Ermənistanda Bakı təyyarəsinin "qəribə" qəzası
CANLI TV / 09.12.2018 20:11
Ermənistanda Bakı təyyarəsinin "qəribə" qəzası
Düz 30 il əvvəl, 1988-ci il dekabrın 7-də Ermənistanda 25 min nəfərin həyatına son qoyan dağıdıcı zəlzələ baş verib. Zəlzələnin episentri Spitak şəhəri yaxınlığında olub. Faciə talan və qətllərlə müşaiyət olunan Azərbaycan əhalisinin Ermənistandan sürgün edilməsi fonunda baş verib. Amma hətta buna baxmayaraq, Azərinform-un məlumatına görə, dekabrın 9-na olan məlumata görə Azərbaycanın "əmək kollektivlərindən və ayrı-ayrı vətəndaşlardan" zəlzələdən zərər çəkənlər üçün "50 min rubldan çox pul köçürülüb".
***
Bununla belə, həmin faciəvi günlərdə Ermənistan ərazisində iki hava gəmisi qəzaya uğrayıb. Onlardan birində ermənilərə yardım etmək üçün gedən insanlar; digərində fəlakət zonasında sağ qalan sakinlər üçün nəzərdə tutulmuş humanitar yük var idi. Bu təyyarələr nə təyyarəsi idi və məhz onların qəzaya uğramasını nə dərəcədə təsadüfi hesab etmək olar?
Turan İnformasiya Agentliyi bu sualla Ermənistan-Azərbaycan qarşıdurması ilə bağlı araşdırmalarında tarixin indiyədək bir çox insanlar üçün naməlum qalan bu səhifəsinə də toxunan Azərbaycan tarixçisi, publisist Teymur Atayevə müraciət edib.
- Teymur bəy, sovet hərbiçisi Viktor Nikolayevin xatirələrinə görə, zəlzələdən sonra ilk günlərdə "Rusiyanın İl-76 təyyarəsi sıx dumanla əlaqədar iyirmi saniyə əvvəl trayektoriyaya uyğun olmadan enişə keçərək, Ararata çırpılıb". Onun sözlərinə görə, göyərtədə 44 axtarış mütəxəssisi və humanitar yük var idi. Həmçinin V.Nikolayev Yuqoslaviyaya məxsus An-12 təyyarəsinin "Yerevan aeroportuna enişə keçərkən" qəzaya uğradığı haqqında məlumatları paylaşır. Siz bu faktlar haqqında nə danışa bilərsiniz?
- İlk növbədə qeyd edim ki, rəsmi məlumatlara əsasən, Azərbaycan sakinlərinin zəlzələ bölgəsində yaşayan ermənilərə böyük maddi yardım göstərməsindən əlavə, təbii fəlakətdən sonrakı ilk üç gündə Azərbaycan SSR-in "Dövlət Neft Məhsulları Komitəsi"nin xətti ilə Ermənistana 25 min tondan çox yanacaq, 880 ton qatı və maye bitum, 40 min tona yaxın mazut, 330 min ton sürtgü yağı", 120-dən çox böyük yük maşını və xüsusi maşın, 46 avtokran, habelə buldozerlər və ekskavatorlar göndərilib.
Qəzaya uğrayan təyyarələrə gəlincə, əksər hallarda onlardan birinin marşrut istiqaməti qeyd edilmir, ikincisininki isə yarımçıq verilir. Elementar olaraq, 1988-ci ildə Ermənistana inşaat texnikası göndərilməsinin təşkili ilə məşğul olan SSRİ Dövlət İnşaat Komitəsinin xalq təsərrüfatı kompleksləri baş idarəsinin rəis müavini İvan Suxomlin belə yalnız zəlzələnin "üçüncü və ya dördüncü" günü "iki qəzanın baş verdiyini" qeyd etməklə kifayətlənib: "Yuqoslaviyaya məxsus teyyarə qəzaya uğrayıb və bir İl-76 düşüb". Maraqlı bir nəticə çıxır: Yuqoslaviya "izi" açıq-aydın görünsə də, İl-76 ilə bağlı suallar qalır, özü də 1988-2001-ci illər ərzində bu markalı təyyarələrin qəzaları haqqında arayışda konkret məlumat verilir: "11 dekabr 1988-ci il tarixində Leninakana yaxınlaşarkən sovet HHQ-nin hərbi-nəqliyyat aviasiyasına məxsus İl-76MD təyyarəsi qəzaya uğrayıb".
