyələri qazanıb. Onların ümumi gəliri 3,65 milyon manat olub. Rayonun 15 bələdiyyəsi gəlirini ümumilikdə 33,6 faiz artırıb.
Şəki bələdiyyələri gəlirinə görə üçüncü sırada dayanır. Şəkidə olan 40 bələdiyyə 1,613 milyon manat (16,6 faiz artım) gəlirə sahib olub.
Sumqayıt bələdiyyələri dördüncü sırada olmaqla 1,61 milyon manat mədaxil əldə ediblər. Şəhərin 3 bələdiyyəsi büdcə gəlirini 14,2 faiz artıra bilib.
Gəncə bələdiyyələrinin də gəliri çoxdur. Şəhərdə fəaliyyət göstərən 3 bələdiyyə il ərzində 1,58 milyon manat gəlir əldə edibki, bu da 21 faiz artım deməkdir.
2025-11-03
01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində
01:14 TƏMƏNNA
00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
