Zirə bələdiyyəsi 130 aztəminatlı ailəyə “Qurban payı” paylayıb

XƏBƏR / 05.08.2020 01:11
Zirə bələdiyyəsi 130 aztəminatlı ailəyə "Qurban payı” paylayıb



carciTV xəbər verir ki, Xəzər rayonu Zirə bələdiyyəsinin yaydığı məlumata görə, Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü  və  bələdiyyə iclasının qərarıyla rayon bələdiyyəsi avqust ayının 2-sində 130 şəhid, əlil, imkansız rayon sakininə "Qurban payı” paylayıb.

Bununla yanaşı bələdiyyə hərəkət məhdudiyyəti olan, habelə yaşlı ahıl insanlara "Qurban” payını evlərinə çatdırıblar.

Bələdiyyədən verilən məlumata görə, bələdiyyə bütün bayramlarda bələdiyyəninin inzibati ərazisində qeydə alınan aztəminatlı ailələrə diqqətdə saxlayır.

***

Xəzər rayonu Zirə bələdiyyəsi haqqında MƏLUMAT

Zirə qəsəbəsi Bakı şəhərinin 45-46 kilometr şərqində, Abşeron yarımadasının Pirallahı adasına yaxın hissəsində yerləşir. Zirə qəsəbəsi üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə edilmişdir. Dənizə ən yaxın hissəsi cənubda, Şah dili zolağı tərəfdədir. Tarix boyu Zirə kəndi Abşeronda ən böyük örüşü olan kənd olub. Kənd ötən əsrin əllinci illərindən etibarən qəsəbə statusu almışdır. Tarixən Zirənin torpaqları Qala və Türkan kəndləriylə həmsərhədd olmuşdur. Sovet hakimiyyətindən əvvəl nayihə mərkəzi Suraxanıda olduğu vaxt, Zirənin şimal tərəfinə, indi Port-Abşeron, əhali arasında isə sadəcə Port adlanan əraziyə yaxın torpaqlara suraxanılılar köçürülmüşdür. Onlar həmin ərazidə «Qışlaq» kəndini salıb məskunlaşmış, eyni zamanda «Xaşaxana» adlanan yaşayış məskənini də salmışlar.

    XX əsrin əllinci illərində Zirə ətrafındakı Fermanın ərazisinə Şamaxının Cəbirli kəndinin əhalisinin bir qismi köçürülmüş və orada «Cəbirli» adlı kiçik bir kənd əmələ gəlmişdi.
     Zirədən şimalda, Abşeron mayakına yaxın ərazidən Pirallahı ( o vaxtkı Artyom) adasına yol salınmasıyla əlaqədar həmin sahədə Damba adlı qəsəbə salınmış, adada neft hasilatının artmasıyla əlaqədar həmin qəsəbə də böyümüş, sonradan «Gürgan» qəsəbəsi adlandırılmışdır.
    Zirə qəsəbəsinin əhalisi əvvəllər az olmuş, əhalinin bir hissəsi mütəmadi olaraq Pirallahı və Ciloy adalarında da yaşamışdır. Böyük Vətən müharibəsindən sonra Zirədə komunal xidmətlər sektoru yaradıldıqdan sonra adalara köçən əhali yenidən geri qayıtmışdır. Hal-hazırda Zirənin əhalisi Qışlaq və Cəbirli yaşayış məskənləriylə birlikdə 14 min nəfərə yaxındır. Qəsəbənin özündə isə 12 minə yaxın əhali yaşayır.

    Zirə kəndinin adının haradan yaranmasıyla bağlı müxtəlif versiyalar vardır. Bəzi etnoqraflar burada tarix boyu Cirə (Zirə) bitkisinin yaxşı becərildiyinə görə, kəndə də Zirə deyildiyi fikrini irəli sürür. Bəzi alimlər isə, yüksəkliyin arzasında yerləşdiyinə görə bu kəndin adının ərəbcə Zir (ərəb əlifbasında hərflərin aşağısına qoyulan və «i» səsini ifadə edən işarə) sözündən əmələ gəldiyini və «aşağı yer», «aşağıda olan yer» anlamını verdiyi fikrinin üstündə dayanır. Bundan başqa Zirə sözünün yenə ərəb mənşəli «Jəzirə» ( Ada) məfhumundan əmələ gəlməsi versiyası da mövcuddur. Xatırladaq ki, Abşeron yarımadası ətrafındakı adaların çoxu yaxın illərədək ərəb mənşəli Jəzirə sözüylə adlanırdılar. ( Nargin, Pesçannı, Bulla - Daş zirə, Böyük zirə, Xərə zirə və s.)