- Həqiqətən, "sovet təyyarəsi" tərifi 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ ilə bağlı, yumşaq desək, qəribə səslənir. Ermənistan SSR Sovet İttifaqının tərkibinə daxil olan respublika idi. Göründüyü qədər, üstüörtülü söylənən sözlərin səbəbləri var idi?
- Əlbəttə, belədir. SSRİ və Rusiyada hərbi aviasiyasının aviasiya hadisələri, insidentləri və aviaqəzaları ilə bağlı məlumat verən İnternet portalı bu hava gəmisinin uçuş məntəqəsi və marşrutunun başlanğıc nöqtəsi kimi Bakını göstərir. Və hətta bu reyslə "Ermənistanda zəlzələdən sonra dağıntıların təmizlənməsi işlərində iştirak üçün ehtiyatdan çağırılmış hərbi qulluqçuların" daşındığını qeyd edir. Amma sənəddə bu şəxslərin kim və haralı olduğu açıqlanmır, yalnız 77 nəfərin (9 ekipaj üzvü və 68 hərbi qulluqçu) həlak olduğunu və bir nəfərin sağ qaldığını bildirir. Qeyd edilir ki, sonuncu "yük avtomobilinin gövdəsində olub, ağır xəsarətlər alıb".
Məlumatın gizlədilməsinin səbəbi isə təyyarədə zəlzələ nəticəsində xəsarət almış ermənilərin yardımına gedən Azərbaycan SSR sakinlərinin olmasıdır. BBC-nin Rusiya xidmətinin saytında da bu qeyd edilir: Azərbaycanın mülki müdafiə döyüşçüləri fəlakətə məruz qalan Ermənistana göndərilmişdi".
- İnternetdə bu təfərrüatı təsdiq edən Azərbayan mənbəyi olmayan məlumat var?
- Düz 10 il əvvəl SSRİ müdafiə Nazirliyinin Strateji Cənub İstiqamətli hava hücumundan müdafiə (HHM) qoşunlarının o vaxtki komandanı Petr Polyax Ukrayna mətbuatı ilə xatirələrini bölüşüb. O, həmin vaxt 6-cı mülki müdafiə alayının "ehtiyatdan çağırılmış insanları daha sonra dağıntıları təmizləmək üçün Leninakana göndərmək" məqsədilə Bakıda yerləşməsindən danışıb. Tuladan uçan İl-76-ya "70 təhkim olunmuş əsgər (bir bölük) və döşək, yorğanla dolu iki KamAZ yüklənib. Müddətli xidmətdə olan bir əsgər özünü bütün skamyalar dolduqdan sonra çatdırdı və yük maşınının gövdəsində döşəklərin üstündə oturdu".
P.Polyaxın sözlərinə görə, Leninakan yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə "dəhşətli mənzərə var idi: tüstü çıxan parçalar arasında kömürə dönmüş insan cəsədləri". Həlak olan 9 ekipaj üzvünün qalıqları "aviasiya geyimlərindən" tapılmışdı. "69 sərnişinə" gəlincə, P.Polyaxın məlumatı onların dini kimliyinə bir qədər işıq salır. "Adətən müsəlman öldüyü gün dəfn olunmalıdır, - deyir, - qohumları yaxınlarının cəsədlərini tələb edirdilər". Bu şəraitdə "identifikasiya üçün vaxt yox idi" və "kömürləşmiş cəsəd parçası bir nəfər hesab olunurdu". Bu yolla 69 tabutu "tamamladılar" və "Bakıya göndərdilər". Onların hər birinə "rəsmi geyim qoydular, üstünə soyadları yazdılar". Yeganə sağ qalan məcburi olaraq KamAZ-ın gövdəsində yer tutan sərnişin oldu. "Zərbə nəticəsində o, döşəklə birlikdə uçub və onurğasını qıraraq" şikəst qalıb.
- Sağ qalan şəxsin adı məlumdur - Fəxrəddin Balayev.
- Bəli. Spitakda zəlzələdən dərhal sonra Azərbaycan sakinlərinin "Biləcəridə (Bakının çağırış məntəqəsi yerləşən rayonu) həmin vaxt icbari şəkildə yığıldığını və Ermənistana göndərildiklərinin elan edildiyini" məhz o danışıb. Həmin vaxtki şəhər komendantı (Bakı komendant saatı şəraitində yaşayırdı) M.Tyaqunov "köhnə inciklikləri unutmağa və beynəlmiləl borclarını yerinə yetirməyə" çağıraraq, əks halda "hərbi tribunal" vəd edib. "Ehtiyatların" tərkibində azərbaycanlılar, ləzgilər, ruslar, yəhudilər və erməni var idi.
- 1988-ci ilin dekabrında Ermənistan ərazisində digər təyyarənin qəzasına gəlincə (ayın 12-də), məlum olduğu qədər, bu məsələnin tarixində ilk dəfə olaraq məhz Siz vəziyyətə "coğrafi mənşəyi" cəhətdən daha müfəssəl şəkildə baxmağa cəhd etmisiniz.
- Bilirsiniz, bu təyyarənin qəzası uzun illər məni narahat edirdi, belə ki, bir təfərrüat yaddaşımda aydın şəkildə həkk olunmuşdu. Bu təyyarənin qəzaya uğraması haqqında ilk məlumat mərkəzi sovet TV-də gündüz vaxtı, "Novosti"nin zəlzələ bölgəsindəki hadisələrə həsr olunmuş xüsusi buraxılışında səslənib. Diktorun oxuduğu mətndə humanitar yüklə Türkiyədən fəlakət zonasına gedən təyyarənin qəzaya uğradığı deyilirdi. Amma "Vremya" gündəlik xəbər verilişinin axşam buraxılışında diktorlar bu hava gəmisinin qəzası haqqında mətni oxuyarkən onu artıq Türkiyə deyil, Yuqoslaviyaya məxsus təyyarə kimi təqdim edirdilər. Növbəti gün mən, demək olar ki, bütün sovet mətbuatını gözdən keçirdim, amma bu təyyarənin türk izi tamamilə yoxa çıxmışdı. Yalnız təsadüfən o gün gündüz televizorun qarşısında olan bir neçə insan Türkiyədən gələn təyyarənin qəzaya uğradığını eşitdiklərini təsdiq edib.
- Faciənin baş verməsindən 15 il sonra bu məsələ ilə bağlı nə axtarıb tapa bilmisiniz?
- İlk olaraq, qəzadan sonra isti-isti həmin vaxt təyyarənin qəzasının araşdırılması üzrə komissiyaya rəhbərlik edən SSRİ hökuməti nəzdində hava gəmilərinin təhlükəsiz uçuşuna nəzarət üzrə Dövlət Komissiyasının sədr müavini Rudolf Ambartsumoviç Teymurazovun ağzından çıxan müəyyən təfsilat çox maraqlı oldu. Skoplen-Yerevan marşrutu ilə" hərəkət edən (söhbət açıq-aşkar Yuqoslaviyanın tərkibinə daxil olan Makedoniyanın paytaxtı Skopledən, bugünki Skopyedən gedir) reysin faciəsi haqqında məlumat verən Teymurazov əsaslı surətdə ictimaiyyətin diqqətini təyyarənin "hava yolunun Bolqarıstan və Türkiyədən" keçməsinə baxmayaraq, "aradakı aeroportlara eniş həyata keçirilməməsinə" cəlb edib.
Bir qədər qəribədir, deyilmi? Qəzanın araşdırılması üzrə komissiyanın rəhbəri niyə birdən-birə xüsusi diqqəti Sovet və dünya ictimaiyyətini maraqlandırmamalı olan məqama - aradakı aeroporta eniş həyata keçirilib-keçirilmədiyinə çəkir? Amma bu cür müfəssəllik son dərəcə vacib idi, istənilən halda, həmin an üçün. Axı kifayət qədər uğursuz mənzərə üzə çıxırdı: Türkiyədən gələn reysin Yerevana uçması haqqında məlumat təsdiq edilərsə, belə çıxırdı ki, həmin günlər bütün dünyadan Ermənistana gedən yüzlərlə təyyarədən yalnız ikisi - Bakı və Türkiyə təyyarəsi qəzaya uğrayıb.
Beləliklə, Skople-Yerevan reysinin həqiqətən Türkiyəyə eniş etdiyini müəyyən etmək mümkün olub. Belə ki, flightglobal.com saytının "Aviasiya tarixi" bölməsində yerləşdirilmiş Britaniyanın Flight International həftəlik aviakosmik jurnalının 1988-ci il dekabr tarixli (24/31 December 1988) məqaləsində An-12 təyyarəsinin dekabrın 11-də Skopyedən Ankara istiqamətində uçduğu qeyd edilir (orijinalı: "The An-12 had departed Skopje on December 11 and routed via Ankara").