    Bəzi alimlər isə Zirə toponiminin ərəbcə «Ziraət» (əkinçilik) sözündən də əmələ gələ bilməsi fikrini irəli sürmüşdür. Həqiqətən də Zirə kəndlinin örüşü çox geniş olub, kənd ətrafında əkinçiliyə yararlı torpaqlar çox olub. Kəndin yaxınlığındakı qədim insan məskənlərini nəzərə almasaq, Müasir Zirə kəndinin təxminən 350-400 il tarixi vardır. Bu məlumatı kəndin köhnə qəbristanlığındakı Pirin daşlarının üzərindəki yazılardan da oxumaq olar. Kəndin cənub-şərq tərəfində «Qubələ» adlı yaşayış məskəninin olduğu da alimlər tərəfindən təsdiqlənmişdir. Ötən əsrin əllinci illərində əhaliyə torpaq sahələri veriləndən sonra, aparılan tikintilər zamanı bu yaşayış məskəninin xarabalıqları və qəbristanlığı üzə çıxmışdır.

    «Qubələ» yaşayış məskəninin tarixi isə eramızdan əvvəllərə qədər gedib çıxır. Qubələ ərazisindən tapılmış qədim xristian heykəli də bunu təsdiq edir.
    Boynundan xaç asılmış və bərk daşdan yonulmuş bu qadın heykəli hal hazırda kəndin 241-saylı orta məktəbinin nəzdindəki Tarix Diyarşünaslıq mzeyində saxlanılır.
    Bu tapıntı Qubələnin tarixini İslamdan əvvələ, miladın ilk yüzilliklərində Azərbaycan ərazisində Xristian Albaniyasının mövcud olduğu dövrlərə aparıb çıxarır.

    XV əsrdən başlayaraq müxtəlif yerlərdən bu ərazidlərə köç başlamış, əhali Qubələnin şimal tərəfində məskunlaşmağa başlamış və beləliklə Zirə kəndi əmələ gəlmişdir. Zirənin şərq tərəfində quyular qazılmış, və çox təmiz şirin su çıxdığına görə burada Naxır bulağı əmələ gəlmişdir. Ötən əsrin ortalarına qədər əhali bu bulaqdan istifadə edirdi.
    Tarixən Zirə kəndində bir neçə nəsil məskunlaşmışdır ki, bunlar sonradan Qubələnin qədim əhalisi ilə qaynayıb qarışmışlar. Bu tayfalardan ən qədimləri Kərimlilər (onlara Kərimbabəndunlar da deyirlər) və Əbəslər, daha sonra məskunlaşanlar isə Məmmədkərim övladları, Zinglər və ya Zinganilər və Dağlılardır. (Bura həm Xızı, həm də Ləzgi dağlıları daxildir.) Bu tayfaların çoxu əvvəllər heyvandarlıq, və balıqçılıqla, son yüzillikdə isə əkinçiliklə məşğul olmuşlar.     Dağlıların Zirəyə köçməsi təxminən 300-350 il keçmişə təsadüf edir. Kəndə həmin zonadan Ən əvvəl Xızı dağlıları, Bərməkilər, daha sonra isə İsmayili dağlıları köçmüşlər. Ləzgi dağlılarının Zirəyə köçməsi tarixçəsi isə Dağıstanda Şeyx Şamil hərəkatıyla bağlıdır. XIX əsrin ortalarında Şeyx Şamilin qiyamı yatırıldıqdan sonra, onun dəstələrində vuruşan ləzgilər də, Çar reciminin təqiblərindən yaxa qurtarmaq üçün Zaqafqaziyanın müxtəlif bölgələrinə üz tutmuşlar və bu ləzgi tayfalarından biri də quberniyanın ucqar kəndlərindən olan Zirəyə sığınmışlar.

    Zirəyə «Kərbəlayi Orucqulu nəsli» adlanan bir tayfa da Buzovna kəndindən gəlmişdi. Onlara kənd içində «Çaran» da deyirdilər. Adı çəkilənlərdən başqa Zirədə başqa nəsillər də vardır ki, onların da böyük hissəsi haqqında danışılan tayfalardan törəmədir.
    Toponimlər
    Zirə ətrafındakı bir çox toponim adlar müasir dövrümüzə qədər qalmaqdadır. Bunlardan Varkən, Gürganı, Çalaxanı, Köhnə Qışlaq, Sibir üstü, Şaban, Tərgülə və s. misal göstərmək olar.
    Varkən ( külək döyən yer) Zirə qəsəbəsinin cənub-şərqində yerləşən əraziyə deyilir. 60-70 il əvvələ qədər burada bağlar vardı. Bəzi alimlərin fikrincə, Varkən qədim dövrlərdə çox böyük bir qəsəbə olmuşdur. Məlumdur ki, Antik mənbələrdə Xəzər dənizinin bir adı da Varkan dənizi olub və dənizin sahillərində çox güclü, döyüşkən Varkan tayfalarının yaşadığı barədə məlumatlar da var. Mümkündür ki Zirə yaxınlığındakı Varkən ərazisində də islamdan əvvəlki dövrlərdə Varkan tayfalarının hansısa bir qolu məskunlaşmışdır.

    Gürganı - Zirə kəndinin şərqində, Damba ilə Şah dili arasındakı sahil zolağı belə adlanır. Hal hazırda isə keçmiş Damba qəsəbəsinə Gürgan adı verilmişdir.
    Gürgan toponiminin iki açıqlaması var Türkcə mənası «Qoruq yer», farsca isə «Qurd, canavar» deməkdir. Məlumdur ki, Xəzər dənizinin cənub şərqində, Türküstan ərazisində Gürgan adlı böyük bir şəhər olmuşdur. Məşhur «Vis və Ramin» poemasının müəllifi Fəxrəddin Gürgani də bu şəhərdən çıxmışdır. Bəzi alimlərin fikrincə Abşeronun ən şərq hissəsində yerləşən Gürgan da qədimdə böyük bir liman şəhəri olmuşdur. Lakin bu yerdə böyük bir şəhərin olması fikri inandırıcı görünmür. Çünki Gürgan məntəqəsi dənizə çox yaxındır, cəmi bir metr qazdıqda yerdən su cıxır. Dənizin səviyyəsi azacıq qalxanda ərazi su altında qala bilər. Belə yerdə böyük şəhərin salınması mümkünsüzdür. Məncə, qədim dövrlərdə burada Xəzər boyu üzən ticarət gəmilərinə qulluq etməkçün, yüklərini boşaltmaqçün istifadə edilən kiçik bir liman məntəqəsinin olması versiyası daha ağlabatandır.
    Son dövrlərdə Gürgan ərazisində əncir bağları salınmışdı.
    Çalaxana. Bu toponim Zirənin 2 km şərqindəki bağlıq sahəyə aid edilir.
    Toponimin əvvəlindəki «çala» sözü, bu sahənin iki yüksəklik arasındakı çökəklikdə, şoranlıq sahələrin arasında yerləşməsiylə əlaqədardır.
    Bəzi alimlərin fikrincə, Çalaxana ərazisində də qədim yaşayış məskəni olmuş, burada balıqçılıqla məşğul olan tayfalar yaşamışdır. Bu fikrin formalaşmasına səbəb, Çalaxana ərazisində aparılan qazıntılar zamanı torpağın altından qədim keramik əşayaların çoxsaylı qalıqlarının tapılması faktı olub.
    Sibir üstü - Bu toponim Zirə kəndinin cənub-qərbində, Şaban bağlarıyla həmsərhədd olan yüksəklikdəki əraziyə aid edilir. Bu ərazinin «Sibir üstü» adlandırılmasının da məxsusi səbəbi vardır. Zirə kəndi üç tərəfdən dənizlə əhatə olunduğuna görə həm Şmaldan, həm də cənubdan dənizdən əsən küləklər kəndin havasını təzələyir. Lakin məhz bu ərazidə atmosfer axınlarının və Xəzriylə Gilavarın kəsişməsi nəticəsində, həmişə rütubətli dəniz havası və kəndə nisbətən soyuq tempratur müşahidə olunur. Məhz buna görə də kənd əhalisi bu yerləri «Sibir üstü» adlandırıb.
    Şaban - Bu toponim Zirə kəndinin cənub qərbində, dənizə yaxın əraziyə deyilir. Bu sahədə qədimdən bəri bağlar olmuşdur. «Şaban» toponimii isə buradakı bağlarda yüksək keyfiyyətli , çox şirin qara şanı (Şabranı) üzümünün yetişməsiylə əlaqədardır. Başqa sözlə desək, «Şaban» kəlməsi «Şabranı» sözünün təhrif olunmuş formasıdır.
     Şaban bağlarında daha çox şəhərdən və ətraf qəsəbələrdən gələn əhalinin bağları olardı. Məşhur ədəbiyyatşünas, əslən sabunçulu Əli Fəhminin və tanınmış tarzən Bəhram Mənsurovun ata-babalarının bağları da burada olub, hər yay buraya köçüblər.
     Bəzi qədim mənbələrə görə, orta əsrlərdə Şirvanşahların və Bakı xanlarının da bağları məhz bu ərazidə olubmuş.
     Köhnə Qışlaq Zirənin şimal-şərqində, Gürgana yaxın ərazidə yerləşən Köhnə qışlaq ərazisi Zirəlilərin əsas bağ sahələri olmuşdur. Çox münbit, üzümçülük, bağçılıq üçün yararlı torpağı var..
     On doqquzuncu əsrin sonunda bu sahələr Əliyar bəyə və onun qardaşlarına məxsus olub. Burada bağçılıq, bostançılıqla məşğul olmaq istəyən zirəlilər torpaq sahələrini onlardan icarəyə götürürmüş.
    Sovet inqilabından sonra dövlətin əlinə keçən bu ərazilərin bir qismi Bağlar idarəsinin balansına keçirilərək əhaliyə paylanmış, bir hissəsi isə kolxoza verilmişdir. Bir zamanlar əkinçiliklə məşğul olan Bakı əhalisinin suya olan tələbatını ödəyən Samur-Abşeron kanalı da məhz bu bağların içindən keçərək dənizə tökülür.
     Zirə və onun ətrafındakı bağların havası başqa Abşeron bağlarına nisbətən daha təmiz, daha safdır. Bunun səbəbi, öz rütubətli havasıyla seçilən başqa sahilyanı kəndlərdən və bağlardan fərqli olaraq, Zirə ərazisinin dənizə çox da yaxın olmamasıdır. Kənd ilə dənizin arasında şoranlıqlar var. Məhz bu şoranlıq sahələr dənizdən gələn havanın rütubətini özünə çəkir, havanı təmizləyir, başqa sözlə desək, kəndlə dəniz arasında hava filtri rolunu oynayır. Bu baxımdan Zirənin havasının müalicəvi əhəmiyyəti də vardır.


Oxunub: 225





SON XƏBƏRLƏR

2020-09-18

Product image

20:32 Azərbaycanda dəhşətli hadisə

Product image

20:27 Ağsu rayonunun Bico kəndində möhtəşəm İdman Bayramı

Product image

19:02 Bu qızın 32 yaşı, 625 milyon dolları var – Çox gözəl və subaydır…

Product image

18:54 Prezidentin köməkçisi Anar Ələkbərov Ramiz Mehdiyevlə görüşdü

2020-09-17

Product image

09:30 Qurban Məmmədov saxlanıldı

2020-09-16

Product image

23:46 “Bravo” 6500 manat cərimələndi

Product image

23:36 Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - QALMAQAL

Product image

23:34 Ramiz Mehdiyev bu rayonda meşə zolağını ələ keçirib

Product image

23:12 Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması barədə əmr verdi

Product image

23:08 Yeni Xınalıq avtomobil yolunun tikinti işləri sonuncu mərhələdədir

Product image

21:10 V.Ə.Axundovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı TƏBRİK EDİRİK!

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışırYüz minlərlə insan küçələrə çıxdı!

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

İDMAN Product image

01:25 İki dəqiqəyə iki fantastik qol

Product image

01:26 Məşhur iranlı güləşçi edam edildi - Şok səbəb

Product image

00:28 "Keşlə"nin sabiq baş məşqçisi 71 yaşında ata oldu

Təqvim