Öz növbəsində, "Aviasiya təhlükəsizliyi şəbəkəsi" ("Аviation Safety Network") qeyd edir ki, Yuqoslaviyaya məxsus An-12 (Ю-AİD) təyyarəsinin 1988-ci il dekabrın 12-də həyata keçirdiyi reys "Ermənistana 7 dekabr 1988-ci il zəlzələsindən sonra hava yolu ilə yardım göstərilməsi" əməliyyatının bir hissəsi idi (orijinalı: "Yugoslavian Antonov 12 YU-AID was part of an air relief operation following an earthquake in Armenia on Dec. 7, 1988"). Bunun ardınca saytın təqdim etdiyi təyyarənin "qəzasının təsvirində" belə konkretləşdirilir: "Uçuş aeroportu: Ankara (naməlum aeroport), Türkiyə" (orijinalı: Departure airport: Ankara (unknown airport) Turkey); "Təiynat aeroportu: Yerevan Aeroport (EVN / UDYZ), Ermənistan" (orijinalı: "Destination airport: Yerevan Airport (EVN/UDYZ), Armenia").
Ola bilər ki, Yuqoslaviyanın hava gəmisinin Ankarada aralıq enişi (Yerevandan əvvəl) məcburi idi (bu və ya digər səbəbdən), amma fakt fakt olaraq qalır: bu təyyarə Ermənistana Ankara-Yerevan reysi olaraq uçurdu. Ermənistan dispetçerləri tərəfindən də bu, belə qəbul edilib. Həmin günlər Ermənistan aeroportları böyük yüklə işləyirdi. Yalnız dekabrın 13-də Yerevanın "Zvartnots" aeroportuna SSRİ respublikalarından 103 təyyarə və "digər ölkələrdən 11 böyük yük təyyarələri" gəlib. Ermənistan SSR-in Nazirlər Şurasının o vaxtki sədr müavini Y.Xocamiryan qeyd edirdi ki, "sərnişin təyyarələrini saymasaq, nəqliyyat təyyarələri 12 dəqiqədə bir gəlir".
Bununla da, həmin günlər Ermənistan dispetçerlərinin işlə yüklənməsini nəzərə alsaq, onların Türkiyədə aralıq dayanacaqdan sonra Ermənistana uçan Yuqoslaviya təyyarəsini Ankara-Yerevan reysi, Türkiyə təyyarəsi kimi qəbul etməsində təəcüblü heç nə yoxdur.
- Bu, əlbəttə ki, bir çox fikirlər yaradan şok edici məlumatdır. Amma hər iki qəzanı araşdıran komissiyaların rəyləri necə oldu?
- Bakı reysinin qəzasının rəsmi səbəbi kimi "ekipajın səhvən barometrik hündürlükölçənlərdə eniş aerodromunun təzyiqini 100 mm civə sütunu olaraq müəyyən etməsi" göstərilib, "bu, uçuş yüksəkliyi göstəricilərinin 1100 m-ə qədər artırılmasına və gecə bu yüksəkliyə endikdə dağın yamacı ilə toqquşmaya gətirib çıxarıb".
Yuqoslaviya təyyarəsinin qəzası aspektində də belə olub: təqsirkar olaraq, R.Teymurazovun sözlərinə görə, "göstəricilərin heç birində aerodromun atmosfer təzyiqinin" lazımi qiymətini müəyyən etməyən" pilotlar müəyyən edilib, bu səbəbdən "cihazlarda yüksəklik 800 metrdən çox artıq olub, bu da həlledici rol oynayıb".
Biz də əlavə edək ki, Ermənistanda həlak olan Yuqoslaviya pilotlarının xatirəsi əbədiləşdirilibsə (təyyarənin düşdüyü yerdə abidə ucaldılıb), Bakıdan fəlakət zonasına gedən İl-76-nın ekipajı və heyəti ilə bağlı belə bir şey edilməyib. Yalnız Qazaxıstanlı gözəl yazıçı-ədəbiyyatşünas Oljas Süleymanov SSRİ Xalq Deputatlarının Birinci Qurultayındakı (1989-cu il) çıxışında deputatlara "Bakıdan gələn, zəlzələdən zərər çəkənlərin yardımına gedən, fəlakətdə olan qonşuların köməyinə çağırılmış 50 Azərbaycan hərbiçisini aparan təyyarənin qəzasını" xatırladıb. "Bu uşaqlar dostluğun bərpa edilməsi işinə töhfə vermək istəyiblər və verə biləcəkləri hər şeyi - öz həyatlarını qurban veriblər. Amma onların abidəsi yoxdur, adları mətbuatda çəkilməyib, onların taleyindən yalnız anaları xəbərdardır", deyə O.Süleymanov bildirib.
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
21:42 Sınıq qabın hekayəsi
2024-12-16
01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim